Icma.az
close
up
RU
Sosial inkişafa, həssas qrupların daimi dəstəklə təminatına xidmət edən nəcib missiya

Sosial inkişafa, həssas qrupların daimi dəstəklə təminatına xidmət edən nəcib missiya

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər zirvəsinə yüksələn, ərazi bütövlüyü və suverenliyini tam təmin edən, dinamik tərəqqi dövrünü yaşayan Azərbaycan, eyni zamanda, mühüm sosial irəliləyişlərə nail olan dövlətdir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vətənə, xalqa layiqli xidmət məramına əsaslanan əzmkar və çoxşaxəli fəaliyyəti ilə ölkəmizin hərtərəfli inkişafı proseslərində mühüm xidmətlər göstərərək, həmçinin sosial müdafiə sisteminin daim güclənməsinə, əhalinin həssas qruplarının diqqət və qayğı ilə əhatə olunmasına böyük töhfələrini verir.

Elm və təhsilin, mədəniyyətin, səhiyyə və idmanın, milli-mədəni dəyərlərimizin qorunub saxlanması, təbliği və digər sahələrlə yanaşı, davamlı sosial inkişafın təmin edilməsi onun fəaliyyətində daim xüsusi yer tutur və humanizm, ədalət, nəciblik və xeyirxahlıq təcəssümü olan layihə və təşəbbüsləri bu sahədə mühüm rola malikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə son illər uğurla reallaşdırılan DOST Konsepsiyası əsasında sosial sahələrə aid 161 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunur. 2019-cu ilin may ayından indiyədək artıq 7 DOST Mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb və hazırda digər bölgələrdə də DOST infrastrukturunun qurulması işləri aparılır. Artıq 3,8 milyon vətəndaş DOST xidmətlərindən faydalanıb və həmin xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,6 faiz təşkil edir.

Ölkəmizin yeni brendi kimi tanınan DOST modeli ötən dövrdə 60-dan çox beynəlxalq mükafata, o cümlədən 10-dan artıq “Avropa üçün yaxşı təcrübə mükafatı”na layiq görülüb, BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” statusunda tanınıb, Aİ Biznes Mühiti Hesabatında Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib.

Həssas qruplara diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə yaradılan və 2021-ci ilin oktyabrında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas qrupların yaradıcı potensialının inkişafında, ümumən onların cəmiyyətə inteqrasiyasında mühüm rola malikdir. Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan mərkəzdə, onun İsmayıllı və Bərdədəki filiallarında ötən dövrdə 770 nəfər benefisiar xidmətlərlə təmin edilib.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə dövlət uşaq müəssisələrinin məzunlarının mənzillə təminatı sahəsində mühüm işlər aparılıb. Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyət kəsb edən layihələrindən biri olaraq Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası inşa edilərək, həmin məzunların istifadəsinə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” kimi fəaliyyət göstərən yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Həmin nəcib tədbirin davamı kimi, dövlət uşaq müəssisələrinin məzunları olan daha yüzlərlə şəxsə yeni inşa olunmuş yaşayış komplekslərindən mənzillər verilib.

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə yaralanmış hərbçilərin reabilitasiyasına daim dəstək göstərilməsi də Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində əhəmiyyətli yer tutur. 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilər Heydər Əliyev Fondunun layihəsi çərçivəsində qısa zaman ərzində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər. Möhtəşəm Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra dövlətimizin başçısının tapşırığı ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra edilən genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti olaraq postmüharibə dövründə 494 hərbçinin 612 yüksək texnologiyalı protezlə təminatı həyata keçirilib.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Bakıda Uşaq Reabilitasiya Mərkəzinin, Naxçıvan, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzlərinin, əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun, nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılması təmin edilib.

Həmçinin həssas qrupların, habelə ahılların yaşadığı sosial xidmət müəssisələrinin sakinləri daim onun diqqət və qayğısı ilə əhatə olunub. Heydər Əliyev Fondu tərəfindən həmin müəssisələrdə tez-tez nəcib tədbirlər təşkil edilir. Pandemiya dövründə isə sosial xidmət müəssisələrindəki sakinlərin, o cümlədən ahılların COVİD-19 infeksiyasından qorunması üçün Fond tərəfindən ardıcıl dəstək işləri aparılıb. Fondun “Regional İnkişaf” İctimai Birliyi isə “Sosial bağlar” layihəsi ilə özünüməşğulluq proqramının genişlənməsinə öz mühüm dəstəyini göstərib və həmin layihə çərçivəsində yüzlərlə aztəminatlı ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları qurulub.

Bütün bunlar Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində sosial inkişafın təmin edilməsinin mühüm yer tutduğunu, onun əhalinin həssas qruplarının daim dəstəklə əhatə olunmasına, onların reabilitasiya və cəmiyyətə inteqrasiyasına yüksək diqqət və qayğısını özündə əks etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see256

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see246

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see203

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see174

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see170

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see170

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see162

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see151

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see140

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see135

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see132

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see132

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see132

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see132

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see130

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see130

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see127

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see124

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see123

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri