Icma.az
close
up
RU
Sosial şəbəkə ikinci pasport Şahanə Müşfiq yazır

Sosial şəbəkə ikinci pasport Şahanə Müşfiq yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şahanə MÜŞFİQ

Dünyada əksər insanların kimliyini təsdiq edən rəsmi sənədi var: şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və sair. Bu sənədlər olmadan nə bank hesabı aça, nə də təyyarəyə minə bilərik. Amma müasir dövr bizə başqa bir "sənəd" də təqdim edib - sosial şəbəkə profili. Maraqlısı budur ki, artıq bu profil rəsmi pasportdan daha çox işə yarayır. Əslində, XXI əsrin ən real və ən təsirli kimlik kartı məhz sosial media hesabıdır.

Əgər bir zamanlar insanları sənədləri ilə tanıyırdıqsa, indi "adamı profili tanıdır" demək daha doğru olar. Çünki artıq insanın kimliyi təkcə dövlətin verdiyi kağızda deyil, onun paylaşımlarında, statuslarında, şəkillərində və izləyici dairəsindədir.

CV və profilin dueli

Əvvəllər iş üçün müraciət edən adamın ən böyük silahı tərcümeyi-hal idi. Diplomu, iş təcrübəsi, sertifikatları - bunların hamısı CV-də özünə yer tapardı. İndi isə vəziyyət dəyişib. İdarə və şirkətlər CV-ni oxuyar-oxumaz dərhal həmin şəxsin sosial şəbəkələrini yoxlamağa başlayır. Çünki CV sadəcə rəsmi təəssürat yaradır, amma sosial şəbəkə - real mənzərəni göstərir. Orada insanın gündəlik ünsiyyəti, münasibətləri, mədəniyyət səviyyəsi, dünyagörüşü, hətta zövqü belə görünür. İşəgötürən üçün isə bu, çox vacibdir. Axı o, gələcək əməkdaşını yalnız biliklərinə görə deyil, həm də davranışlarına görə tanımaq istəyir.

Məsələn, təsəvvür edin ki, iki nəfər eyni ixtisas üzrə eyni diplomla işə müraciət edir. Birinin profili doludur: kitablarla şəkillər, mədəni tədbirlərdən paylaşımlar, ciddi və konstruktiv müzakirələr. Digərinin profilində isə gündəlik şikayətlər, əsəbi statuslar, mənasız videolar. İndi siz işəgötürən olsaydınız, hansını seçərdiniz?

Beləcə, sosial şəbəkə artıq "ikinci CV" funksiyasını daşıyır. Hətta bəzi hallarda birincini də üstələyir.

Profil şəkli pasport fotosundan vacibdir?

Biz pasport üçün şəkil çəkdirəndə adətən ciddi, quru, emosiyasız görünməyə çalışırıq. Amma profil şəkli tam əksinə, bizim dünyaya açılan pəncərəmizdir. O qədər vacibdir ki, insanlar artıq özlərini pasport şəkillərində deyil, məhz profil fotolarında tanıtdırırlar.

İndi maraqlı sual: hansını dəyişmək daha vacibdir? Pasportdakı şəkli, yoxsa feysbukdakı profil şəklini? Təcrübə göstərir ki, əksər gənclər üçün sosial şəbəkə fotosu daha önəmlidir. Çünki pasportu heç kim görmür, amma profil şəklini hər kəs görür.

Hətta bəzən profil şəkli dəyişmək ad-soyad dəyişməkdən də önəmli ola bilir. İnsanları "tez-tez profil şəklini dəyişən" və "profil şəkli illərlə qalanlar" deyə bölüb dəyərləndirmək də məhz bu zamanın diktəsidir. Bu, psixologiyaya da təsirsiz ötüşməyib. Belə ki, artıq psixoloqlar da insanları profil şəklini dəyişmək tezliyinə görə dəyərləndirirlər: "Bir insan əgər tez-tez profil şəkli dəyişirsə, özünü tənha hiss edir, diqqət çəkməyə çalışır" və sair və ilaxır.

Sosial "vəsiqə"nin yaratdığı paradoks

Sosial şəbəkələrin ikinci pasporta çevrilməsi həm faydalıdır, həm də təhlükəli. Faydalıdır, çünki insanlar artıq özlərini daha sərbəst ifadə edə bilirlər. Heç bir dövlət orqanı sənin statuslarını və ya şəkillərini əvvəlcədən senzura etmir (ən azı rəsmi şəkildə). İnsan öz həyatını, düşüncəsini, hobbilərini rahatlıqla paylaşa bilir.

Amma təhlükəli tərəfi də az deyil. Bir neçə il əvvəl yazdığın əsəbi bir status, hansısa dostunun paylaşımına qoyduğun zarafatla qarışıq şərh, hətta sadəcə "like" etdiyin video belə hansısa zaman kəsiyində sənə problem yarada bilər. İş müsahibəsinə gedəndə bəzən diplomun yox, məhz bu "izlər" yolunu kəsir.

Bəli, rəsmi pasport yalnız indiki vəziyyətini təsdiqləyir. Sosial şəbəkə profili isə həm keçmişini, həm bu gününü, həm də bəzən gələcəyini göstərə bilir.

Dost siyahısı - vizit kartı

"Dostunu göstər, deyim kimsən" el məsəli bu mövzuda da keçərlidir. İnsan kimlərlə oturub-durursa, çox vaxt onun xarakterini də oradan oxumaq olar. Sosial şəbəkədəki dost siyahısı, izlədiyi səhifələr, bəyəndiyi postlar da insanın şəxsiyyəti, maraqları, dünyagörüşünə dair gizli ipucları verir. Ona görə də işəgötürənlər artıq "CV-də kimlərdən referans ala bilərik" sualından daha çox, "bu adam kimləri izləyir" sualına baxırlar.

Bu isə daha bir paradoks yaradır: artıq insanlar öz dostluq siyahılarını da "redaktə" edirlər. Bəziləri işə müraciət etməzdən əvvəl profilindən müəyyən paylaşımları silir, dost siyahısından bəzi adamları çıxarır. Yəni rəsmi sənədi yeniləmək çətindirsə, sosial "pasportu" istənilən vaxt "makiyaj" etmək mümkündür.

Sosial status = real status?

Başqa bir maraqlı məqam da odur ki, sosial şəbəkədəki status artıq insanın cəmiyyətdəki statusunu müəyyən edir. Bəyənmə sayı, paylaşımın uğuru, izləyici kütləsinin böyüklüyü bir növ yeni ölçü vahididir. İnsan özünü pasportdakı milliyyətinə görə deyil, instaqramakı izləyici sayına görə tanıtdırmağa başlayıb.

Əgər əvvəllər "kiminsə qohumu" olmaq status hesab olunurdusa, indi "kiminsə izləyicisi olmaq" statusa çevrilib.

Azadlıq, yoxsa nəzarət?

Bütün bunların fonunda bir sual ortaya çıxır: sosial şəbəkə bizim azadlığımızı artırır, yoxsa əksinə, daha çox nəzarətə məruz qoyur? Bir tərəfdən, hər kəs özünü sərbəst ifadə edə bilir. Digər tərəfdən isə sənin hər addımın, hər sözün yadda qalır və sabah qarşına çıxır.

Əslində, sosial şəbəkə bizi ikiqat şəxsiyyətli edib: biri rəsmi sənədlərdə görünən, digəri isə virtual dünyada formalaşan. Maraqlıdır ki, bəzən insanlar birincidən çox, ikincisinə güvənirlər.

Gələcəyin pasportu necə olacaq?

Gedişata baxanda heç də uzaq olmayan bir gələcəkdə dövlət orqanlarının da rəsmi sənədlərlə yanaşı, sosial profilləri yoxlaması mümkün kimi görünür. Kim bilir, bəlkə də sabah təyyarəyə minmək üçün pasport yox, sadəcə sosial şəbəkə profilinə giriş kodunu göstərmək kifayət edəcək?

Əslində, bu, artıq müəyyən qədər reallıqdır: bir çox ölkələrdə səfər vizası üçün müraciət edənlərin sosial şəbəkə hesablarını da yoxlayırlar. Bu isə o deməkdir ki, "ikinci pasport" artıq rəsmi təsdiqini tapmağa başlayıb.

Bəlkə də biz artıq rəsmi sənədlər dövründən çıxıb, virtual sənədlər dövrünə qədəm qoymuşuq. Şəxsiyyət vəsiqəmizi cibimizdə, sosial şəbəkə vəsiqəmizi isə əlimizdə - telefonumuzda gəzdiririk.

Ən maraqlısı isə budur ki, bəzən dövlət orqanları belə sənədlərimizə yox, məhz sosial şəbəkə paylaşımlarımıza görə bizi tanıyır. Çünki artıq "sən kimsən?" sualının cavabı kağız üzərində deyil, onlayn profildədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri