Icma.az
close
up
RU
Sosial mediadan pul qazananların DİQQƏTİNƏ! Kimlər vergi ödəyəcək?

Sosial mediadan pul qazananların DİQQƏTİNƏ! Kimlər vergi ödəyəcək?

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda sosial mediadan pul qazanan xeyli insan var. İstər tiktokerlər, istərsə də bloggerlər canlı yayımlarda göndərilən hədiyyələr, reklamlar və s. hesabına kifayət qədər yüksək məbləğ əldə edirlər. 

Maraqlıdır ki, onların qazanclarına nəzarət edilir və ya edilməlidirmi?

Avtosfer.az-ın məlumatına görə, bu barədə hüquqşünas Günay Abbasova bildirib ki, Azərbaycan Respublikasında vergitutmanın effektiv və düzgün qurulması üçün şəxslərin gəlirlərinə nəzarət edilməsi vacib amildir:

"Lakin vətəndaşların gəlirlərinə nəzarət edilməsi onların qanunvericilikdə nəzərdə tutulmamış hüquqlarını pozmadan, Vergi Məcəlləsində nəzərdə tutulmuş üsul və vasitələrdən istifadə etməklə aparılmalıdır. Qanunvericiliyin müvafiq maddələrinin əlaqəli təhlili zamanı bizə aydın olur ki, vergi orqanı vergi ödəyicisi kimi qeydiyyata düşmüş şəxslərin bank hesablarına nəzarət edə bilirlər. Hazırki qanunvericilik bu sahədə vergi nəzarətinin təkmil formada həyata keçirilməsinə imkan verməsə belə, hər bir halda VÖEN-ə bağlı bank hesablarına vergi nəzarəti həyata keçirilir.

Hüquqşünas həmin şəxslərin vergiyə cəlb olunmaları barədə də danışıb:

"Sosial şəbəklərdə ("Tiktok", "Instagram", "Facebook", "Youtube" və s.) bir çox üsulla gəlirin əldə edilməsi mümkündür. Buna reklam gəlirləri, kontentlərin hazırlanması ilə bağlı şirkətlər tərəfindən ödənilən ödənişlər, sosial şəbəkələrə yüklənmiş video və ya şəkillərin izlənməsinə görə ödənişlər, son dövrlərdə tiktokda atılan hədiyyələrin miqdarına uyğun platforma tərəfindən verilən ödənişlər aiddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə nəzər saldığımız zaman, sosial şəbəklərdən əldə edilmiş gəlirlərin vergiyə cəlb edilib-edilməsi məsələsinin tənzimləndiyini görə bilərik. Belə ki, Vergi Məcəlləsinin 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Bu maddədə gəlirin malların, işlərin və ya xidmətlərin təqdim edilməsi məsələsi qeyd edilmişdir. Bu maddədə nəzərdə tutulmuş xidmət, malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət hesab edilir. Sosial şəbəkə istifadəçiləri gəlir əldə etmək məqsədilə də bu platformalar üçün kontent yaratmaq və ya reklam xidməti göstərməklə gəlir vergisi üçün vergitutma bazası formalaşdırırlar.

Yekun olaraq, sosial şəbəklər vasitəsilə gəlir əldə edən şəxslər Vergi Məcəlləsinin 34-cü maddəsinə əsasən, gəlirin əldə edilməsi anına qədər vergi ödəyicisi kimi qeydiyyata düşərək VÖEN almalıdırlar. Bu şəxslər xidmət fəaliyyəti göstərdikləri üçün sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən gəlir vergisi ödəyicisi olmalı, illik əldə etdikləri gəlirdən xərclər çıxıldıqdan sonra yerdə qalan mənfəətə 20 faiz vergi dərəcəsi tətbiq edərək, növbəti ilin mart ayının 31-dək illik gəlir vergisi bəyənnaməsini təqdim edərək vergi ödənişlərini həyata keçirməlidirlər".

Günay Abbasova həmçinin sosial şəbəkələr vasitəsilə gəlir əldə edən şəxslərə edilən güzəştlərdən bəhs edib:

"Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-nə güzəşt tətbiq olunur. Burada sahibkarlıq subyektlərinin təsnifatına da diqqət etmək lazımdır. Bu güzəşt mikro sahibkarlar üçün,  dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər üçün nəzərdə tutulmuşdur" (redaktor.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri