Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib.
Modern.az xəbər verir ki, sözügedən qanuna aşağıdakı məzmunda 13-2.3.6-1-ci maddəsi əlavə edilib:
“13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar;”.
Beləliklə, dəyişikliyə əsasən, sayt və sosial şəbəkələrdə kütləvi şəkildə yayımlandığı halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən məzmunların paylaşılması qadağan edilir. Buraya əxlaqsız ifadələr, nalayiq jestlər, eləcə də milli-mənəvi dəyərlərə və əxlaq normalarına zidd görüntülər daxildir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu qərar cəmiyyətin mənəvi təhlükəsizliyinin qorunmasına, ailə dəyərlərinin möhkəmləndirilməsinə və sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət edir:
“Xüsusilə bu dəyişiklik sosial şəbəkələrdə məsuliyyətsiz davranışların normaya çevrilməsinin qarşısını almağı hədəfləyir. Qəbul edilən dəyişikliklər uşaqların və gənclərin zərərli, aqressiv və mənəviyyata zidd məzmunlardan qorunmasına, onların sağlam düşüncə, davranış və dəyərlər əsasında formalaşmasına yönəlib.
Məqsəd gələcək nəslin etik, məsuliyyətli və hörmətə əsaslanan cəmiyyət mühitində yetişməsini təmin etməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 15 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















