Bir şərhlə qaralan həyatlar Sosial şəbəkələrdəki gözəgörünməz qatillər
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hər kəsin sosial şəbəkələrdən istifadə etdiyi dövrdə bütün hadisələr bu yolla ictimailəşdirilir. Sosial şəbəkələrin ən mənfi tərəfi isə istifadəçilərdə tənqid mədəniyyətinin olmamasıdır. Asanlıqla hər kəs bir-birini təhqir edə, şərəf və ləyaqətini alçalda bilir. Kütləvi linç isə insanların nəinki real həyatına, psixologiyasına ciddi zərbə vurur.
Bu barədə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, bu məsələ son illər sosial şəbəkələrin təsiri ilə cəmiyyətdə çox həssas və mürəkkəb müzakirə predmetinə çevrilib:
"Uyğunsuz görüntülərin yayılması fonunda şəxsin kütləvi şəkildə qınanması bəzən sosial ədalət və ictimai nəzarət kimi təqdim olunsa da, mahiyyət etibarilə bu, hüquqi mexanizmlərdən kənar, emosional və nəzarətsiz kütlə davranışıdır. Sosial ədalət məsuliyyətin qanun və institutlar vasitəsilə müəyyən olunmasını nəzərdə tutur, linç isə qəzəbin və "günah keçisi" axtarışının nəticəsidir"
Psixoloq deyib ki, pasixoloji baxımdan linç mədəniyyəti insanın şəxsiyyətini və ləyaqətini hədəf alır, tənqidi davranışdan çıxarıb bütöv şəxsiyyətin damğalanmasına çevirir:
"Bu, kiber zorakılığın əsas formalarından biridir və sosial izolyasiya, psixoloji təzyiq, ağır travmalar yarada bilər. Kütlə davranışı empatiyanı zəiflədir, aqressiyanı artırır və cəmiyyətin psixoloji sağlamlığına zərər vurur".
Psixoloq deyib ki, uyğunsuz davranış hüquqi və etik çərçivədə qiymətləndirilməlidir, kütləvi linç isə nə tərbiyəedici, nə də islah edicidir.
"Əksinə, depressiya, təşviş və daha ağır psixoloji nəticələrə səbəb ola bilər. Sağlam cəmiyyət emosional linçlə deyil, hüquq, etik dəyərlər, maarifləndirmə və empatiya ilə formalaşır"- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Sosial şəbəkələrdəki qadağalar aradan qaldırılacaq
08 Yanvar 2025 21:32
MSK sosial şəbəkələrdəki görüntüləri araşdıracaqmı?
30 Yanvar 2025 14:56
Güzgüdəki SƏN, sosial şəbəkələrdəki SƏN?..
28 Yanvar 2025 14:19
Sosial şəbəkələrdəki ideal ailə modelləri
11 Mart 2025 17:01
“Sosial şəbəkələrdəki hər şey yalandır” Xatirə
07 Oktyabr 2025 14:23
Baxış sayı:77
Bu xəbər 23 Yanvar 2026 21:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları