Icma.az
close
up
RU
Sosial medianın üstünlükləri və mənfi cəhətləri

Sosial medianın üstünlükləri və mənfi cəhətləri

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mən bir kamanam, mənim tellərim var, məndən çıxacaq səs sizin barmaqlarınızdan asılıdır”.  ©

Gündəlik həyatda rastlaşdığımız hadisələrin istisnasız hər biri şüuraltımızda özünə yer edir və bu proses davamlı şəkildə baş verir. İnsanı bir fərd kimi onu əhatə edən mühit formalaşdırır. Bu baxımdan sosiallıq və antisosiallıq bir fərdin yetişməsində mühüm rol oynayır. İnsan vəziyyətdən asılı olaraq introvert və ya ekstrovert kimi formalaşır. Müasir dünyada sosiallıq və antisosiallıq bir qədər kontekstindən çıxıb. Belə ki, insanlar sosial media vasitələrindən aktiv şəkildə istifadə edərək rahatlıqla ictimailəşə bilir. Dövr insanlara bu cür fürsətlər təklif edir, şanslar yaradır. Bu fürsəti necə dəyərləndirəcəyi isə onun öz seçimidir. Bu yazıda sosial medianın iki üzündən danışacağıq. Çünki bu virtual dünyanın insanlara xeyri olduğu kimi, müəyyən mənada ziyanı da ola bilir.

Belə ki, bu dünya hər kəsə şans tanıyır. Yəni insanlar istedadlı olduğu sahələrdə ərsəyə gətirdiklərini rahatlıqla digərləri ilə bölüşə və qısa müddətdə özünə böyük bir auditoriya yarada bilir.  İnternet dövründən öncə hər hansı bir sənət sahibi meydanda görünmək, istedadı ilə üzə çıxmaq üçün xeyli yol qət etməli idisə, sosial media onun yolunu qısaldır. Bəs bunun nəticəsi həmin istedadlara necə təsir edir? Məqsədə tez çatmaq onları böyük bir boşluğamı yuvarlayır, yoxsa daha da həvəsləndirir?  Təbii ki, bu artıq xarakter məsələsidir.

Sosial medianın faydalarından biri də vacib elanların, xəbər və məlumatların çox qısa müddətdə ölkə gündəminə gələ bilməsidir. Əlbəttə, bu işi illərdir televiziya həyata keçirir. Amma indi bu xəbərlər insanlara daha operativ şəkildə çatır, onlar gözlənilən hər hansı təhlükə və ya bir digər elan və məlumatdan xəbərdar olurlar. Daha xəbər saatlarında televiziya qarşısında olmaq məcburiyyəti yoxdur. Bunun kimi çoxlu nümunələr gətirmək olar.

Sosial media insan həyatına sürət və operativlik gətirib. Bu məhfumların xeyri kimi ziyanı da mövcuddur. İnsanlar sürətlə ayaqlaşa bilmədikcə ruhdan düşürlər. Çünki virtual dünyanın alqoritmi sürət üzərinə qurulub. Ayaqlaşmağı mümkün olmayan sürət insanları real həyatdan ayırıb tamamilə virtual aləmə bağlayır. Bu insanı real olmayan hədəflərlə savaş halına gətirir ki, buna “rəqəmsal Don Kixotluq” da demək mümkündür. Var olmayan ehtiyaclar, süni hədəflər, əldə edilməsi həqiqi bir arzu olmayan nailiyyətlər və s.  Bu virtual illuziya insanı öz həyatından ayırır. Yəni öz problemləri, məqsəd və öhdəliklərindən.

Digər bir tərəfdən sosial medianın təqdim elədiyi “filtrli” həyatlar fərddə öz qüsurlarını görmək qorxusu yaradır. Reallıqla virtual dünya arasındakı bu uçurum insanı daxili tənhalığa və introvertliyə sürükləyir.

Sosial medianı həm imkanlar yaradan, fürsətlər təklif edən effektiv bir vasitə, həm də insanı reallıqdan qoparan bir illuziya kimi balanslı şəkildə qiymətləndirə bilərik. Nəticə etibarı ilə bu platformaların faydalı tribunaya, yoxsa rəqəmsal Don Kixotluğa çevrilməsi ondan istifadə edən fərdin şüurlu idarəçiliyindən və real həyatla əlaqəsini qorumaq bacarığından asılıdır. Bu balanssızlığı aradan qaldırmağın və rəqəmsal illuziyadan xilas olmağın ən effektiv yolu müntəzəm olaraq rəqəmsal detoks tədbiq etməkdir. Sensorlu ekranları və sosial şəbəkə bildirişlərini müəyyən müddətə könüllü olaraq bağlamaq beynimizə nəfəs almaq və real dünyanı yenidən kəşf etmək şansı tanıyır. Unutmayaq ki, sosial media, sadəcə, faydalı bir alətdir. Onun bizi idarə edən bir asılılığa çevrilməsinə icazə verməmək və real həyata önəm vermək üçün hərdən rəqəmsal dünyadan uzaqlaşmaq ən doğru addımdır.

Mirsadiq Ağayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri