Sosial işçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təlim təşkil edilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bir qrup əməkdaşı üçün təlim təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd uşaqlara qarşı zorakılıq hallarının müəyyənləşdirilməsi və aşkarlanması üzrə yeni və effektiv metodların tətbiqi, eləcə də sosial işçilərin fəaliyyətində qurumlararası və kompleks yanaşmanın təkmilləşdirilməsidir.
Agentliklə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən təlim “Uşaqlarda zorakılığın aşkar olunması və bu prosesdə sosial işçilərin rolu” mövzusuna həsr olunub.
İkigünlük təlimə Sosial Xidmətlər Agentliyinin müxtəlif şöbə və müəssisələrində çalışan 25 sosial işçi cəlb edilib.
İştirakçılar ailə və məktəblə qarşılıqlı əməkdaşlıq, ailə üzvləri ilə fərdi iş, hadisələrin düzgün təhlili, zorakılıq qurbanlarına dəstəyin istiqamətləri, risklərin qiymətləndirilməsi və digər mühüm istiqamətlərdə məlumatlandırılıblar.
Təlimdə interaktiv metodlara geniş yer verilib, müzakirələr aparılıb, iştirakçılar qruplar halında real situasiyaları təhlil etmək imkanı qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















