Icma.az
close
up
RU
Sosial müavinət və təqaüdlərin artırılması Azərbaycan vətəndaşının rifahına xidmət edən strateji qərardır ŞƏRH

Sosial müavinət və təqaüdlərin artırılması Azərbaycan vətəndaşının rifahına xidmət edən strateji qərardır ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən 5-ci sosial islahat paketi dövlətin sosial siyasətində insan amilini əsas götürən strateji yanaşmanın davamlılığını nümayiş etdirir. Bu paket çərçivəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması yüz minlərlə insanın gündəlik həyatına birbaşa müsbət təsir edən, sosial bərabərliyi gücləndirən və dövlətin sosial funksiyasını daha da möhkəmləndirən fundamental addımdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov AZƏRTAC-a şərhində bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ilin dekabr ayında imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam ölkədə hədəfli sosial siyasətin davamlılığını təmin edən növbəti strateji addım oldu və bu mühüm sənəd əsasında icrasına başlanılan 5-ci sosial islahat paketi vətəndaşların sosial müdafiəsini prioritet elan edən dövlət siyasətinin növbəti mərhələsini formalaşdırdı.

“5-ci sosial islahat paketinin icrasının ilk addımı olaraq, 2025-ci ilin yanvarın 1-dən minimum aylıq əməkhaqqının 400 manata, fevralın 1-dən isə minimum pensiya məbləğinin 320 manata çatıdırılması, həmçinin bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılması təmin edilib.

Prezident İlham Əliyevin imzaladığı növbəti Fərmanla 5–ci sosial islahat paketinin icrasının növbəti tamamlayıcı addımı olaraq 2025-ci ilin iyulun 1-dən etibarən sosial müavinət və təqaüdlərin artırılması təmin ediləcək. Bu artımlar şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını nəzərdə tutur”,- deyə o qeyd edib.

Elnur Ələkbərov sosial ödənişlərin artmasının birbaşa olaraq aşağı və orta gəlirli əhali qruplarının istehlak imkanlarını genişləndirəcəyini, sosial bərabərliyi və ictimai etimadı möhkəmləndirəcəyini, ailə rifahı və uşaqların sosial müdafiəsinin daha da gücləndirəcəyini qeyd edib.

O bildirib ki, bütövlükdə, 5-ci sosial islahat paketi əməkhaqqı üzrə 700 min nəfəri, sosial ödənişlər üzrə 2,3 milyon nəfər olmaqla 3 milyon nəfəri əhatə edir: “5-ci sosial islahat paketinin maliyyə tutumu 1,4 milyard manatdır. Ümumilikdə isə 2019-2025-ci illərdə reallaşdırılan 5 sosial islahat paketinin maliyyə tutumu 7,6 milyard manat təşkil edir.

Həyata keçirilən sosial islahat paketləri Azərbaycan vətəndaşının rifahını mərkəzə alan dayanıqlı, inklüziv və modern sosial siyasətin bariz nümunəsidir. Artımlar yalnız statistik dəyişiklik deyil, həm də insan həyatına birbaşa və müsbət təsir edən sosial transformasiya alətidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri