Türkiyə Britaniya razılığa gəldi: 40 milyard dollar...
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə ilə İngiltərə arasındakı razılaşmanı iki yaxın müttəfiq olaraq strateji əlaqələrin yeni bir işarəsi kimi görürəm.
Bakupost.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Keir Starmer ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, bugünkü görüşün mərkəzində müdafiə və ticarət əlaqələri dayanıb.
“Böyük Britaniya ölkəmizin ən böyük ticarət və investisiya tərəfdaşlarından biridir. Ticarət həcmimizi 40 milyard dollara çatdırmağı hədəfləyirik. Böyük Britaniya vətəndaşlarının ölkəmizi ikinci vətən hesab etmələri bizi sevindirir. Bu məqsədlə biz ikitərəfli çərçivənin imzalanması üçün danışıqlara başlamışıq.
Nümayəndə heyətləri arasında “Eurofighter” qırıcı təyyarələrinin tədarükü müqaviləsi imzalanıb. Mən bu müqaviləni iki yaxın müttəfiq kimi aramızda olan strateji münasibətlərin simvolu kimi görürəm”,- Ərdoğan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Oktyabr 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















