Sorğu: Amerikalıların 54 % i transgenderlərin orduda xidmət etməsinə qadağanı dəstəkləyir
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın transgenderlərin ABŞ ordusunda xidmətinə qadağa qoyması barədə qərarını əhalinin 54 %-i dəstəkləyir.
“Report” xəbər verir ki, bu, “Rasmussen Reports” sosioloji şirkətinin sorğusundan məlum olub.
"Sorğunun nəticələrinə görə, ABŞ-dən olan seçicilərin 54 %-i özünü transgender kimi təqdim edən ordu əməkdaşlarının işdən azad edilməsini nəzərdə tutan prezident fərmanını dəstəkləyir. Respondentlərin 41 %-i isə əks mövqe bildirib", - hesabatda qeyd olunub.
Sorğu yanvarın 29-30-u və fevralın 2-də ABŞ-nin 1325 potensial seçicisi arasında onlayn və telefon vasitəsilə keçirilib.
Daha əvvəl D.Tramp Pentaqona transgender hərbçilər üçün tibbi standartları yenidən nəzərdən keçirməyi və administrasiyanın fikrincə, ordunun döyüş hazırlığına zidd olan müddəaları ləğv etməyi tapşıran fərman imzalayıb.
AzNews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Fevral 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















