Sosial mediadan istifadə edən uşaqlar bəzi fənlərdə uğursuzluqla üzləşə bilər
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İtaliyada aparılan bir araşdırma, sosial mediadan daha erkən yaşda istifadə etməyə başlayan şagirdlərin bəzi məktəb fənlərində digərlərinə nisbətən daha pis nəticələr göstərdiyini müşahidə ediblər.
İtaliyadakı Milano-Bicocca Universitetinin tədqiqatçıları erkən sosial media istifadəsinin uşaqların məktəbdəki göstəricilərinə təsirini araşdırıblar.
Bu kontekstdə, tədqiqatçılar 5000-dən çox italyan şagirdin sosial media vərdişləri və riyaziyyat, italyan və ingilis dili imtahanlarındakı nəticələri ilə bağlı sorğularını təhlil ediblər.
Müvafiq olaraq, imtahan nəticələri təhlil edilən 13 və 14 yaşlı uşaqlar arasında ilk sosial media hesabını 11-12 yaşları arasında açanların imtahanlarda ən azı 14 yaşına qədər gözləyənlərlə müqayisədə daha pis nəticə göstərdikləri qeyd edilib.
Digər tərəfdən, tədqiqatda riyaziyyat və italyan dilində göstəricilərdə əhəmiyyətli bir fərq olsa da, tələbələrin xarici dil kimi öyrəndiyi ingilis dilinə heç bir təsir müşahidə edilməyib. Bunun səbəbi, sosial mediada mətnlərin və dialoqların əksəriyyətinin tələbələrə praktik təcrübə qazandıran ingilis dilində olmasıdır.
Tədqiqatın müəlliflərindən biri olan Dr. Marko Gui, vəziyyətin mürəkkəb olduğunu bildirərək deyib: "Tədqiqatımız göstərir ki, sosial mediadan istifadə, ən azı yeniyetməlik dövrünə qədər problemlidir".
Qeyd edək ki, tədqiqatın nəticələri "Nature Human Behaviour" jurnalında dərc edilib.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Avqust 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















