Icma.az
close
up
RU
Fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə Aqrar Təlim Platforması hazırlanır

Fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə Aqrar Təlim Platforması hazırlanır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 sentyabr, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Aqrar Təlim Platforması hazırlanır.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni platforma ölkə üzrə fermerlərin, kənd təsərrüfatı sahəsi üzrə təhsil alan tələbələrin, eləcə də aqrar sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

Platformada əkinçilik, bitkiçilik, meyvəçilik, heyvandarlıq, kənd təsərrüfatı texnologiyaları, iqlim dəyişikliyi və qabaqcıl aqrar təcrübələr kimi müxtəlif sahələrdə onlayn təlim modulları öz əksini tapacaq. İstifadəçilər videodərslər, interaktiv testlər, tədris materialları, məsləhət xidməti və sertifikatlaşdırma imkanlarından yararlana biləcəklər.

Yeni platforma informasiya məsləhət xidmətlərinə çıxışı asanlaşdıracaq və fermerlərə gündəlik fəaliyyətlərində operativ dəstək göstərəcək. Bu platforma vasitəsilə həm ənənəvi, həm də müasir aqrar texnologiyalar barədə praktiki məlumatları hər kəs istənilən vaxt əldə edə biləcək. Yenilikçi yanaşma əsasında hazırlanan portal mobil cihazlara uyğun interfeys, axtarış sistemi, şəxsi kabinet və davamlı yenilənən məzmun ilə fərqlənəcək. İstifadəçilər kursları tamamladıqdan sonra rəqəmsal sertifikat əldə edə biləcəklər.

Aqrar Təlim Platformasının növbəti mərhələdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiyası nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see166

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see151

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see136

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see133

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see129

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see123

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see123

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see121

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see119

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

27 Sentyabr 2025 23:33see116

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see116

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri