Icma.az
close
up
RU
Sosial müavinətlər artırıldı Fərman

Sosial müavinətlər artırıldı Fərman

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Fərmanda deyilir:

1. 2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilsin:
1.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat;
1.2. ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat;
1.3. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat;
1.4. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat;
1.5. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat;
1.6. beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat;
1.7. övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat;
1.8. himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7–13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14–18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat;
1.9. uşağın anadan olmasına görə 600 (altı yüz) manat;
1.10. dəfn üçün 600 (altı yüz) manat.
2. 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən edilsin:
2.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat;
2.2. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat;
2.3. şəhid ailəsi üçün 700 (yeddi yüz) manat;
2.4. 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat;
2.5. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat;
2.6. müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:
2.6.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat;
2.6.2. orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;
2.6.3. orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;
2.7. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat;
2.8. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat;
2.9. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat.
3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2025-ci il iyulun 1-dən 1700 (min yeddi yüz) manat müəyyən edilsin.
4. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat müəyyən edilsin.
5. “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329 (Cild I) 2-ci hissəsində “1500 (min beş yüz)” sözləri “1700 (min yeddi yüz)” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594 (Cild I) 1-ci hissəsində “1800 (min səkkiz yüz)” sözləri “2000 (iki min)” sözləri ilə əvəz edilsin.
7. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 5 (Cild I) 1-ci hissəsində “600 (altı yüz)” sözləri “700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.
8. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040 (Cild I) 1-ci hissəsində “600 (altı yüz)” sözləri “700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.
9. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.1-ci bənddə “500 (beş yüz)” sözləri “600 (altı yüz)” sözləri ilə əvəz edilsin;
9.2. 1.2-ci bənddə “400 (dörd yüz)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;
9.3. 1.3-cü bənddə “330 (üç yüz otuz)” sözləri “400 (dörd yüz)” sözləri ilə əvəz edilsin.
10. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
10.1. 1.1.2-ci yarımbənd üzrə:
10.1.1. ikinci abzasda “270 (iki yüz yetmiş)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;
10.1.2. üçüncü abzasda “220 (iki yüz iyirmi)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;
10.1.3. dördüncü abzasda “150 (yüz əlli)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;
10.2. 1.1.3-cü yarımbənd üzrə:
10.2.1. ikinci abzasda “270 (iki yüz yetmiş)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;
10.2.2. üçüncü abzasda “220 (iki yüz iyirmi)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;
10.2.3. dördüncü abzasda “150 (yüz əlli)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;
10.3. 1.1.4-cü yarımbənd üzrə:
10.3.1. ikinci abzasda “270 (iki yüz yetmiş)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;
10.3.2. üçüncü abzasda “220 (iki yüz iyirmi)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;
10.3.3. dördüncü abzasda “150 (yüz əlli)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;
10.4. 1.1.6-cı yarımbənddə “120 (yüz iyirmi)” sözləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;
10.5. 1.1.8-ci və 1.1.9-cu yarımbəndlərdə “120” rəqəmləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;
10.6. 1.1.10-cu yarımbənddə “100 (bir yüz)” sözləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;
10.7. 1.1.12-ci yarımbəndin 1-ci abzasında “200” rəqəmləri “240 (iki yüz qırx)” sözləri ilə əvəz edilsin;
10.8. 1.1.13-cü yarımbəndin 2-ci abzasında “395” rəqəmləri “500 (beş yüz)” sözləri ilə, “415” rəqəmləri “600 (altı yüz)” sözləri ilə, “435” rəqəmləri “650 (altı yüz əlli)” sözləri ilə əvəz edilsin;
10.9. 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərdə “500 (beş yüz)” sözləri “600 (altı yüz)” sözləri ilə əvəz edilsin.
11. “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539 (Cild I) 1-ci hissəsində “105 (yüz beş)” sözləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin.
12. “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 249 (Cild I) 1-ci hissəsində “200 (iki yüz)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin.
13. “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 962 (Cild I) 1-ci hissəsində “600 (altı yüz)” sözləri “700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.
14. “Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643 (Cild I) 1-ci hissəsində “100 (bir yüz)” sözləri “120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin.
15. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1488 (Cild I) 1-ci hissəsində “2000 (iki min)” sözləri “2200 (iki min iki yüz)” sözləri ilə əvəz edilsin.
16. “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1494 (Cild I) 1-ci hissəsində “300 (üç yüz)” sözləri “350 (üç yüz əlli)” sözləri ilə əvəz edilsin.
17. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609 (Cild I) 1-ci hissəsinin birinci abzasında “200 (iki yüz)” sözləri “300 (üç yüz)” sözləri ilə, “150 (yüz əlli)” sözləri “200 (iki yüz)” sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 İyun 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see281

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see218

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see210

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see181

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see156

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see139

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see139

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri