Icma.az
close
up
RU
İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: Müdaxilə edilməsə... SOSİOLOQ

İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: Müdaxilə edilməsə... SOSİOLOQ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu, artıq sadəcə təhlükə deyil, milli varlığımıza qarşı yönəlmiş strateji hücumdur”


2024–2025-ci illərdə Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində aparılan tədbirlər göstərir ki, bu sahə getdikcə daha çox rəqəmsal mühitə və sosial şəbəkələrə keçid edir. Təhlükəli kontentin yayılması üçün istifadə olunan sosial platformalarda aktiv fəaliyyət göstərən şəxslərin və kanalların aşkarlanması, onların bağlanması və İT əsaslı sübutların toplanması müasir texnologiyaların hüquq-mühafizə sisteminə inteqrasiya olunduğunu təsdiqləyir. Bununla yanaşı, əxlaqsızlıq yuvalarının təşkili, yetkinlik yaşına çatmayanların istismarı, pornoqrafik materialların yayılması və mənəviyyata zidd fəaliyyətlərin qarşısının alınması üzrə intensiv tədbirlər göstərir ki, insan alveri təkcə fiziki müstəvidə deyil, eyni zamanda virtual platformalarda da təhlükə mənbəyi kimi çıxış edir. Qeyd edək ki, insan alverinin təbliği ilə məşğul olan 156, cari ötən dövrdə isə 124 teleqram, tiktok və instaqram kanalı bağlanıb.


Bu barədə “Sherg.az”a danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, sosial şəbəkələrin nəzarətsizliyi və geniş texnoloji imkanlarından istifadə edərək bir çox cinayətkar şəbəkə və mütəşəkkil dəstələr bu platformalarda fəaliyyətlərini daha da genişləndiriblər: 


“Bu cinayətkar strukturlar müxtəlif istiqamətlərdə, o cümlədən narkomaniyanın təbliği, əxlaqsızlıq, insan alveri və pornoqrafik materialların yayılması sahələrində aktiv şəkildə fəaliyyət göstərirlər. Onların bəziləri ifşa edilərək hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilsə də, təəssüf ki, bu hallar digərləri üçün çəkindirici təsir göstərmir. Xüsusilə insan alveri kontekstində sosial şəbəkələrin təsir imkanları olduqca təhlükəlidir. İnsan alveri ilə məşğul olan şəbəkələr çox vaxt sosial media vasitəsilə qurbanları cəlb edir, onları aldatmaq, manipulyasiya etmək və nəzarətə almaq üçün müxtəlif texnikalardan istifadə edirlər. Xüsusilə gənclər və sosial cəhətdən həssas təbəqələr bu şəbəkələrin əsas hədəfinə çevrilir. Bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün xüsusi ixtisaslaşmış bir dövlət qurumunun – yəni rəqəmsal təhlükəsizlik və sosial media nəzarəti üzrə bir idarənin – yaradılması zəruridir. Bu qurum sosial media məzmununu daimi şəkildə monitorinq etməli, süni intellekt əsaslı alqoritmlərlə insan alveri və digər cinayət xarakterli fəaliyyətləri avtomatik aşkarlamalı və hüquq-mühafizə orqanlarına yönləndirməlidir”.


E.Bayramlı sosial media platformaları ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dərinləşdirilməsini vacib sayır. Onun sözlərinə görə, sosial platformalar şübhəli fəaliyyətləri avtomatik tanıyan sistemlərlə təchiz edilməli, şikayətlərin qiymətləndirilməsi prosesi sürətləndirilməli və yerli hüquq-mühafizə strukturları ilə real vaxt rejimində məlumat mübadiləsi sistemi qurulmalıdır:

“İnternet və sosial şəbəkələrdə insan alverinin və digər qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması yalnız texnoloji yeniliklərin tətbiqi və institusional əməkdaşlıq yolu ilə mümkün olacaq. Bu isə təkcə dövlətin deyil, həm də beynəlxalq ictimaiyyətin, vətəndaş cəmiyyətinin və texnoloji şirkətlərin birgə məsuliyyətini tələb edir”.


Sosioloq sosial şəbəkələrdə insan alveri mövzusunda təkcə texnoloji və hüquqi mexanizmlərin gücləndirilməsinin deyil, eyni zamanda ictimai münasibətin də önəmli olduğunu vurğulayıb. Lakin o, bu məsələdə cəmiyyətin ümumi laqeydliyindən və məsuliyyətsizliyindən ciddi narahatlığını ifadə edib.  Ekspertin sözlərinə görə, artıq maarifləndirmə tədbirləri keçirməyin, cəmiyyətdən dəstək gözləməyin heç bir real mənası yoxdur. Çünki təcrübə göstərir ki, bu cəmiyyət, təəssüf ki, insan alveri kimi ağır və təhlükəli sosial bəla ilə maraqlanmır: 

“Bu cür cinayətkar fəaliyyətləri özündə ehtiva edən səhifələr və kanallar sosial şəbəkə istifadəçilərinin maraq dairəsindədir. Onları izləyən, paylaşan, bəzən isə açıq şəkildə dəstəkləyən insanlar bilavasitə zərərli kontentin yayılmasına, onun daha çox insana – xüsusilə də uşaqlara və yeniyetmələrə – çatmasına şərait yaradırlar. Bu isə nəinki hüquqi, həm də dərin mənəvi problemə çevrilib.

Belə münasibət cəmiyyətin milli-mənəvi dəyərlərinə qarşı açıq hücumdur və ictimai laqeydlik insan alveri ilə mübarizədə ən böyük maneələrdən biridir. Əgər cəmiyyət bu təhlükəni görmək istəmirsə, əxlaqsızlıq və pozğunluğun yayılmasına sadəcə susqunluqla yox, aktiv izləmə ilə dəstək verirsə, bu artıq fərdi məsuliyyətsizlik deyil, kollektiv vicdansızlıqdır. Hazırda insan alveri ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının öhdəsində qalıb. Bu isə yetərli deyil. Sosial şəbəkələrin alqoritmləri və istifadəçi davranışları göstərir ki, dəstək qazanan zərərli kontent, informasiya axınında daha üst sıralara çıxır, bu da onun təsir dairəsini genişləndirir. Nəticədə cinayətkar şəbəkələr daha çox insana çatmaqla öz “işlərini” rahat şəkildə qururlar. Bu sahədə təhlükəsiz informasiya mühiti formalaşdırmaq üçün ciddi inzibati, texnoloji və cəza mexanizmlərinin tətbiqini zəruri hesab edirəm. İctimai qınaq mexanizmləri işləmirsə, o zaman sosial medianın idarə olunmasına dair hüquqi mexanizmlər sərtləşdirilməli, insan alveri və əxlaqi pozğunluğun təbliği ilə məşğul olan səhifələrə qarşı bloklama, məsuliyyətə cəlbetmə və maliyyə cəzaları tətbiq olunmalıdır. Yəni cəmiyyət özü bu cinayətə göz yumursa, o zaman dövlət bu cinayətə qarşı daha sərt üsullarla hərəkət etməlidir. Bəzi şəbəkələr artıq açıq şəkildə Azərbaycan xalqına qarşı sistemli və məqsədyönlü şəkildə mənəvi terror aktları həyata keçirirlər. Bu fəaliyyətlər təsadüfi deyil – onlar çox zaman xarici mərkəzlərdən idarə olunur və məqsəd birbaşa xalqımızın şüuruna, milli kimliyinə, ailə institutuna və milli-mənəvi dəyərlərinə hücum etməkdir. Bu qüvvələr həm bioloji təhlükə mənbəyi (məsələn, narkotiklərin yayılması, gənclərin asılı vəziyyətə salınması), həm də mənəvi-psixoloji hücumlar vasitəsilə cəmiyyəti daxildən zəiflətməyə çalışırlar. Onlar sosial media platformalarında saxta azadlıq və modernlik adı altında əxlaqsızlıq, pozğunluq və ailə dəyərlərinə qarşı təbliğat aparır, milli-mənəvi sütunlarımızı sarsıtmağa yönəlmiş psixoloji müharibə yürüdürlər. Ən təhlükəli məqam isə cəzasızlıq mühitidir. Bu qüvvələr uzun müddətdir ki, heç bir ciddi müqavimətə rast gəlmədən fəaliyyətlərini davam etdirirlər. Bu susqunluq və boşluq onların daha da cəsarətlənməsinə, fəaliyyətlərini genişləndirməsinə şərait yaradır. Bu səbəbdən artıq hüquq-mühafizə orqanları bu təhdidlərə qarşı təkcə reaksiya verməklə kifayətlənməməlidir – onlar bu sahədə aktiv mübarizəyə, hətta deyə bilərik ki, bir növ "müharibəyə" başlamalıdır. Bu, informasiyaya, ideoloji təsirə və sosial manipulyasiyaya qarşı dövlətin milli təhlükəsizlik səviyyəsində cavab tədbirləri tələb edən bir məsələdir”.


Elçin Bayramlının fikrincə, Azərbaycan dövləti öz gücünü nümayiş etdirməli, hüquq çərçivəsində, lakin qətiyyətli şəkildə bu mənəvi terrorçuların qarşısını almalıdır. İnformasiya mühitində fəaliyyət göstərən bu radikal qruplar susdurulmalı, onların maliyyə mənbələri ifşa olunmalı, qanuni cəza tədbirləri tətbiq edilməlidir: 

"Bu, artıq sadəcə təhlükə deyil, milli varlığımıza qarşı yönəlmiş strateji hücumdur. Əgər bu gün müdaxilə edilməzsə, sabah bir nəsil itirilmiş olacaq. Dövlət xalqı bu mənəvi terrorçuların əlindən qurtarmalıdır – gecikmək olmaz".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see260

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see243

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see206

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see202

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see197

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see148

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see145

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see142

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see141

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see138

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see137

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see132

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see129

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see128

98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi VİDEO

01 Yanvar 2026 18:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri