Icma.az
close
up
RU
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi layihəsini uğurla icra edir FOTOLAR

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi layihəsini uğurla icra edir FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” adlı layihəsini uğurla icra edir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” adlı layihəsini uğurla həyata keçirir. Layihənin əsas məqsədi Müharibədən zərər görmüş şəxslərin (şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının və onların ailələrinin) sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması və onlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsindən ibarətdir.

23 iyun 2025 –cı il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Pensiya hüququnun təmin edilməsinin hüquqi əsasları” mövzusunda vəkillərin, vəkilliyə namizəd olan şəxslərin, gənc hüquqşünasların və layihənin könüllülərinin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlim keçirilmişdir. Təlimin məqsədi vəkilliyə namizəd olan şəxslərdə və layihənin könüllülərində sosial hüquqlarla bağlı biliklərin və bacarıqların formalaşdırılmasıdır. Təlimdə ilk olaraq 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması ilə bağlı olaraq Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin hüquqi-siyasi sistemi və dövlətimizin müstəqil inkişaf yolunda sabitlik və hüquq təminatına dair biliklər verilmişdir. Daha sonra “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat verilmişdir. Təlimi aparan layihə meneceri, Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev interaktiv metodlarla müharibədən zərər görmüş şəxslərin pensiya hüquqlarının reallaşdırılması zamanı meydana çıxan problemlərə və onlarla bağlanmış əmək müqaviləsinin xitam edilməsinin praktiki problemlərinə toxunmuş, mübahisəli məsələlər əsasında yaranmış problemlərin həlli yolları göstərmişdir.

Layihə çərçivəsində Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstərilir. Müharibədən zərər görmüş şəxslərə Klinikada qəbul günləri həftənin I- V günləri, saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyun 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri