Icma.az
close
up
RU
Sosial şəbəkələrin uşaqlara təsiri: Müsbət, yoxsa mənfi?

Sosial şəbəkələrin uşaqlara təsiri: Müsbət, yoxsa mənfi?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sosial şəbəkələrin uşaqların psixologiyasına təsirləri müsbət və mənfi ola bilər”. 

Bu sözləri psixoloq Səbinə Şirəlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. Lakin o bildirib ki, son illərdə sosial şəbəkələrin uşaqların psixologiyasına daha çox mənfi təsiri özünü biruzə verib:

“Məsələn, sosial şəbəkələr uşaqların şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərə bilir. Həmçinin, uşaqlar normal davranışlarından fərqli olaraq, sosial şəbəkələrdə gördüklərini təkrarlamağa başlayayırlar. Bu isə başqa insanları təqlid etmək olduğu üçün şəxsiyyət kimi formalaşmağın qarşısını alır. İnsanların bir hissəsi xarakter olaraq mənfiyə və qayda pozuntusuna yönümlü olurlar. Uşaqlar da həmçinin etik olmayan, mənfi davranışları daha tez götürə bilirlər”. 

Ekspert qeyd edib ki, sosial şəbəkələr həm də uşaqların psixoloji inkişafına mənfi təsir göstərir: “Eyni zamanda, sosial şəbəkələr uşaqlarda diqqət dağınıqlığı və yaddaş pozuntusu kimi fəsadlara da gətirib çıxarır. Üstəlik, sözügedən platformalar onların nitqinə, daha dəqiq desək, sosiallaşmasına da mənfi təsir göstərir. Bu da uşaqların gələcəkdə digər insanlarla ünsiyyət qurma problem yaşamalarına və empatiya qabiliyyətinin formalaşmasında çətinliyə səbəb olur. Yanımıza gələn uşaqların bir çoxunun valideynləri onlarda nitq problemi olduğunu deyirlər. Səbəb olaraq isə övladlarının sosial şəbəkələr və televiziya qarşısında çox zaman keçirdiklərini göstərirlər”. 

Səbinə Şirəlizədanin sözlərinə görə, uşaqların “YouTube”, “TikTiok” və “Instagram” kimi platformalardakı paylaşımlardan götürdükləri davranışlar özünü biruzə verir: 

“Əksər uşaqlar hansısa cizgi filmdəki obrazlar kimi davranırlar. Sanki cizgi filmlərində gördüklərini əks etdirməyə başlayırlar. Buna görə də normal ünsiyyət qura bilmirlər. Bəli, bunun əsas səbəblərindən biri də məhz sosial şəbəkələrdir”. Mütəxəssis bunun qarşısını almaq üçün atılacaq addımlardan da bəhs edib: “Bunun qarşısını almaq üçün valideynlərə övladlarını sosial şəbəkələrdən maksimum şəkildə uzaqlaşdırmağı tövsiyə edirəm. Qadağa qoymasınlar, zamanla azaltmağa çalışsınlar. Çünki qadağa qoyduqları zaman uşaqlarda aqressiya formalaşmağa başlayacaq. Ona görə də onların telefondan və televizordan istifadə müddətini azaltmaq lazımdır. Həmçinin, uşaqları sosial cəhətdən idman, rəqs, gəzmək kimi müxtəlif fəaliyyətlərə yönləndirmək olar. Bundan başqa, onlara nağıllar oxusunlar, oyunlar oynasınlar”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri