Icma.az
close
up
RU
Sosial rifahın yüksəldilməsinə xidmət edən strateji sənəd ŞƏRH

Sosial rifahın yüksəldilməsinə xidmət edən strateji sənəd ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən dövlət başçısı proqramın ölkə üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, bu sahədə mövcud problemlərin kompleks və mərhələli şəkildə həll ediləcəyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Bakı və Abşeron yarımadasında su təsərrüfatı sahəsində problemlər uzun illər ərzində yığılıb qalıb və bu məsələlər artıq yalnız lokal deyil, ümumi şəhər və ətraf mühit təhlükəsizliyi baxımından ciddi çağırışa çevrilib. Yeni Dövlət Proqramının əsas məqsədi əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması, kanalizasiya və tullantı suların idarə olunmasının müasir standartlara uyğun qurulması, eyni zamanda yağış sularının yaratdığı fəsadların aradan qaldırılmasıdır.

Dövlət başçısı bildirib ki, hazırda Bakı və Abşeron üzrə əhalinin təxminən 70 faizi fasiləsiz içməli su ilə təmin olunur. Proqramın icrası nəticəsində bu göstəricinin 2035-ci ilə qədər 95 faizə çatdırılması planlaşdırılır. Bunun üçün yeni su mənbələrinin yaradılması, mövcud magistral xətlərin və paylayıcı şəbəkələrin yenilənməsi, su itkilərinin azaldılması əsas vəzifələr sırasında yer alır. Prezident su itkilərinin bəzi ərazilərdə 40–45 faizə çatmasının yolverilməz olduğunu qeyd edərək, bu sahədə müasir ölçmə və rəqəmsal idarəetmə sistemlərinin tətbiq ediləcəyini bildirib.

Çıxışda kanalizasiya sistemlərinin vəziyyətinə də xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev vurğulayıb ki, hazırda əhalinin yalnız təxminən yarısının mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı var. Dövlət Proqramının icrası ilə bu sahədə ciddi irəliləyiş əldə olunacaq və göstərici 95 faizə yüksəldiləcək. Tullantı suların tam təmizlənməsi Xəzər dənizinin qorunması və ekoloji tarazlığın təmin edilməsi baxımından əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Son illər Bakı şəhərində intensiv yağışlar zamanı yaranan problemlərə toxunan dövlət başçısı bildirib ki, mövcud yağış suları sistemi şəhərin müasir tələblərinə cavab vermir. Bu səbəbdən paytaxtın əsas küçə və prospektlərində yeni yağış suyu kollektorlarının inşası nəzərdə tutulur. Görüləcək tədbirlər leysan yağışları zamanı nəqliyyatın iflic olması, küçə və yolların su altında qalması kimi halların qarşısını almağa yönəlib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanda ilk dəfə olaraq dəniz suyunun duzsuzlaşdırılması layihəsinin həyata keçiriləcəyini də açıqlayıb. Bu layihə gələcəkdə əlavə və alternativ içməli su mənbəyi yaradacaq və su təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda su təsərrüfatı sahəsində rəqəmsallaşma, avtomatlaşdırılmış idarəetmə və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi proqramın əsas istiqamətləri kimi qeyd edilib.

Dövlət başçısı vurğulayıb ki, 2026–2035-ci illəri əhatə edən bu Dövlət Proqramı təkcə texniki infrastruktur layihəsi deyil, sosial rifahın yüksəldilməsinə, ətraf mühitin qorunmasına və Bakının müasir dünya şəhərləri səviyyəsində inkişafına xidmət edən strateji sənəddir. Proqramın icrası dövlət nəzarətində olacaq və mərhələli şəkildə həyata keçiriləcək.Prezident İlham Əliyev əminliklə bildirib ki, bu proqramın icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemində uzun illərdir mövcud olan problemlər aradan qaldırılacaq, əhalinin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksələcək.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri