Sosial şəbəkədə qazinin təhqir edən şəxs saxlanıldı
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İstanbulda sosial şəbəkədə bir qaziyə qarşı təhqiramiz ifadələr işlədən şəxs polis tərəfindən saxlanılıb.
Redaktor.az xəbər verir ki, Anadolu Baş Prokurorluğunun məlumatına görə, X sosial şəbəkəsində paylaşım edən qaziyə qarşı alçaldıcı şərh yazan şübhəli müəyyən edilib.
Araşdırma nəticəsində həmin şəxsin Ümraniyə rayonunda yaşadığı aydınlaşdırılıb. Prokurorluğun Kütləvi İnformasiya Vasitələri Cinayətləri İstintaq Bürosu tərəfindən şübhəli barəsində "xalqı kin və nifrətə açıq şəkildə təhrik" maddəsi ilə cinayət işi başlanılıb.
Açıqlamada bildirilib ki, şübhəli haqqında həbs qərarı verilib və təqsirin tam aydınlaşdırılması üçün istintaq tədbirləri davam etdirilir.
Şəxsin artıq polis tərəfindən saxlanıldığı açıqlanıb.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 İyul 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















