Icma.az
close
up
RU
Sosial müdafiə və məşğulluq proqramları bu il daha da genişləndiriləcək

Sosial müdafiə və məşğulluq proqramları bu il daha da genişləndiriləcək

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 aprel, AZƏRTAC

Ölkəmizdə vətəndaş rifahına xidmət edən islahatlar davam etdirilir. Prezident İlham Əliyevin tapşırıqları əsasında 2025-ci ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılıb: minimum əməkhaqqının 16 faiz artımla 400 manata çatdırılması, müxtəlif sahələrdə əməkhaqqı artımları, pensiyaların indeksləşdirilərək artırılması, fevralın 1-dən isə minimum pensiyanın 14,3 faiz artımla 320 manata çatdırılması təmin edilib. Yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sosial ödənişlərin artırılması ilə yanaşı, sosial rifahda mühüm amil olan məşğulluğun təminatına yönələn proqramların getdikcə daha da genişləndirilməsinin, dövlət sosial xidmətlərində innovativ həllərin geniş tətbiqi işlərinin davam etdirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

İclasda nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin birinci rübdə proqnoza nisbətən 14 faiz və ya 249 milyon manat çox olmaqla 2 milyrd 14 milyon manat, xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 163 milyon manat artaraq 1 milyard 864 milyon manat təşkil etdiyi bildirilib. Həmin dövrdə pensiya ödənişlərinə də ötən ilin müvafiq dövrünə nisbətən 156 milyon manat və ya 10 faiz çox olmaqla 1 milyard 768 milyon manat vəsait yönəldildiyi, 475 min nəfərə müavinət olaraq 275 milyon manat, 402 min nəfərə Prezident təqaüdləri olaraq 173 milyon manat ödənildiyi qeyd olunub.

Cari ilin birinci rübündə nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 84,7 min şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, o cümlədən 27,2 min şəxsin işlə təminatının həyata keçirildiyi, 1195 şəxsin özünüməşğulluq proqramına, 1221 işsiz şəxsin peşə kurslarına, 55,1 min şəxsin peşəyönümü xidmətlərinə cəlb edildiyi bildirilib.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin hesabat dövründə əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, habelə elektron əmək müqaviləsinə keçid sahəsində gördüyü işlər qeyd edilib. Eləcə də əməkhaqqı və digər sosial xarakterli ödənişlərdən ibarət 80 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirildiyinin müəyyən edildiyi, həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin, işdən qanunsuz çıxarılmış 17 nəfərin əvvəlki işlərinə bərpasının təmin edildiyi diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, DOST Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübündə görülən işlərdən bəhs olunub. Həmin dövrdə 3,4 min tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, sosial xidmət müəssisələrində 2,3 min şəxsin xidmətlə təmin edildiyi, daha 32 uşağın övladlığa və 9 uşağın himayədar ailələrə verildiyi diqqətə çatdırılıb.

Həmin dövrdə 213 min, ümumən ötən dövrdə 3,4 milyon vətəndaşın DOST mərkəzlərinin xidmətlərindən yararlandığı, həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam etdirildiyi qeyd edilib.

Yanvar-mart aylarında 11,6 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 27,9 min şəxsin reabilitasiya xidmətləri, 4,5 min şəxsin 29,4 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.

İclasda sənədlərlə və vətəndaş müraciətləri ilə iş, vətəndaşların qəbulu və s. sahələrdə ilk rüb ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri