Icma.az
close
up
RU
Ticarətin yeni üzü: Marketlər sosial sabitliyin və inkişafın mərkəzində

Ticarətin yeni üzü: Marketlər sosial sabitliyin və inkişafın mərkəzində

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Dünya iqtisadiyyatında şəbəkə marketləri yalnız ticarət nöqtələri deyil, həm də geniş sosial və iqtisadi təsirləri olan sistemlərdir. Azərbaycan kimi inkişaf etməkdə olan bazarlarda bu tip müəssisələr, sadəcə istehlakçılara xidmət etməkdən çox, iqtisadi inkişafın mühüm elementinə çevrilib. Şəbəkə marketləri, xüsusilə orta və kiçik biznesin inkişafında, iş yerlərinin yaradılmasında və sosial inklüzivlikdə əhəmiyyətli rol oynayır. 

İş yerlərinin yaradılması: Şəbəkə marketlərinin sosial və iqtisadi gücü

Şəbəkə marketləri təkcə alış-veriş mərkəzləri olmaqla qalmır, həm də işsizliklə mübarizənin ön cəbhəsində durur. Dünya təcrübəsinə baxdıqda, supermarket zəncirləri inkişaf etmiş və inkişaf etməkdə olan bazarlarda iqtisadi artımın lokomotivi kimi çıxış edir. 2020-ci il Dünya Bankı hesabatında göstərilir ki, şəbəkə marketləri inkişaf etməkdə olan ölkələrdə orta və kiçik biznes üçün əsas işəgötürənlərdən biridir.

Azərbaycanın regionlarında yaşayan qadınlar və gənclər üçün şəbəkə marketləri, xüsusilə sabit gəlirli və sosial təminatlı iş imkanları yaradır. Məsələn, Gəncə, Lənkəranda və digər şəhərlərdə fəaliyyət göstərən supermarketlərində işə götürülən qadınların sayı, regionda işləyən zərif cinsin nümyəndələrinə iş imkanı yaradır. Bu, yalnız iş imkanları yaratmaqla qalmır, həm də onların iqtisadi və sosial asılılıqlarını azaldır, cəmiyyətin inkişafına töhfə verir.

Qlobal təcrübəyə nəzər saldıqda, bu yanaşma Yaponiyada və Şimali Amerikada da tətbiq olunur. Məsələn, Yaponiyanın böyük supermarket şəbəkələri, bölgələrdəki qadınların və gənclərin iş bazarına inteqrasiyasını dəstəkləyən xüsusi təhsil və karyera proqramları təqdim edir. Həmçinin, Amerikada Walmart, təxminən 2,3 milyon işçi çalışdırır ki, bunun da böyük hissəsi qadınlardır. Beləliklə, şəbəkə marketləri təkcə istehlakçıların ehtiyaclarını ödəmək deyil, həm də sosial inkişafın təkanverici qüvvəsinə çevrilir.

İnvestisiya mühitinin yaxşılaşdırılması: Şəbəkə marketlərinin təsiri

Azərbaycan iqtisadiyyatında şəbəkə marketləri yalnız yerli biznesə deyil, həm də xarici sərmayələrin cəlb edilməsinə böyük təsir göstərir. Şəbəkə marketlərinin mövcudluğu ölkəyə xarici investorların marağını artırır, çünki belə müəssisələr stabil istehlak bazarı, inkişaf etmiş infrastruktura malik, riski azaldan və proqnozlaşdırıla bilən bir mühit yaradır.

Azərbaycan iqtisadiyyatına daxil olan sərmayələrin bir hissəsi ticarət sektoruna yatırılmışdır. Bunun əksəriyyəti şəbəkə marketlərinin açılmasına, yeni ticarət mərkəzlərinin tikilməsinə və logistika şəbəkələrinin inkişafına sərf edilmişdir. Əgər bu sahədə fəaliyyət göstərən şirkətlər öz market şəbəkəsini genişləndirirsə, bu, yalnız onların kommersiya fəaliyyətini deyil, həm də yerli bazara olan xarici sərmayələrin artmasını təmin edir.

Qlobal səviyyədə də şəbəkə marketləri investisiya üçün cəlbedici sahələrdən biridir. Məsələn, Almaniyanın Lidl və Fransanın Carrefour kimi qlobal market zəncirləri, inkişaf etməkdə olan ölkələrdə fəaliyyətə başlamaqla bu bazarlara investisiya daxil olmasına şərait yaradır. Onlar öz lokal fəaliyyətlərində yerli istehsalçılara dəstək verərək, yerli iqtisadiyyata mühüm töhfə verirlər.

Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini artırmaq məqsədilə yerli ticarət şəbəkələrinin investisiya mühitinə olan təsirini artırmaq olduqca vacibdir. Veysəloğlu Şirkətlər Qrupu, bu xüsusiyyəti öz strateji məqsədləri arasında ön planda saxlayaraq, həm yerli, həm də beynəlxalq bazarları əlaqələndirən bir körpü rolunu oynayır.

İqtisadi qanunların tətbiqi: Tələb-təklif mexanizminin şəbəkə marketlərində real işləməsi

İqtisadiyyatın ən əsas qanunlarından biri olan tələb və təklif qanunu, şəbəkə marketlərində hər gün gerçəkləşir. Bu sistem, yalnız alıcıların tələbini ödəmək üçün deyil, həm də istehsalçıları bazarın ehtiyaclarına uyğun şəkildə yönləndirmək üçün işləyir. Şəbəkə marketləri, geniş təchizat şəbəkələri və doğru stok idarəetmə sistemləri ilə bu qanunun tətbiqini real həyatda əməli şəkildə göstərir.

Azərbaycanın yerli supermarket şəbəkələri, xüsusilə qida məhsullarının təchizatında tələb-təklif balansını optimallaşdırmağa çalışır. İstər döner, istər təzə meyvə-tərəvəz, şəbəkə marketləri işləyən tələbləri tez bir zamanda təhlil edir və buna uyğun olaraq qiymət siyasətini qurur. Beləliklə, şəbəkə marketləri iqtisadiyyatda daha çevik və düzgün tənzimləmə mexanizmini təmin edir.

Qlobal təcrübədə bu yanaşma, xüsusən İngiltərə və ABŞ-də uğurla tətbiq edilir. Məsələn, Tesco və Walmart kimi qlobal nəhənglər, geridönüşlü təchizat sistemləri ilə tələb və təklif arasındakı uçurumu aradan qaldıraraq məhsul israfını minimuma endirirlər. Onlar müştəri davranışlarını və bazar dəyişikliklərini dərhal təhlil edərək, qiymətləri və məhsul çeşidlərini sürətlə dəyişdirə bilirlər.

Azərbaycanın şəbəkə marketləri bu qlobal təcrübəyə uyğun olaraq, rəqəmsal texnologiyalardan istifadə etməklə tələb-təklif balansını daha da təkmilləşdirir və iqtisadiyyatın daha səmərəli işləməsini təmin edir.

Şəbəkə marketləri və iqtisadi gələcəyin inkişafı

Şəbəkə marketləri, yalnız ticarət zənciri deyil, sosial, iqtisadi və mədəni əlaqələrin inkişaf etdiricisidir. Onlar, cəmiyyətin müxtəlif təbəqələrini birləşdirərək sosial inklüzivlik yaradır, iş yerlərinin sayını artırır, iqtisadi qanunları işə salır və yerli biznesin böyüməsinə təkan verir. Eyni zamanda, Azərbaycanın inkişafında şəbəkə marketləri xarici sərmayələri cəlb edərək ölkə iqtisadiyyatını daha güclü və müasir edir.

Veysəloğlu Şirkətlər Qrupu və digər şirkətlərin bu sahədəki fəaliyyətləri, yerli bazarda keyfiyyətli və sistemli inkişafın təmin olunmasında mühüm rol oynayır. Bu yanaşma yalnız bazarın dinamikasına uyğun deyil, həm də sosial məsuliyyət və iqtisadi stabilik prinsiplərini dəstəkləyir.

Qlobal təcrübə ilə müqayisədə, Azərbaycan şəbəkə marketləri, gələcəkdə daha da inkişaf edərək, daha yüksək standartlara və şəffaf bazar sisteminə sahib olacaqdır.

Orxan Hüseyn

Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see265

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see122

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see120

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri