Icma.az
close
up
RU
Sosial media: Gözəgörünməz savaşın uğultuları

Sosial media: Gözəgörünməz savaşın uğultuları

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dünyada artıq silahların səsi deyil, informasiya dalğalarının uğultusu eşidilir. Tanklar və toplar cəbhələrdən çəkilib, onların yerini insanların zehnində aparılan görünməz savaşlar tutur. Hər klik, hər paylaşım, hər trend indi yeni döyüş silahına çevrilib. Sosial media isə bu sahibsiz, sərhədsiz cəbhənin əsas meydanına çevrilib. Burada döyüşənlər ordular deyil − informasiyalar, narrativlər, alqoritmlər və emosiyalardır. Bu yeni dövrün adı isə koqnitiv müharibələrdir.

Koqnitiv müharibə insan şüurunu hədəfə alır; bu savaşda əsas məqsəd torpaq, sərvət və ya resurs deyil, insanın düşüncə məkanıdır. Hər bir insanın qərar vermə sistemi, hadisələri dərketmə tərzi, emosional reaksiyaları gizli şəkildə yenidən formatlanır. Bu gün sosial media saniyələr içində yüz minlərin fikrini dəyişdirə bilir. İnsanlara nə düşünməli olduğunu diktə etmək bu müharibənin məqsədi deyil − onların niyə belə düşündüyünü dəyişdirmək, hətta düşünmə mexanizminə müdaxilə etmək hədəflənir.

Dünya bir vaxtlar “informasiya müharibəsi” deyə adlandırılan prosesin çoxdan arxada qaldığını qəbul etməkdə çətinlik çəksə də, gerçəklik artıq dəyişib. Sosial media platformaları informasiya ötürməkdən daha çox, insan psixologiyasını manipulyasiya edən texnoloji laboratoriyalara çevrilib. Hər paylaşılan şəkil, hər video, hər şərh əslində alqoritmlərin sınaq materialıdır. Onlar hansı mövzunun kimdə qəzəb oyatdığını, kimin nəyi sevdiyini, nədən qorxduğunu, hansı xəbərə daha tez reaksiya verdiyini, maraq dairəsini, vərdişlərini və digər fəaliyyət istiqamətlərini ölçür, gələcək planların həyata keçirilməsində vacib olan statistikasının hazırlanmasını təmin edir. Bu ölçmələr sonra sosial emosiyaları idarə etmək üçün silaha çevrilir.

Koqnitiv müharibənin ən təhlükəli tərəfi onun anonimliyidir. Sənə hücum olunan anı hiss edə bilmirsən. Çünki hücum silahı güllə deyil, məlumatdır; düşmən isə hər hansı ölkənin ordusu yox, sosial şəbəkədəki adi profil təsiri bağışlayan alqoritmik sistemlərdir. Bir saxta hesab yüzlərlə real hesabı yönləndirə, kütlə psixologiyasına təsir edə, hətta seçkilərin nəticələrinin dəyişdirilməsinə təsir edə bilər. Bəzən bir “mem”, bəzən bir “trend” bütöv ictimai rəyə təsir gücünə malik olur.

Dezinformasiya artıq fərdi təşəbbüs deyil; o, dövlətlərin, kəşfiyyat qurumlarının, hətta kommersiya şirkətlərinin texnoloji gücü ilə hazırlanmış böyük bir sənayedir. Bot şəbəkələri saniyələr içində minlərlə paylaşımla yanlış narrativləri “ictimai fikir” kimi göstərir. Troll fabrikləri emosional mühit yaradır, mübahisələr şişirdilir, panika toxumları səpilir. Deepfake texnologiyaları ilə yaradılmış saxta videolar isə insanları real olmayan hadisələrə inandırmaq üçün kifayət edir. Artıq gördüyümüzə inanmaq belə təhlükəlidir.

Bu müharibənin ən qorxulu tərəfi isə cəmiyyətdə “həqiqət böhranı” yaratmasıdır. İnsanlar hansı məlumatın doğru, hansının manipulyasiya olduğunu müəyyənləşdirməkdə aciz qalır. Həqiqət dumanlı anlayışa çevrilir və belə şərait koqnitiv hücumlar üçün ideal zəmin yaradır. Qorxu, qəzəb və çaşqınlıq - koqnitiv müharibənin mühərriki də məhz bunlardır.

Sosial media insanların qorxu, qəzəb və çaşqınlıq kimi emosiyalarını ən sürətlə istehlak edir; məhz bu emosiyalar koqnitiv müharibənin mühərriki və görünməz silahıdır.

Bu proses dövlətlərin milli təhlükəsizlik sistemləri üçün artıq ciddi təhdidə çevrilib. Bir ölkənin sabitliyini pozmaq, iqtidara və iqtisadi layihələrə, həyata keçirilən islahatlara etimadı sarsıtmaq, sosial qarşıdurma yaratmaq üçün fiziki hücumlara ehtiyac yoxdur. Bəzən bir tweet, video, süni gündəm kifayət edir. Cəmiyyətin parçalanması, insanların bir-birinə inamsızlığı, kütləvi emosional manipulyasiya bu görünməz müharibənin nəticələridir.

Əlbəttə, bu təhlükənin qarşısını almağın yolları da var. Lakin onlar yalnız texnoloji vasitələrlə məhdudlaşa bilməz. Əsas müdafiə insanın özündə − onun tənqidi düşünmə qabiliyyətində, media savadlılığında və emosional müqavimətindədir. Cəmiyyət informasiyanı gözüaçıq qəbul etməli, hər xəbəri emosional reaksiya ilə yox, analitik düşüncə ilə dəyərləndirməlidir. Dövlətlər isə koqnitiv təhlükəsizliyi milli təhlükəsizlik doktrinasının ayrılmaz hissəsinə çevirməlidir.

Bu gün sosial media yalnız ünsiyyət platforması deyil − o, dünyanın ən böyük və ən mürəkkəb savaş meydanıdır. Koqnitiv müharibələrin mahiyyəti təkcə ictimai fikri idarə etmək deyil, həm də cəmiyyətin özünüdərk mexanizmini dəyişdirmək hədəflənir. İnsanlar informasiya burulğanında yönsüzləşdikcə, onların sosial instinkt və qərarvermə qabiliyyəti zəifləyir. Nəticədə toplumlar emosional dalğaların əsirinə çevrilir: bir gün panika, ertəsi gün ümid, daha sonra aqressiya. Bu dalğalanma təsadüfi deyil − bu, planlı şəkildə yaradılan psixoloji ritmdir.

Sosial media platformaları isə bu ritmi idarə edən mexanizmlərdir. Alqoritmlər insan beynində dopamin dövriyyəsini belə ölçür; hansı videonun insanı istiqamətləndirdiyini, hansı xəbərin onu əsəbiləşdirdiyini, hansı emosiyanın ən çox paylaşım gətirdiyini analiz edir. Bu təhlillər insanın özündən daha yaxşı onun zəif nöqtəsini müəyyən edir. Əsl təhlükə də elə budur: insan öz emosiyalarının sahibi olmur, onların “idarəçisi” sosial media olur.

Görünməz müdaxilə təkcə fərdlərə deyil, eyni zamanda, dövlətlərin siyasi arxitekturasına yönəlir. Seçkilərin nəticəsinə təsir göstərən koqnitiv hücumlar artıq dünyada bir neçə ölkədə real nümunəyə çevrilib. İctimai etimad piramidasının təməli sayılan informasiya şəffaflığı pozulduqca, siyasi institutlara inam azalır, cəmiyyət rəhbərliyə yox, trendlərə qulaq asmağa başlayır. Belə bir vəziyyətdə sosial media siyasi legitimliklə yarışan paralel güc mərkəzinə çevrilir. “Biz” və “onlar” təfəkkürü güclənir. Alqoritmlər isə bu ayrılığı daha da kəskinləşdirir: sən bir dəfə hansısa mövzuda fikir bildirdinsə, platforma səni həmin fikir məcrasında sıxışdırır. Sən yalnız eyni düşüncəli insanların fikirlərini görürsən, yəni ətrafında virtual “eko-kamera” yaranır. Bu kamera səni doğrunu yox, öz versiyanı əsas həqiqət kimi qəbul etməyə vadar edir. Beləcə cəmiyyətin daxilində görünməz sədlər çəkilir.

Ən incə məqam isə ondan ibarətdir ki, koqnitiv hücumlar təkcə yanlış informasiya yaymır – onlar həqiqəti şübhə altına alır. Məqsəd insanları yalanlara inandırmaq deyil, onları heç nəyə inanmayan vəziyyətə gətirməkdir. Şübhə və inamsızlıq cəmiyyəti təklikdə qoyur. Heç nəyi təsdiqləyə, heç nəyə güvənə bilməyən toplum öz-özünə də rəhbərlik edə bilmir. Bu isə hər bir ölkənin strateji zəifliyidir.

İctimai şüurda belə boşluq yarandıqda informasiya manipulyatorları “alternativ həqiqətlər” təklif etməyə başlayır. Bu alternativlər bəzən siyasi məqsədlərə xidmət edir, bəzən iqtisadi maraqlara, bəzən sadəcə xaos yaratmağa. Son illərin qlobal trendləri göstərir ki, informasiyanın çoxluğu həqiqətin güclənməsi demək deyil. Əksinə, həddindən artıq informasiya həqiqəti görünməz edir.

Bu mənzərədə ən vacib sual ortaya çıxır: bəs cəmiyyət və fərd özünü necə qoruya bilər?

Burada müdafiə mexanizmi hərbi xarakter daşımır. Bu, intellektual və psixoloji müdafiədir. İnsan informasiyanı tənqidi şəkildə süzməyi öyrənməlidir. Çünki koqnitiv müharibənin ballistik trayektoriyası yoxdur; onun qurbanları açıq səngərdə deyil, öz telefon ekranı arxasında dayanır.

Müdafiə həm də müstəqil düşüncə vərdişinin inkişafından keçir. Sosial media insanlara hazır fikir paketləri təqdim edir − sənin üçün düşünülmüş təkliflər. İnsan isə bu paketlərin cazibəsinə yox, öz düşünmə qabiliyyətinə güvənməlidir. Cəmiyyət yalnız bu yolla koqnitiv təzyiqlərə qarşı immunitet qazana bilər. Çünki özünüdərk güclü olanda manipulyasiya zəif olur.

Bu gün sosial media platformaları iqtisadi və siyasi gücə bərabər təsir gücü qazanıb. Onların əlində olan məlumatlar, istifadəçilərin psixoloji xəritələri və davranış modelləri planetin ən güclü ordusundan daha çox təhlükə yarada bilər. Məlumatın gücünün bu dərəcədə silaha çevrilməsi insanlıq üçün yeni tarixi dönəmdir.

Koqnitiv müharibələrin gələcək mərhələsi daha dərin, daha nəzərə çarpmayan olacaq. Süni intellektin bu prosesə tam daxil olması isə təhlükənin miqyasını bir neçə qat artıracaq. Artıq manipulyasiya edəcək mesajları insan yaratmayacaq − insanın öz psixoloji profilinə görə hazırlanmış alqoritmik manipulyasiya sistemləri yaradacaq.

Bu reallığın fonunda informasiyanın etibarlılığı, şüurun sağlamlığı və düşüncənin müstəqilliyi bəlkə də XXI əsrin ən vacib strateji resursu olacaq. Üstünlük insan şüurunun qorunmasında, cəmiyyətin birlikdə düşünə bilməsində, informasiya qarşısında ayıq qalmasında olacaq.

Koqnitiv müharibənin sonu yoxdur və o heç vaxt sülh ilə başa çatmayacaq, çünki onun məqsədi qələbə çalmaq deyil, məqsədi − reallığın yerini tutan mənaların davamlı istehsalıdır. Bu prosesdə hər bir insan ya subyekt, ya da alət olur. Əgər biz düşünən, hiss edən və şübhə edə bilən insanı qorumaq istəyiriksə, ona ayırdetmə bacarığını qaytarmalıyıq, insanı müstəqil düşüncə tərzinə və analiz qabiliyyətinin yüksək olduğuna inandırmalıyıq. Çünki ayırdetmə bacarığı varsa, reallıq hələ də mümkündür.

Nadiyə QAFAROVA,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see244

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see234

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see217

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see211

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see209

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see198

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see193

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see182

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see153

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see146

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri