Icma.az
close
up
RU
Sosial Benzinin qiyməti artacaq?

Sosial Benzinin qiyməti artacaq?

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 “Hazırda “Aİ-95” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənən məhsullar siyahısına daxil edilməyib, lakin yaxın zamanlarda Nazirlər Kabineti tərəfindən əlavə ediləcəyi gözlənilir”. Bunu Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, “Aİ-95” və “Aİ-98” markalı yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənmir: “Aİ-98” markalı benzinin Azərbaycanda istehsalı həyata keçirilmir və buna görə də onun qiymətinin dövlət tərəfindən tənzimlənməyəcək”.

R. Qurbanov bildirib ki, bu yanacaq növlərinin istehsalı zamanı ətraf mühitə mənfi təsirlər qeydə alınır. “Qanuna təklif edilən dəyişikliklə qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsullardan Enerji Effektivliyi Fonduna vəsait cəlb edilməsi planlaşdırılır”.

O əlavə edib ki, bir müddətdir ki, Azərbaycanda da “Aİ-95” benzini istehsal edilir və bu səbəbdən onun da qiymətinin tənzimlənməsi təklif edilir: “Yerli istehsal olan benzinə fiks qiymət qoymaq olur, halbuki xaricdə istehsal edilən benzinin qiymətinin tənzimləmək mümkün deyil”.

Qeyd edək ki, hazırda Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir. Bu ilin ortalarından Azərbaycanda da “Aİ-95” benzini istehsal edilməyə başlayıb. SOCAR-ın məlumatına görə, avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olub.

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, “Aİ-95” markalı benzinin qiymətinin tənzimlənən məhsulların siyahısına daxil edilməsi məsələsi uzun müddətdir müzakirə olunur: “Azərbaycan artıq bu məhsulu istehsal etməyə başlayıb. Hökumətin siyasəti konkret olmalıdır. Əgər yerli istehsal olan “Aİ-92” markalı benzinin qiyməti tənzimlənirsə, “Aİ-95” markalı benzinin də qiyməti tənzimlənməlidir. Bu tənzimlənmə müəyyən qədər bu istiqamətdə sosial aspektlərin qiymətlərin müəyyən edilməsinə təsirini artıra bilər. Burada qiymətləri Tarif Şurası müəyyən edir. Tarif Şurası bir çox məqamları nəzərə alır. Hazırda qiyməti müəyyən edən SOCAR-dır. Təbii ki, SOCAR sosial siyasətə cavabdeh qurum deyil. Buna görə də daha çox iqtisadi aspektlərdə məsələləri dəyərləndirir. Tarif Şurası ən azından nəzəri baxımdan sosial aspektləri də şirkətin iştirak mövqeyini də nəzərə almalıdır. Qanunvericiliklə iştirakda olan məhsulların xidmətlərinin qiymətlərini Tarif Şurası tənzimləmə gətirməlidir”.

Ekspert xatırladıb ki, yanacağın qiyməti ən son 2024-cü ildə 10 faizdən artıq, yəni “Aİ-92” markalı yanacağın və dizelin qiyməti artırılıb. Ondan sonraki dövrdə neftin qiyməti ucuzlaşıb ki, bahalaşmayıb: “Yəni məhsulun maya dəyəri aşağı düşüb, bahalaşmayıb. Belə bir şəraitdə yenidən qiymətin artması üçün iqtisadi faktor yoxdur. Bu məsələ ilə bağlı dəqiq proqnoz vermək çətindir. Bir sıra hallarda Tarif Şurasının qərarları gözlənilməz olduğu üçün bununla bağlı dəqiq qərar vermək mümkün deyil”.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, “Aİ-95” markalı benzinin dövlət tərəfindən tənzimlənməsinə yenidən keçidi ciddi suallar doğurur: “Əvvəl də dövlət tərəfindən tənzimlənirdi, bu, yenilik deyil. Sonradan guya bu dövlətin nəzarətindən çıxıb azad bazar şəraitində qiymətin tənzimlənməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar verildi, amma çalışmadı. Bu onu göstərir ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də rəqabətli mühitlə bağlı problem var. Faktiki olaraq, SOCAR və onun törəmə şirkətləri bu növ benzini gətirirdilər və qiymət qoyurdular. İndi bu məsələ onların əlindən alınır və yenidən dövlət tərəfindən tənzimlənməyə keçir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri