Kamaləddin Qafarov: “Yeni Dövlət Proqramı sosial rifahın yüksəldilməsinə xidmət edəcək”
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Yanvarın 12-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha göstərdi ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindən biridir".
Milli.Az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, dövlət başçısının vurğuladığı kimi, paytaxt və ətraf ərazilərin su problemlərinin həlli uzun illərdir icra olunan iri infrastruktur layihələri arasında xüsusi yer tutur.
"Təsadüfi deyil ki, bu məsələ təkcə kommunal təminat məsələsi deyil, eyni zamanda, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, şəhər mühitinin sağlamlaşdırılması və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vaxtilə içməli su və kanalizasiya problemləri insanların gündəlik həyatında ciddi çətinliklər yaradırdısa, bu gün ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin əksər şəhər və rayonlarında bu sahədə əsaslı dönüş əldə olunub. Cənab Prezident İlham Əliyevin çıxışı onu göstərir ki, dövlət bu prosesi yarımçıq hesab etmir və 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı ilə problemin kompleks, uzunmüddətli və davamlı həllini qarşıya məqsəd qoyur".
Millət vəkili son 20 ildə həyata keçirilən genişmiqyaslı infrastruktur islahatalarının Azərbaycanın inkişaf modelinin əsas sütunlarından birinə çevrildiyini vurğulayıb:
"Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, əldə olunan nəticələr, o cümlədən qazlaşma səviyyəsinin 96 faizə çatdırılması təkcə sosial rifah göstəricisi deyil, həm də ölkənin enerji müstəqilliyinin real ifadəsidir. Bir zamanlar daxili tələbatı ödəmək üçün qaz idxal edən Azərbaycan bu gün artıq ondan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır. Eyni yanaşma su təsərrüfatı sahəsində də özünü açıq şəkildə göstərir. "Taxtakörpü" və "Şəmkirçay" kimi iri su anbarlarının inşası, "Ceyranbatan" su anbarının tam yenidən qurulması Bakının və regionların su təhlükəsizliyini təmin edən həlledici addımlar olub. Əgər bu layihələr vaxtında icra edilməsəydi, bu gün paytaxtın və Qərb bölgəsinin su təchizatı ciddi risklərlə üz-üzə qala bilərdi. Dövlət başçısının çıxışında bu faktların xüsusi vurğulanması görülən işlərin miqyasını və strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Müşavirədə səsləndirilən əsas mesajlardan biri də ondan ibarətdir ki, dövlətin məqsədi təkcə mövcud problemləri aradan qaldırmaq deyil, gələcək çağırışlara hazır olmaqdır. Əhalinin, sənayenin və kənd təsərrüfatının dayanıqlı su ilə təmin olunması, su mənbələrinin qorunması, su anbarlarının potensialının artırılması və uçot sisteminin tam formalaşdırılması əsas prioritetlər sırasındadır. Bu yanaşma su ehtiyatlarının yalnız bugünkü tələbat üçün deyil, uzunmüddətli perspektivdə səmərəli idarə olunmasına xidmət edir. Mövsümi suların toplanması və ilboyu istifadəsinin planlaşdırılması isə iqlim dəyişiklikləri fonunda xüsusilə aktualdır. Beləliklə, Bakı və Abşeron üzrə nəzərdə tutulan Dövlət Proqramı sosial rifahın yüksəldilməsi ilə yanaşı, iqtisadi inkişafın, ekoloji tarazlığın və milli təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən uzaqgörən və məsuliyyətli dövlət siyasətinin növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 14 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















