Icma.az
close
up
RU
Menu

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Kaylinin şousu diqqət çəkdi

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

Fransanın “sosial dövlət” modeli niyə aşınır?

Fransanın “sosial dövlət” modeli niyə aşınır?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Hökumət çıxış yolunu sabiq baş nazirlərin imtiyazlarını azaltmaqda görür

Fransa hökumətinin “büdcə qənaəti” adı altında həyata keçirməyə çalışdığı tədbirlər minlərlə insanın küçələrə çıxmasına səbəb olub. İflic olmuş nəqliyyat, dərs keçilməyən məktəblər, fəaliyyətini dondurmuş xəstəxanalar sosial narazılığının real mənzərəsini əks etdirir.

Həmkarlar ittifaqının çağırışı ilə birləşən yüz minlərlə etirazçı qənaət siyasətinin yükünün vətəndaşların çiyinlərinə yüklənməməli olduğu barədə hökumətə mesaj verib. Son məlumatlara görə, 800 min nəfərdən çox insan etiraz aksiyalarına qoşulub. Onlar əmək hüquqlarının müdafiəsi, sosial ədalət uğrunda bir araya gəliblər. Polis və nümayişçilər arasında baş verən qarşıdurmalar etirazları daha da alovlandırıb. Etirazçılar Parisdə “Eurolinks” zavodunun qarşısında barrikadalar quraraq, hökumətin ikili standartlarına etirazlarını ifadə edirlər. Nümayişlər sosial-iqtisadi tələblərlə siyasi mövqeyin bir-biri ilə uzlaşmasının təcəssümüdür. Etirazlar həm də dövlətin strateji seçimlərinə ünvanlanıb. Müxalifətin əsas simalarından olan Jan-Lyuk Melanşon daxili işlər nazirini zorakılıqları qəsdən qızışdırmaqda ittiham edib. Onun sözlərinə görə, hakimiyyət böhranı idarə etmək əvəzinə, cəmiyyət daxilində parçalanmanı dərinləşdirir. Melanşonun ittihamları hökumətin legitimlik problemi ilə üzləşdiyini göstərir. Etirazlar Prezident Emmanuel Makrona qarşı siyasi təzyiqlərə də təsir edib. Fransa liderinin populyarlığı rekord səviyyədə aşağı düşüb.

Maraqlıdır: hökumət və yenicə baş nazir təyin olunmuş Lekornu vəziyyəti necə nəzarətə götürməyi planlaşdırır? Əvvəlcə onu xatırladaq ki, son bir ildə dördüncü baş nazir olan Sebastian Lekornunun qarşısında duran daxili problemlər çox mürəkkəbdir. Həmin problemlər onun sələflərinin sonunu gətirib. Ona görə də Lekornu fərqli bir yanaşma sınamaq istəyir. O, yaranmış ictimai gərginliyi azaltmaq üçün iki tətil gününün ləğvi ilə bağlı təklifləri gündəmdən çıxarıb və keçmiş hökumət üzvlərinə ömürlük verilən imtiyazları ixtisara salıb. Baş nazir müxalifət liderləri və həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşməyə başlayıb. Amma qarşıya qoyulan tələblər həddən artıq çoxdur. Müxaliflər hökumətin zəif mövqeyindən istifadə edərək ölkə üzrə tətil və etiraz aksiyaları ilə büdcə ixtisarlarına və digər ədalətsizliklərə qarşı mübarizəni daha da gücləndirməyi planlaşdırırlar. Ümumiyyətlə, Fransa ötən il Makronun vaxtından əvvəl parlament seçkiləri çağırmasından sonra qarışıqlıq girdabındıdır. Ən böyük problemlərdən biri büdcə böhranıdır. Bu məsələ parlamentdə dərin parçalanmaya səbəb olub. Ona görə də Lekornu xalqa “başqa maliyyələşmə mənbələri tapacağına” söz verib. O, həmçinin bu həftə elan edib ki, 2026-cı il 1 yanvar tarixindən etibarən keçmiş hökumət üzvlərinə verilən ömürlük imtiyazlar ləğv olunacaq. Bu imtiyazlara keçmiş baş nazirlər üçün dövlət hesabına maşın, sürücü və polis mühafizəsi daxildir. Yeni qaydaya görə, mühafizə maksimum üç il olacaq və yalnız təhlükəsizlik səbəbi ilə uzadıla bilər. Avtomobil və sürücü isə 10 il müddətinə veriləcək. Bu qərarla hər il təxminən 4,4 milyon avroya (5,21 milyon dollar) qənaət ediləcəyi gözlənilir. Amma Lekornu unudur ki, büdcə kəsirini azaltmaq üçün həyata keçirilən tədbirlər sosial ədalətsizliyin yeni dalğasını yaradır. Bu istiqamətdə hökumətin pensiya yaşını artırması, sosial təminat xərclərinə müdaxiləsi və ictimai xidmətlərdə ixtisarların aparılması kimi tədbirlər xalqın vəziyyətini ağırlaşdırır. Fransızlar haqlı olaraq qiymətlərin artdığı, alıcılıq qabiliyyətinin sürətlə azaldığı bir zamanda “büdcə qənaəti”ni özlərinə qarşı ədalətsizlik kimi qəbul edirlər.

Əgər hökumət sosial xərclərin azaldılması xəttini davam etdirsə və bu, büdcə kəsirinin qismən azalması ilə nəticələnsə də, vətəndaşların dövlətə inamını daha da sarsıdacaq. Belə vəziyyət isə radikal qüvvələrin güclənməsi, siyasi qütbləşmənin dərinləşməsi və sosial partlayış riskinin artması ilə müşayiət oluna bilər. Maraqlıdır ki, Fransa tarixən sosial dövlət modelini kimliyinin bir hissəsi kimi qəbul edib. Bu gün həmin modelin aşınmaya məruz qalması həm siyasi sistemin legitimliyini, həm də dövlətin dayanıqlılığını təhlükəyə atır. Nəticə etibarilə, ölkənin iqtisadi problemlərinə qənaət tədbirləri ilə cavab vermək, sadəcə, maliyyə hesabatlarını balanslaşdırmaq anlamına gələ bilər. Əgər Fransa həqiqətən sabitlik və inkişaf yolu axtarırsa, sosial xərcləri azaltmaq əvəzinə, iqtisadi innovasiyalara, ədalətli vergi siyasətinə və xalqın sosial təminatına əsaslanan alternativ modellərə üz tutmalıdır.

Sonda onu da qeyd edək ki, cəmiyyətdə ictimai balansı bərpa etmək mümkündür, lakin sosial balans itdikdə heç bir büdcə ölkəni ayaqda saxlaya bilməz. Çünki dövlətin gücünü vətəndaşın etimadı müəyyənləşdirir.

Sultan ZAHİDOV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi

Fransada genişmiqyaslı tətil və etirazların əsas səbəbi ölkəni son illər bürüyən siyasi və iqtisadi böhrandır. Siyasi böhranın kökü 2024-cü ildə Emmanuel Makronun Fransada yeni parlament seçkilərinin keçirilməsi barədə qərarından sonra yaranıb. Həmin seçkilər nəticəsində ölkədə parçalanmış, yəni, heç bir partiyanın mütləq çoxluğu əldə edə bilmədiyi parlament formalaşdı. Bu o deməkdir ki, parlament mərkəzçilər, sağçılar və solçular arasında bölünüb. Nəticədə qanun layihələrinin, o cümlədən büdcə layihəsinin qəbulunu həyata keçirmək olduqca çətinləşib. Bu vəziyyət tez-tez hökumət dəyişikliyinə, baş nazirlərin istefasına gətirib çıxardı. Məlumdur ki, Emmanuel Makron ötən il Mişel Barnyeni baş nazir təyin etdi, lakin o, büdcə layihəsini parlamentdən keçirə bilmədiyi üçün istefa verdi. Fransua Bayru da 2025-ci ilin büdcə layihəsini qəbul etdirə bilmədiyi üçün parlamentdə etimadsızlıq səsverməsindən sonra istefa vermək məcburiyyətində qaldı. İndi Sebasiyan Lekornu baş nazir təyin edilib. Lekornunun qarşısında çox çətin vəzifə durur. O, digər partiyalarla dialoq aparmalı, büdcə layihəsini parlamentdən keçirməlidir. Əgər bu baş verməsə, onun da hökuməti istefa vermək riski ilə üzləşə bilər.

Ölkənin büdcə kəsiri xeyli yüksəlib, dövlət borcları 3,3 trilyon avronu ötüb. Bunun əsas səbəbi yenə də ölkəni bürüyən siyasi qarşıdurmadır. Siyasi qeyri-sabitlik iqtisadi fəallığa mənfi təsir göstərir, investisiya mühiti zəifləyir və iqtisadi dinamika ləngiyir. Etirazların əsas səbəbi budur. Lekornu yeni büdcə layihəsini təqdim etməyə çalışır ki, burada dövlət xərclərinin müəyyən qədər azaldılması nəzərdə tutulub. Bu isə vətəndaşlar, xüsusilə də qatı solçuların və “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melenşon tərəfindən etirazla qarşılanır. Bundan başqa Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik partiyası da Lekornunun baş nazirliyini qəbul etmir. Onların fikrincə, Lekornunun mövcudluğu Makronun varlığını gücləndirir və partiyalar arasında vahid mövqe olmadığından siyasi böhran daha da dərinləşə bilər. Baş nazir seçildikdən dərhal sonra Fransanın iki aparıcı sosiologiya institutunun – “Ipsos BVA” və “InfoQ”nın keçirdiyi sorğular göstərdi ki, respondentlərin böyük əksəriyyəti Lekornunu dəstəkləmir. Eyni zamanda, Makronun da populyarlığı xeyli azalıb. “Ipsos BVA”-ya görə, respondentlərin 83 faizi, “InfoQ”-ya görə isə 81 faizi Makrona qarşıdır. Bütün bunlar ölkədə etiraz aksiyalarının əsas səbəbidir. Dövlətin sosial təminat göstəricilərinin zəifləməsi, kredit təşkilatlarının Fransaya qarşı qiymətləndirmələrini aşağı salması və yeni büdcə layihəsində dövlət xərclərinin azaldılması vətəndaşları meydanlara çıxmağa vadar edən amillərdir.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see239

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see237

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see234

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see218

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see211

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see210

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see209

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see208

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see208

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see202

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see202

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see187

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see183

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see182

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see181

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see172

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see170

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see169

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see168

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri