Icma.az
close
up
RU
Sosial şəbəkələrə nəzarət: ABŞ Avropa İttifaqı savaşı

Sosial şəbəkələrə nəzarət: ABŞ Avropa İttifaqı savaşı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Avropa Komissiyası “Apple” və “Meta” şirkətlərini müvafiq olaraq 500 və 200 milyon avro məbləğində cərimələyib. Rəsmi açıqlamada qeyd edilir ki, bu şirkətlər “Rəqəmsal Bazarlar Qanunu”nu (DMA) pozublar.

Amerika Birləşmiş Ştatları Avropa İttifaqının Avropa məkanında sosial şəbəkələrə məhdudiyyətlər qoyulmasından narazılığını ifadə edib. “Apple” və “Meta” şirkətlərini cərimələmək qərarını demokratiyaya zərbə, senzura tətbiq etmək cəhdi kimi qiymətləndirib. Dövlət Departamenti bəyanat yayaraq Avropanı “tənqidi fikirlərə görə kütləvi məsuliyyət” tətbiq etməkdə qınayıb.

Amerika tərəfi sosial şəbəkələri cərimələmək üçün hüquqi zəmin yaradan Avropa qanunlarını ayrıca tənqid edib. Bu sırada “Rəqəmsal Xidmətlər Aktı”nı xüsusi qınayıb. Həmin qanunu sosial şəbəkələr üzərində “Senzura Aktı” kimi dəyərləndirib. ABŞ-ın fikrincə, “Avropa İttifaqı “bazar rəqabətini tənzimləmək” adı altında faktiki olaraq sosial media müstəvisində söz və ifadə azadlığına müdaxilə edir”.

Amma məsələ bu qədər sadə deyil. Problem heç də nə Avropa İttifaqının dediyi kimi, təkcə azad bazar şətlərinin tətbiqində, rəqabət mühitinin qorunmasında, yaxud istifadəçi hüquqlarının müdafiəsində deyil. Nə də ABŞ-ın iddia etdiyi kimi, təkcə ifadə azadlığı problemi ilə bağlı deyil. Analitik mərkəzlər qeyd edirlər ki, bu cərimələrin arxasında dərin və narahatedici tendensiyalar dayanır. Bu kontekstdə ilk olaraq ifadə azadlığı problemi qabardılır. Ardınca isə Avropanın informasiya məkanına nəzarət, ən əsası, sosial şəbəkə platformaları üzərində söz sahibinə çevrilmək təşəbbüsləri önə çəkilir.

İfadə azadlığı kontekstindən yanaşsaq, Avropa Komissiyasının bu qərarı, həqiqətən də, söz və ifadə azadlığına zərbədir. Avropanın illərlə başqa ölkələrə təlqin etdiyi “insan haqları” və “demokratik dəyərlərə” ziddir. Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı ərazisində sosial şəbəkə platformaları üzərində senzuranın tətbiqi rəsmi qaydada 2018-ci ildə üzə çıxıb. Əvvəllər də bu sahədə təşəbbüslər olub. 2018-ci ilin ayırıcı xətt kimi götürülməsinin səbəbi senzuranın rəsmiləşdirilməsi, hüquqi formaya salınmasıdır. Həmin il Fransa hökuməti “onlayn mühitdə dezinformasiyaya qarşı mübarizə tədbirləri”ni önə çəkərək “Yalan məlumatlara qarşı mübarizə ilə bağlı 799 saylı təklif”i müzakirəyə çıxarıb. Nəticə bu olub ki, Milli Assambleya 2018-ci ilin dekabr ayında “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında 1202 saylı qanun” qəbul edib.

Yeni qanuna əsasən, ölkədə informasiya dövriyyəsinə aidiyyəti olan bütün qanunlar yeniləşdirilib, onlayn media mühitinin şərtlərinə uyğunlaşdırılıb. Dəyişikliklər “Rabitə haqqında 1986-cı il tarixli Qanun”u, “Audiovizual yayım haqqında Qanun”u, “Mətbuat azadlığı haqqında 29 iyul 1881-ci il tarixli qanun”u, “Seçki Məcəlləsi”ni və digər hüquqi aktları əhatə edib. Məsələn, Seçki Məcəlləsinin 112-ci və 163-1-ci maddələri dəyişdirilərək yeni redaksiyada verilib. Mahiyyəti budur ki, seçki prosesi dövründə dezinformasiya xarakterli məlumatların yayılması qadağan edilib. Qadağaları pozanlar üçün ciddi cəza növləri – 1 illik həbs cəzası, yaxud, 75 min avro məbləğində cərimə tətbiq edilib.

“İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında” qanun sosial şəbəkə platformalarını da əhatə edir. Sosial şəbəkə platformaları, internet axtarış sistemləri, xəbər portalları və digər onlayn informasiya resursları “yalan məlumatlar”ın yayılmasının qarşısını almaq üçün mexanizmlər qurmaq üzrə məsuliyyət daşıyırlar.

Fransa hakimiyyətinin təşəbbüsü ilə ortaya çıxmış bu qanunlar zahirən cəlbedici görünə, informasiya çirkliliyindən müdafiə üçün tərtib edilmiş addımlar kimi dəyərləndirilə bilər. Amma durum fərqlidir. Analitik mərkəzlər iddia edirdilər ki, “İnformasiya manipulyasiyasına qarşı mübarizə” qanunu Fransada demokratiya və ifadə azadlığı üçün birbaşa təhlükədir. “Evronews” yazır ki, Fransa parlamenti hakimlərə seçki kampaniyaları zamanı “saxta xəbərləri” operativ şəkildə silmək üçün səlahiyyət verməklə tənqidi səsləri susdurmağa şərait yaradır: “Çünki ani məqamda saxta xəbəri tənqidi fikirdən fərqləndirmək, hansı xəbərin dezinformasiya, hansının tənqid olduğunu müəyyənləşdirmək çətindir. Bu yanaşma imkan verir ki, dezinformasiya adı altında həm də Makron hökumətinə qarşı yönəlmiş tənqidi fikirlər dövriyyədən çıxarılsın”. Analitik mərkəzlərin hesabatlarından görünür ki, Makron hökumətinə qarşı yönəlmiş minlərlə tənqidi fikir “dezinformasiya” adı altında yerli seqmentlərdən silinib.

Almaniyada 2017-ci ildə qəbul edilmiş, 2018-ci ilin yanvar ayında qüvvəyə minmiş “Sosial şəbəkələrdə qaydaların tətbiqi” qanunu (NetzDG) sadələşdirilmiş formada “Şəbəkə Mühafizəsi Aktı”, yaxud “Facebook Aktı” adlandırılır. Preambula hissəsində qeyd edilir ki, o, saxta xəbərlərlə, nifrət nitqi və dezinformasiya ilə mübarizə aparmaq məqsədi daşıyır.

“Şəbəkə Mühafizəsi Aktı” istifadəçilərinin sayı 2 milyon nəfərə çatmış bütün sosial şəbəkə platformalarına tətbiq edilir. Əsas tələbi budur ki, istifadəçi sayı qeyd edilən həddə çatmış platformalar Almaniyada öz ofislərini açmalı, müraciətlər/şikayətlər üçün əlçatan olmalı, saxta xəbərin qarşısını almaq üçün çevik mexanizmlər tətbiq etməlidirlər.

Qanun “saxta xəbərə qarşı mübarizə tədbirləri” adı altında sosial şəbəkə platformalarının provayderləri qarşısında ciddi öhdəliklər yaradır. Onlar şikayətləri dərhal yoxlamalı, şikayət doğuran məzmunu 24 saat ərzində silməli, saxta olduğu mübahisə doğuran xəbərləri isə ən azı 7 gün ərzində bloklamalı, mübahisə bitdikdən sonra silinb-silinməməsinə qərar verməlidirlər.

Bu qaydaları pozanlar pozuntunun tipinə uyğun olaraq 500 min Avrodan 50 milyon Avroya qədər məbləğdə cərimə oluna bilərlər. Məlumat üçün bildirək ki, 2019-cu ilin iyul ayında Facebook “qeyri-qanuni məzmunla bağlı şikayətlərə çevik reaksiya vermədiyi üçün” Almaniya Federal Ədliyyə İdarəsi tərəfindən 2 milyon avro məbləğində cərimələnib. Ədliyyə İdarəsi bildirib ki, Facebook öz istifadəçilərinin paylaşımlarında icma standartlarının pozulmasına dair hesabatları tərtib etməyib.

Federal Ədliyyə İdarəsi sosial şəbəkələrdə yayılmış hansı xəbərləri saxta hesab edir? Şikayətin haqlı-haqsız olmasını bilmədən şübhəli xəbərlərin 24 saat ərzində silinməsi, yaxud, ən azı 7 gün ərzində bloklaması nə anlam daşıyır? Problemlərin kökü bu məqamdan başlayır. Məlumat üçün bildirək ki, əksər beynəlxalq təşkilatlar Almaniyada tətbiq edilən qanun barədə tənqidi fikirlər səsləndiriblər.

Avropa Şurası bu qanunun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. “Sərhədsiz Reportyorlar Təşkilatı” isə qeyd edir ki, xəbərin saxta və ya düzgün olmasına məhkəmə qərar verməlidir. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” isə məhkəmələrə aid olan bu səlahiyyəti inzibati icra qurumuna – Ədliyyə İdarəsinə həvalə edir. Həmin idarə də öz səlahiyyətlərindən istifadə edərək Facebook və Google-dan saxta olub-olmaması mübahisə doğuran məzmunu bloklamağı tələb edir, tənqidi səsləri batırır, ifadə azadlığını “hüquqi yolla” pozur.

Beləliklə, Fransa və Almaniyada 2018-ci ildən etibarən qüvvəyə minmiş yeni qanunlar həm insanların ifadə azadlığını məhdudlaşdırır, həm də bu dövlətlərin sosial şəbəkə platformaları üzərində nəzarət imkanlarını genişləndirir.

Fransa və Almaniyanın yaratdığı president bu dövlətlərin dominant mövqe tutduqları Avropa İttifiqına da sirayət edib. Son 5 il ərzində İttifaq ərazisində onlayn informasiya resursları üzərində senzuranı hədəfləyən çoxsaylı qanunlar qüvvəyə minib. Bu sırada “Avropa Media Azadlığı Aktı” (EMFA), Avropa İttifaqının “Rəqəmsal Xidmətlər Aktı” (DSA) və “Rəqəmsal Bazarlar Aktı” (DMA) ön sırada dayanır.

Adlarında “media azadlığı”, “ifadə azadlığı”, “xidmət” sözlərinin olması ictimai rəyi çaşdırmaq üçündür. Məzmun və hədəf başqadır. Bu aktlar onlayn informasiya resursları, sosial şəbəkə platformaları üzərində nəzarət, media termini ilə desək, senzura üçün hüquqi yol açır. Avropa İttifaqı məkanında sosial şəbəkələr üzərindən yayılan məzmunun nəzarətə götürülməsinə xidmət edir. Avropa Komissiyası həmin aktlara istinad edərək bu ay “Apple” və “Meta” şirkətlərini müvafiq olaraq 500 milyon avro və 200 milyon avro məbləğində cərimələyib.

Bilinən faktdır ki, öz əhatəsində 6 milyard nəfərə yaxın insanı birləşdirən sosial şəbəkə platformalarının admin şirkətlərinin əksəriyyəti ABŞ-ın və Çinin əlindədir. Bu status onlara imkan verir ki, qlobal ictimai rəylə istədikləri kimi davransınlar. Avropa İttifaqı da bu məkanda söz sahibinə çevrilmək istəyir. Qəbul edilən qanunlar, sosial şəbəkələrə qarşı cərimə tətbiqləri də bu xəttə xidmət edir.

Bu məqamda maraqlı sual yaranır. Azərbaycanda bənzər qanunlar qəbul edilsəydi, cərimələr tətbiq olunsaydı, görəsən, Avropa Parlamenti və ya Avropa Şurası necə davranardı? Ölkəmizə qarşı hansı hədyanlar yağdırardı, hansı ruhda qətnamələr qəbul edərdi? Sual əslində ritorikdir. Heç şübhə yoxdur ki, Qərbdə məskunlaşan “beynəlxalq təşkilatlar”, “hüquq müdafiəçiləri”, ən əsası Qərb mediası bu halda “Azərbaycanı ifadə azadlığını pozmaqda”, “sosial şəbəkələrə senzura tətbiq etməkdə” ittiham edərdilər.

Amma bu gün səsləri batıb. Nə Avropa Parlamenti, nə Avropa Şurası, nə də “Amnesty International”, “Human Rights Watch” və “Freedom House” üzə çıxır. “Sərhədsiz Repotyorlar” bəyanat vermir. Çünki iki od arasında qalıblar. Qarşı duran tərəflərin hər ikisi – həm ABŞ, həm də Avropa İttifaqı- qrant verən, pullu sifariş edən donorlardırlar. Bu gün tərəflərdən birini dəstəkləmək, ya Avropa İttifaqını, ya da ABŞ-ı haqlı saymaq bu təşkilatları bitirər. “Amnesty International”, “Human Rights Watch” və ya “Freedom House” təşkilatının sonunu gətirər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Avqust 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri