Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Sosial sabitliyin və strateji inkişafın əsas amillərindən biri

Sosial sabitliyin və strateji inkişafın əsas amillərindən biri

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Su ehtiyatları hər bir dövlətin iqtisadi təhlükəsizliyinin, sosial sabitliyinin və strateji inkişafının əsas amillərindən biridir. Azərbaycan kimi iqlim şəraiti baxımından məhdud su resurslarına malik ölkələr üçün bu sahədə düzgün və uzaqgörən siyasətin aparılması xüsusilə vacibdir. Müstəqil Azərbaycanın su ehtiyatları siyasətinin elmi və praktik əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış, Prezident İlham Əliyev tərəfindən isə müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl olaraq davam etdirilmişdir.

Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə su təsərrüfatı sahəsində qəbul etdiyi qərarlar bu gün də öz aktuallığını qoruyur. Onun təşəbbüsü ilə Azərbaycanda iri həcmli su anbarlarının tikintisi və mövcud infrastrukturun modernləşdirilməsi həyata keçirilmişdir. Belə ki, Mingəçevir su anbarı 1953-cü ildə istifadəyə verilsə də, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə bu nəhəng hidrotexniki qurğunun imkanları genişləndirilmiş, onun suvarma və enerji istehsalındakı rolu əhəmiyyətli dərəcədə artırılmışdır. Mingəçevir su anbarı ölkənin mərkəzi və aran bölgələrinin su təminatında həlledici rol oynamağa başlamışdır.
Şəmkir su anbarının tikintisinə 1975-ci ildə başlanılmış və 1982-ci ildə istismara verilmişdir. Bu layihə Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş, Kür çayı üzərində yaradılan mühüm strateji obyektlərdən biri kimi kənd təsərrüfatının və sənayenin inkişafına ciddi töhfə vermişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərində formalaşdırılan su strategiyası çərçivəsində Sərsəng su anbarı xüsusi əhəmiyyətə malik obyektlərdən biri olmuşdur. 1976-cı ildə istismara verilmiş Sərsəng su anbarı Qarabağ bölgəsinin suvarma və enerji təminatında mühüm rol oynamış, minlərlə hektar əkin sahəsinin suvarılmasına imkan yaratmışdır. Uzun illər işğal altında qalmasına baxmayaraq, Sərsəng su anbarı Azərbaycan dövlətinin su siyasətində daim strateji obyekt kimi qiymətləndirilmişdir.
Yenikənd su anbarı və hidroelektrik stansiyası isə daha sonrakı dövrdə – 2000-ci ildə istifadəyə verilsə də, onun layihələndirilməsi və əsas texniki həlləri Ulu Öndərin müəyyən etdiyi ümumi su strategiyasının tərkib hissəsi olmuşdur.
Bununla yanaşı, Heydər Əliyevin hakimiyyəti dövründə ölkənin müxtəlif bölgələrində onlarla orta və kiçik həcmli su anbarları, magistral kanallar, nasos stansiyaları və meliorasiya sistemləri inşa edilmişdir. Bu layihələr təkcə iqtisadi məqsədlərə deyil, eyni zamanda əhalinin içməli su ilə təminatına və regionlar arasında sosial tarazlığın yaradılmasına xidmət etmişdir.
Heydər Əliyevin su siyasətinin əsas fəlsəfəsi ondan ibarət idi ki, su ehtiyatları strateji milli sərvət kimi qorunmalı və uzunmüddətli planlama əsasında idarə olunmalıdır. Bu yanaşma bu gün də dövlət siyasətinin ideoloji dayaqlarından biridir.
Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu su ehtiyatları strategiyasını XXI əsrin çağırışlarına uyğun şəkildə zənginləşdirmişdir. Onun rəhbərliyi ilə ölkədə bir sıra mühüm su layihələri həyata keçirilmişdir.
Taxtakörpü su anbarı 2013-cü ildə istifadəyə verilmişdir. Bu anbar xüsusilə Abşeron yarımadasının və şimal regionlarının su təminatında mühüm rol oynayır. Şəmkirçay su anbarı isə 2014-cü ildə istismara verilmiş və qərb bölgəsinin suvarma və içməli su ehtiyaclarının ödənilməsinə xidmət etmişdir.
Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şəmkirçay su anbarı (2014), eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni su anbarlarının və su qovşaqlarının inşası geniş vüsət almışdır. Həkəri çayı üzərində tikilən və elektrik enerjisi istehsal edən Güləbird su anbarı, Azar çayı üzərində tikilən Qız Qalası su anbarı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bu layihələr regionun sosial-iqtisadi dirçəlişinə, kənd təsərrüfatının inkişafına və əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir. Qarabağda inşa edilən böyük su anbarları və su qovşaqları gələcəkdə minlərlə hektar torpaq sahəsinin suvarılmasına, eyni zamanda ekoloji tarazlığın bərpasına imkan yaradacaqdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhəri və Abşeron yarımadasında Oğuz–Qəbələ–Bakı su kəməri 2010-cu ildə istifadəyə verilmiş və paytaxtın içməli su təminatında keyfiyyətcə yeni mərhələ başlamışdır. Bu layihə Abşeronun uzunmüddətli su təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin təsdiq etdiyi Bakı şəhəri və Abşeron yarımadasında su təchizatının təkmilləşdirilməsi ilə əlaqədar 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı bu sahədə kompleks və sistemli yanaşmanın davamıdır. Proqram artan əhali, sənayeləşmə və iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının davamlı idarə olunmasını əsas hədəf kimi müəyyənləşdirir. Dövlət Proqramı çərçivəsində yeni su anbarlarının tikintisi, mövcud su anbarlarının tutum və texniki imkanlarının artırılması, su itkilərinin azaldılması, dəniz suyunun duzsuzlaşdırılması texnologiyalarının tətbiqi, rəqəmsal idarəetmə və monitorinq sistemlərinin qurulması nəzərdə tutulur. Bu tədbirlər Bakı və Abşeron yarımadasında gələcəkdə su qıtlığı risklərinin qarşısını almağa xidmət edəcəkdir.
Prezident İlham Əliyevin su təsərrüfatına həsr olunmuş çıxışında xüsusi vurğulanan məsələlərdən biri də Şirvan kanalının yenidən bərpa olunması və Hacıqabul gölünün fəaliyyətinin bərpası ilə bağlıdır. Dövlət başçısı qeyd etmişdir ki, bu layihələrin icrası təkcə su təminatını yaxşılaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda kənd təsərrüfatının inkişafına güclü təkan verəcəkdir.
Şirvan kanalının bərpası aran bölgəsində minlərlə hektar əkin sahəsinin suvarılmasını təmin edəcək, məhsuldarlığın artmasına və torpaqlardan səmərəli istifadəyə şərait yaradacaqdır. Hacıqabul gölünün yenidən su ilə təmin olunması isə bölgənin ekoloji vəziyyətinin yaxşılaşmasına, balıqçılığın və əlaqəli sahələrin inkişafına, eyni zamanda iqlim tarazlığının qorunmasına mühüm töhfə verəcəkdir.
Prezident İlham Əliyevin su təsərrüfatı məsələlərinə həsr olunmuş son müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, bu sahə dövlət siyasətinin strateji istiqamətlərindən biridir. Dövlət başçısı vurğulamışdır ki, su ehtiyatlarının qorunması yalnız bu günün deyil, gələcək nəsillərin məsuliyyətidir və qəbul edilən qərarlar uzunmüddətli nəticələrə hesablanmalıdır.
O, su anbarlarının və infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icrasının vacibliyini qeyd edərək, Bakı və Abşeron yarımadasının su təhlükəsizliyinin tam təmin olunmasının dövlətin əsas prioritetlərindən biri olduğunu xüsusi vurğulamışdır. Prezident İlham Əliyev müşavirədə bir daha vurğulayıb ki, Xəzər dənizinin çirklənməsinin əsas səbəblərindən biri məhz tullantı suların yetərincə təmizlənmədən dənizə buraxılmasıdır. Bu isə ekosistemin davamlılığını təhlükə altına alır, Xəzər dənizinin bioloji müxtəlifliyinə mənfi təsir göstərir, su ətraf mühitinə və insanların sağlamlığına risklər yaradır. Bu səbəbdən prezident proqram çərçivəsində dəqiq göstəriş verib ki, suyun dənizə verilməzdən əvvəl təmizlənməsi 100 faiz səviyyədə təmin olunsun.
Prezidentin çıxışında qeyd olunub ki, bu hədəfə çatmaq üçün xüsusi tədbirlər həyata keçiriləcək, o cümlədən, Hövsan sutəmizləyici stansiyanın modernləşdirilməsi və genişləndirilməsi proqramın əsas məsələlərindən biridir, Müasir su təmizləmə texnologiyaları tətbiq ediləcək, Tullantı suların tam emalı üçün əlavə infrastrukturlar inşa olunacaq. Bu tədbirlər suyun keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək və dəniz çirklənməsinin qarşısını almağa yönələcək. Proqram yalnız infrastruktur layihələrindən ibarət deyil o həm də ətraf mühitin qorunması və dayanıqlı inkişaf prinsiplərini birləşdirir. Dənizə buraxılan tullantı suların təmizlənməsi, Xəzər dənizinin faunasını və florasını qoruyacaq, Turizm və dəniz sahəsində iqtisadi aktivliyi artıracaq, Su resurslarından sağlam şəkildə istifadəni təmin edəcək.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi su ehtiyatları siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoymuşdur. Su anbarlarının tarixi ardıcıllıqla inşası, müasir texnologiyaların tətbiqi və 2026–2035-ci illər üzrə Dövlət Proqramının icrası Azərbaycanın, xüsusilə Bakı və Abşeron yarımadasının uzunmüddətli su təhlükəsizliyini təmin edəcəkdir. Bu siyasət dövlətin sosial rifahının, iqtisadi inkişafının və milli təhlükəsizliyinin möhkəm təminatıdır.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri