Icma.az
close
up
RU
Sosial dövlət modelinin uğurları

Sosial dövlət modelinin uğurları

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə təmin edilən uğurlu sosial dövlət modelinin əhəmiyyətindən bəhs edərək yürüdülən siyasətin ana xəttində hər bir vətəndaşın rifahının yaxşılaşdırılmasının dayandığını vurğuladı. Qeyd edildiyi kimi bu siyasət özünü əməli işlərdə göstərir. “Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz”.

Əhatəli sosial islahatlar rifahı yaxşılaşdırıb

Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin edib, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb. Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib, yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilib, aztəminatlı ailələrin təminatı daha da gücləndirilib.

Dövlət başçısının xatırlatdığı kimi son 20 ildə dayanıqlı sosial təminat daha da möhkəmlənib, insanların sosial həyatında müsbət meyillər güclənib. 2003-cü ildən ötən dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı 44,4 dəfə artırılaraq 400, minimum aylıq pensiya 16 dəfə artırılaraq 320 manata çatıb. Orta aylıq əməkhaqqı 14,2 dəfə artaraq 77 manatdan 2025-ci ilin 1 sentyabr tarixinə 1093,8, orta aylıq pensiya 22,6 dəfə artaraq 539, yaşa görə orta aylıq pensiya 23,1 dəfə artaraq 574 manata yüksəlib.

Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilib və islahatlar 4 milyon nəfəri əhatə edib. Bu sosial proqramların maliyyə tutumu təqribən 8 milyard manata yaxındır. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti həmin  məqsədlər üçün xərclənib və maaş, pensiya və müavinətlərin artımı təmin edilib. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2,2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib.

Məşğulluq tədbirləri azad ərazilərdə rifahı yaxşılaşdırır

Sosial siyasətin ən mühüm prioritetlərindən biri davamlı məşğulluq tədbirləridir ki, son 20 ildə 2,5 milyondan çox yeni iş yeri yaradılıb. Özünüməşğulluq proqramının icrası sayəsində 100 mindən çox insan müxtəlif iş imkanları ilə əhatə olunub. Məşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilirlər.

Qarabağ və Şərqi Zəngəzurda da məşğulluq tədbirləri sosial siyasətin əsas hədəfi kimi diqqətdə saxlanılır. Bu ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri 2025-ci ilin 9 ayında da davam etdirilib. Ümümilikdə, ötən dövrdə həmin sakinlərdən artıq 6,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib ki, bu da onlardan iqtisadi fəal olanların 92 faiz deməkdir. 513 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri sahələri yaradılıb. 258 sakin üçün isə peşə kursları təşkil edilib.

Şəhid ailələri və müharibə əlillərinə qayğı

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Ümumilikdə, postmüharibə dövründə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və veteranlardan ibarət 250 min şəxs 500 mindən çox xidmətlə təmin olunub. Sosial dəstək paketi üzrə postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 400 min xidmət göstərilib, o cümlədən onlara 6900 mənzil və 567 avtomobil verilib. - 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin edilib,  27,8 min şəxsin məşğulluğu təmin olunub, 25,5 min şəxsə birdəfəlik ödəniş verilib.

2025-ci ildə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü artırılaraq 600 manatdan 700 manata, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü artırılaraq I dərəcə üzrə 500 manatdan 600 manata, II dərəcə üzrə 400 manatdan 500 manata, III dərəcə üzrə 330 manatdan 400 manata, əlilliyə görə müavinətlər müvafiq olaraq 270 manatdan 300 manata, 220 manatdan 250 manata, 150 manatdan 180 manata çatdırılıb.

Büdcə xərclərinin 41 faizi sosialyönümlüdür

Azərbaycan hökumətinin sosial niyyətini əks etdirən digər mühüm amil büdcə xərclərinin sosialyönümlülüyüdür. 2026-cı ildə dövlət büdcəsinin xərcləri 41,7 milyon manat nəzərdə tutulub ki, xərc portfelinin 17 milyard 145,5 milyon manatı və ya 41,1 faizi birbaşa sosialyönümlü maliyyə təminatıdır. Bu, 2025-ci illə müqayisədə 213,4 milyon manat və ya 1,3 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 2 milyard 492,8 milyon manat və ya 17 faiz çoxdur. 2022-ci illə müqayisədə isə sosialyönümlü xərclərin çəkisi 2026-cı ilə nəzərən 5,5 milyard manat və ya 48,1 faiz artıb. Sosialyönüml xərclərin strukturuna əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri aiddir.

Onu da qeyd edək ki, əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 2 milyar 750,9 milyon manat vəsait nəzərdə tutulub. Yaşa, əlilliyə, ailə başçısını itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 2 milyard 144,7 milyon manat (2025-ci ilə nisbətən 201,8 milyon manat və ya 10,4 faiz çox), ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün 465 milyon manat, haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 141,2 milyon manat vəsait proqnozlaşdırılıb.

1 milyon 100 min nəfər pensiyaçının təqaüdü artırılacaq

Yaxın günlərdə ölkədə pensiyaların artımı təmin ediləcək. Məlum olduğu kimi pensiyaların artımı orta aylıq əməkhaqqının illik tempinə uyğun indeksasiya olunur. 2025-cü ilin ötən 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqı 9,4 faiz artıb. İlin yekununda bu rəqəmin təxminən 10 faiz artcağı gözlənilir.. Bu isə ölkə üzrə orta aylıq pensiya məbləğinin hazırkı 540 manat məbləğindən 600 manata çatdırılmasına səbəb olacaq. Ümumilikdə, yanvar ayında 1 milyon 100 mindən çox vətəndaşın pensiyası artacaq. Həmçinin cari ilin ilk ayından etibarən, ehtiyac meyarının 300 manata çatıdırlması sayəsində ünvanlı sosial yardım almağa başlayacaq vətəndaşlarımızın sosial yardım məbləği də artacaq. İlkin qiymətləndirmələrə görə, 900 manat gəlirli 5 nəfərlik ailə, əvvəl aldığı təxminən 525 manat əvəzinə, yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabıa 600 manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olan ailələrin daha yaxından dəstəklənməsi deməkdir.

Bütün bu sistemli və ardıcıl  tədbirlər sosial siyasətin dövlət siyasətin ayrılmaz hissəsi kimi daim prioritetliyinin təsdiq edir. İqtisadi və maliyyə imkanlarımızın artması sosial proqramların icrasının genişlənməsini təmin edəcək. İmkanlar böyüdükcə, ilk növbədə sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see561

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see352

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see290

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see276

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see252

Azərbaycanda minlərlə iş yeri bağlandı Nə baş verir?

08 İyun 2026 14:16see239

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see237

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see214

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see201

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see198

Gənc ana və oğulları

09 İyun 2026 03:48see177

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see174

Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayevanın adı var FOTO

08 İyun 2026 13:49see173

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see173

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see172

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see166

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see166

Xaricdə təhsil üzrə Dövlət Proqramında müsahibə mərhələsi BAŞLADI

08 İyun 2026 18:15see164

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see164

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri