Icma.az
close
up
RU
Əsas hədəf: Sosial rifah dövlət modelinin yaradılması

Əsas hədəf: Sosial rifah dövlət modelinin yaradılması

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"Azərbaycan bütün sahələrdə mühüm tarixi nailiyyətlər, parlaq qələbələrə imza atdığı kimi sosial sahədə də ciddi uğurlara imza atıb. Vətəndaşın  rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ötən 21 ildə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin  ana xəttini  təşkil edib. Cənab Prezident İlham Əliyev bununla bağlı  bəyan edib ki, Azərbaycan sosial dövlətdir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”,- deyə bəyan edən Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi və əhəmiyyətli dərəcədə genişlənməsi, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan verib".

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət lomitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb:

"Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. 2019-2024-cü illərdə tətbiq edilmiş 4 islahat paketi 4 mln. nəfəri əhatə edib və buna 7 mlrd. manat xərclənib. Nəticədə əməkhaqqı fondunda 3 dəfə, yəni 0,5 milyard manatdan 1,4 mlrd. manatadək artım olub. Minimum əməkhaqqı isə  2,7 dəfə artaraq 130  manatdan 345 manata, orta aylıq əməkhaqqı 82% artaraq  993 manat, minimum pensiya  2,5 dəfə artaraq 280, orta aylıq pensiya 208 manatdan 494 manata, yaşa görə orta aylıq pensiya 234  manatdan 527 manata çatdırılıb. Müavinət və təqaüdlərdə isə 5 dəfə artım olub.

Cənab Prezidentin sosial sahəyə  göstərdiyi diqqət  və qayğı 2025-ci ilin dövlət büdcəsində də öz əksini tapıb. Ümumiyyətlə Azərbaycan büdcəsi daha çox sosialyönümlü büdcə kimi qəbul edilir və 2025-ci il büdcəsi də sosial yönümlüdür.  Növbəti ilin büdcəsində sosialyönlü xərcləri (əməyin ödənişi fondu, ərzaq məhsulları, dərman xərci, MTK, icbari tibbi sığorta, kommunal və s.) – 16,9 mlrd. manata təşkil edir ki, bu da 2024-cü illə müqayisədə 1,4 mlrd.  manat çox və ya  9% çoxdur.

2025-ci ilin büdcəsində sosial xərclər (elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət) 12,6 mlrd.  manat ayrılacaq ki,  bu da 2024-cü illə müqayisədə 1 mlrd. manat çoxdur.
Postmüharibə dövründə sosial dəstək tədbirləri ilə təqribən 130 min şəxs əhatə olunub. 106 min nəfərə sosial ödənişlər edilib. Müavinət və təqaüdlər orta hesabla 2 dəfəyədək artırılıb.
Özünüməşğulluğa 12,1 min nəfər cəlb edilib. Peşə hazırlığı kurslarına 1 033 nəfər cəlb edilib. 11 min nəfərə sosial-psixoloji dəstək və reabilitasiya xidməti  gstərilib. 490 hərbçiyə 600 yüksək texnologiyalı protez, 2249 müharibə əlilinə 61,7 min reabilitasiya vasitəsi verilib. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, hər zaman qazilərin yanında olacağam.  Bunun nəticəsidir ki, ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək edilmiş ödənişlərin məbləği 86 milyondan artıq manat təşkil edir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.

6782 nəfərə dövlət icbari şəxsi sığorta,17560 nəfərə birdəfəlik ödəmə edilib. Şəhid ailələrinə aylıq sosial ödənişlər orta hesabla 1150 manat, müharibə ilə bağlı əlilliyi olan şəxslərə isə 950 manat ödənilib. 90 mindən çox ailə üçün proqram çərçivəsində mikro təsərrüfatlar yaradılıb və bu  27 istiqaməti əhatə edir. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə yürüdülən siyasət uğurla davam etdirilir. Məhz bu uğurlu  sosial siyasətin nəticəsidir ki, növbəti ildə 3 milyon insanı əhatə edəcək  5-ci yeni sosial paket həyata keçiriləcək. Bunun nəticəsində cəmiyyətin həssas təbəqəsinin məkhaqqı, pensiya, müavinət və təqaüdləri artırılacaq". 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsindən sonra  uğurla həyata keçirilən "Böyük qayıdış" siyasətindən danışan komitə sədri bildirib ki, bu istiqamətdə dövlət proqramları qəbul olunub və uğurla icra olunmaqdadır. "Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir. İndiyədək 10 minə yaxın insan öz ata yurdlaırna dönüb. Bu proses  davam edir. İşöaldan azad edilən ərazilərin sürətlə bərpası ölkədə  əhalinin sosail və rifah halının daha da yüksəlməsinə xidmət edəcək.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident cənab İlham Əliyevin yeni müasir və qlobal çağırışlara uyğun yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası son 20 ildə Azərbaycanın böyük tarixi uğurlara, möhtəşəm Zəfərə, eyni zamanda mühüm sosial irəliləyişlərə nail olmasını təmin edib. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə, zirvələrə doğru aparacaq.

Cənab Prezidentin əsas hədəfi sosial  rifah dövlət modelini yaratmaqdır. Əminəm  və innarım çox keçməyəcək ki, yürüdülən uzaqgörən, müdrik, qətiyyətli siyasət nəticəsində  Azərbaycan xalqına inanılmaz zəfərlər, qələbələr, uğurlar yaşadan Prezident İlham Əliyevin liderliyi altında biz  sosial rifah dövləti modelinin yaranmasının da şahidi olacağıq".

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2024 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see244

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see243

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see229

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see216

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see215

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see213

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see206

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see193

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see187

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see186

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see184

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see184

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see184

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see180

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see180

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see179

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see175

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see169

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see168

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri