Sosial şəbəkələrdə qeyri etik paylaşımlar cəmiyyətin mənəvi dəyərlərinə zərər vura bilər Jalə Əliyeva
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ilə yanaşı, internet və sosial şəbəkələr ictimai rəyə təsir baxımından əsas platformalara çevrilib. Bu mühitdə söz və ifadə azadlığı mühüm dəyər olaraq qorunsa da, onun məsuliyyət çərçivəsində həyata keçirilməsi dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu kontekstdə Prezident İlham Əliyev tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər aktual çağırışlara cavab verən mühüm hüquqi addım kimi qiymətləndirilir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi.
Onun sözlərinə görə, qanuna edilən dəyişikliyə əsasən, sayt və sosial şəbəkələrdə kütləvi şəkildə yayımlandığı halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin nümayişi qadağan edilir:
"Buraya əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunu xatırladan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi ilə bağlı məlumatların yayılması daxildir. Bu dəyişiklik ilk növbədə informasiya məkanında sağlam mühitin formalaşdırılmasına xidmət edir. Sosial şəbəkələrdə məsuliyyətsiz davranışlar, etik çərçivədən kənar paylaşımlar xüsusilə gənclər və yeniyetmələr üçün mənfi nümunə yarada, cəmiyyətin ümumi mənəvi dəyərlərinə zərər vura bilər. Qanunvericilikdə bu kimi halların qarşısının alınması dövlətin milli-mənəvi irsin qorunmasına verdiyi önəmin göstəricisidir.
Eyni zamanda bu addım söz azadlığının məhdudlaşdırılması deyil, onun hüquqi və mənəvi çərçivəyə salınması kimi dəyərləndirilməlidir. Demokratik cəmiyyətlərdə ifadə azadlığı ictimai məsuliyyət anlayışı ilə vəhdət təşkil edir. Başqa sözlə, azadlıq başqalarının hüquq və dəyərlərinə hörmət prinsipi çərçivəsində həyata keçirilməlidir".
Jalə Əliyeva hesab edir ki, İlham Əliyevin təsdiqlədiyi bu dəyişiklik informasiya təhlükəsizliyi, ictimai asayiş və milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
"Qanun həmçinin media subyektlərini və sosial platforma istifadəçilərini daha məsuliyyətli davranmağa təşviq edir, ictimai diskursun səviyyəsinin yüksəldilməsinə töhfə verir. Yeni hüquqi tənzimləmə Azərbaycan cəmiyyətində etik normaların, qarşılıqlı hörmətin və sağlam informasiya mühitinin qorunmasına yönəlmiş sistemli dövlət siyasətinin tərkib hissəsi kimi çıxış edir və rəqəmsal məkanda milli-mənəvi dəyərlərin müdafiəsini gücləndirir", - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 16 Yanvar 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















