Icma.az
close
up
RU
Sosial dövlət modeli

Sosial dövlət modeli

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

İqtisadi və sosial idarəetmədə aparılan islahatlar ölkəmizin maliyyə imkanlarını artırmaqdadır

Möhkəm və dayanıqlı inkişaf arxitekturası üzərində irəliləyən Azərbaycan müasir dövlət quruculuğu strategiyasını uğurla davam etdirməkdədir. Son 5 ildə müasir iqtisadi çağırışların ahənginə uyğun olaraq iqtisadi və sosial idarəetmə sistemində aparılan geniş və əhatəli islahatlar Azərbaycan iqtisadiyyatının forma və məzmun baxımından tamamilə dəyişməsinə, yeni çağırışlar əsasında formalaşmasına səbəb olub. İqtisadiyyatın strukturunun modernləşdirilməsi, “kölgə iqtisadiyyatının” aradan qaldırılması, hesabatlılıq və ünvanlılığın təmin edilməsi biznes mühitinin daha da yaxşılaşmasına, sahibkar-məmur təmaslarının minimallaşdırılmasına, vergi, gömrük və digər iqtisadi qurumlarla biznes arasında münasibətlərin müasir meyarlar əsasında qurulmasına dərin zəmin yaratmaqla, dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına geniş imkanlar yaradıb.

Son 5 ildə büdcədə sosial xərclərin məbləği 2,4 milyard manatdan 4,9 milyard manata qədər artırılıb

Azərbaycanın artan iqtisadi-maliyyə qüdrəti son 5 ildə dövlət büdcəsinin gəlir və xərclərinin davamlı yüksəliş dinamikasını təmin edib, büdcənin gəlirləri 2019-cu ildəki 23,1 milyard manatdan 2024-cü ildə 36,4 milyard manata çatdırılmaqla 13,3 milyard manat və ya 58 faiz artıb. Büdcənin xərcləri isə bu dövrdə 25,1 milyard manatdan 39,8 milyard çatdırılmaqla 14,7 milyard manat və ya 55 faizə yaxın yüksəlib. Büdcədə sosial xərclərin artımı isə son 5 ildə 2,4 milyard manatdan 4,9 milyard manata qədər artırılıb. Bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri və xərcləri isə 40 faizdən çox artaraq 3,9 milyard manatdan 7,3 milyard manata çatıb.

Sözsüz ki, birbaşa büdcə gəlirləri və büdcədənkənar fondun gəlirləri hesabına ölkəmizdə sosial sahələrdə əsaslı irəliləyişlərə nail olunub, vətəndaşların rifahının daha da yüksəldilməsi və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində güclü maliyyə təminatları yaradılıb. Bu siyasət davamlı və daha da geniştutumlu xarakter daşıyır. Məhz bu siyasətin növbəti mərhələsi kimi 2025-ci ildə əhatəli sosial dəstək tədbirləri həyata keçiriləcək.

Sosial sahədə gözlənilən ən mühüm müjdə minimum əməkhaqqının 15-16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılmasıdır. Bu sosial göstəricinin əhəmiyyətli artımı sayəsində dövlət və özəl sektorda çalışan 800 min vətəndaşın əməkhaqqı da yüksələcək. Belə ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların işçilərinin maaşları Vahid Tarif Cədvəli (VTC) əsasında yenidən hesablanmaqla ən aşağı maaş məbləği 400 manat təşkil edəcək.

Minimum və orta aylıq əməkhaqqı arasında fərq azalır

Minimum əməkhaqqı artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verəcək, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edəcək. Eyni zamanda, minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm ölkə üzrə yaşayış minimumunu və ehtiyac meyarını təxminən 30 faiz üstələmiş olacaq. Belə ki, 2025-ci il yanvarın 1-dən etibarən yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manatdan 285 manata çatdırılacaq. Nəticədə minimum əməkhaqqı ölkə üzrə yaşayış minimumunu 115 manat ötəcək. Qeyd edək ki, ölkədə minimum əməkhaqqı ilk dəfə 2019-cu ildə yaşayış minimumunu üstələyib və sonarkı illərdə iki sosial göstərici arasındakı fərq 10 faizdən 30 faizə qədər yüksəlib.

Dövlətin əsas məqsədi yalnız bugünkü rifahı təmin etmək deyil, uzunmüddətli perspektivdə də davamlı sosial və iqtisadi inkişafı artırmaqdır. Sosial dəstək və iqtisadi artımın uzlaşdırılması, ölkənin bütün vətəndaşlarını bu inkişafdan faydalanmağa yönəldir. Sosial normativlərlə bağlı növbəti hədəf xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına yaxınlaşdırılması və nisbətin 50-60 faizə çatdırılmasıdır. Son illərdə aparılan ardıcıl sosial islahatlar sayəsində minimum aylıq əməkhaqqının 2,7 dəfə artımı xalis orta aylıq əməkhaqqının 42 faiz nisbətinə çatıb. 2025-ci ildən növbəti artım nəticəsində bu nisbət 45 faizə çatacaq. Ortamüddətli dövrdə isə həmin sosial göstərici orta aylıq əməkhaqqının 50 faizə bərabər olacaq ki, bu da nəzərdə tutulan hədəfə çatmağa imkan verəcək. 

2025-ci ildə ehtiyac meyarının 285 manata çatdırılması ünvanlı sosial yardımın aylıq məbləğinin də yüksəlməsi və əhatəsinin genişlənməsi üçün hüquqi əsaslar yaradacaq. Hazırda bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta məbləği təxminən 480 manat təşkil edir. Bu o deməkdir ki, gələn ünvanlı yardımın məbləği 10 faizə yaxın artaraq 500 manatı ötəcək.

12,5 milyard manat həcmində sosial təminat portfeli formalaşacaq

Ehtiyac meyarı və yaşayış minimumunun artması, eyni zamanda müavinət və təqaüdlərin, minimum pensiyaların da artımı üçün sosial zəmin yaradacaq. Ölkə üzrə bütün təqaüd və müavinətlərin əhəmiyyəti artımları təmin ediləcək.

2025-ci ildə növbəti sosial paket kimi xarakterizə ediləcək artım portfelini maliyyələşdirmək üçün dövlət büdcəsində nəzərdə tutulan maliyyə imkanları tam təminat yaradır. Belə ki, 2025-də dövlət büdcəsində sosial təminat və müdafiə xərcləri üzrə 4,8 milyard manat, büdcədəkənar fond olan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 7,7 milyard manat təşkil etməklə 12,5 milyard manat həcmində sosial təminat portfeli formalaşacaq.

Göründüyü kimi, ölkəmizin maliyyə imkanları yaxşılaşdıqca, gəlir resursları ilk növbədə, aztəminatlı ailələrin və sosial baxımdan daha çox ehtiyacı olanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Bu siyasət bir daha Azərbaycanın sosial dövlət olmasını təsdiqləyir.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Noyabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri