Icma.az
close
up
RU
Sosial mediada vaxt keçirməyin TƏHLÜKƏSİ: psixoloqlar DANIŞDI

Sosial mediada vaxt keçirməyin TƏHLÜKƏSİ: psixoloqlar DANIŞDI

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Psixoloqların yeni araşdırmaları göstərir ki, sosial şəbəkələrdə uzun müddət fasiləsiz vaxt keçirmək insan psixologiyasına mənfi təsir göstərən davranış modelidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu proses real ünsiyyəti imitasiya etsə də, əslində tənhalıq hissini gücləndirir.

Mütəxəssislər bu fenomeni “sosial qəlyanaltı” adlandırır. Yəni insan real ünsiyyət qurmaq əvəzinə yalnız kontenti passiv şəkildə izləyir. Bu, zərərli qida kimi təsir edir, qısa müddətlik doyma hissi yaratsa da, nəticədə boşluq hissi qalır.

Araşdırmalar göstərir ki, insan beyni foto, video və paylaşımlara baxarkən bunu sanki real sosial əlaqə kimi qəbul edir. Lakin əsas element qarşılıqlı əlaqə mövcud olmur. Nəticədə istifadəçi başqalarını görür, amma özü görünməz qalır və bu da tənhalığı artırır.

2024-cü ildə Avropa Komissiyasının təhlili də bu nəticələri təsdiqləyib. Bildirilir ki, əsas məsələ sosial şəbəkələrdə keçirilən vaxt deyil, onların necə istifadə olunmasıdır. Passiv skrollinq tənhalıq hissini artırır, aktiv ünsiyyət – mesajlaşma, şərhlər və dialoq isə bu effekti yaratmır.

Tədqiqatçılar xüsusilə parasosial münasibətlərə diqqət çəkir. Bu, insanların blogerlər və ya media simaları ilə qurduğu birtərəfli əlaqələrdir. Bu cür münasibətlər qısa müddətlik yaxınlıq hissi yaratsa da, tez itir və istifadəçini yenidən lentə qayıtmağa vadar edir.

Alimlərin fikrincə, bu proses dəyişkən möhkəmləndirmə prinsipi ilə işləyir. Bu mexanizm asılılıq yaradan davranışların formalaşmasında ən güclü faktorlardan biridir.

Ekspertlər qeyd edir ki, sosial şəbəkə platformaları məhz bu cür passiv istifadəni təşviq edəcək şəkildə dizayn olunub. Sonsuz lent, videoların avtomatik oynadılması və bildiriş sistemləri istifadəçinin diqqətini mümkün qədər uzun müddət saxlamağa yönəlib.

Bununla belə, mütəxəssislər problemin qismən həllinin mümkün olduğunu bildirir. Bunun üçün sosial şəbəkələrdən istifadə tərzini dəyişmək, passiv izləmə əvəzinə aktiv ünsiyyətə üstünlük vermək və ya bu vərdişi digər istirahət formaları ilə əvəz etmək tövsiyə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Aprel 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri