Sosial mediadan istifadə etmədiyini açıqladı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Karyerası boyunca yaddaqalan obrazlara həyat bəxş edən Hollivud ulduzu Scarlett Johansson sosial media hesabının olmamasının səbəbini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "InStyle" jurnalına danışıb.
40 yaşlı aktrisa sosial media idarəçilərinin onu qoşulmağa təşviq etməsinə baxmayaraq, hesab açmamaqda qərarlı olduğunu bildirib.
"Buna görə terapevtimlə danışdım. Amma sosial media hesabı açmaq mənim əsas dəyərlərimə ziddir. Özümü necə ifadə edəcəyəm? Bilmirəm. Çünki gözləntilər çox böyükdür...", - deyib.
Aktrisa əlavə edib ki, sosial mediaya qoşulması üçün ona çoxlu təzyiqlər edilir.
Gülayə Mecid


Sosial mediadan həddindən artıq istifadə zərərli deyilmiş
12 Noyabr 2024 21:51
16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağan edildi
27 Noyabr 2024 09:25
16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağası gəldi
30 Noyabr 2024 20:17
İndoneziya uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırır
15 Yanvar 2025 22:36
Sosial mediadan asılılığın səbəbi NƏDİR? AYDINLIQ GƏTİRİLDİ
11 Mart 2025 15:23
