Icma.az
close
up
RU
Sosial şəbəkələrin aşındırıcı təsiri çoxdur SOSİOLOQ ŞƏRH ETDİ

Sosial şəbəkələrin aşındırıcı təsiri çoxdur SOSİOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu gün biz sosial şəbəkə reallığında, rəqəmsal cəmiyyətdə yaşayırıq. İstəsək də, istəməsək də sosial şəbəkələr həyatımıza daxil olub və onun bütün sahələrinə təsir göstərir. Sosial şəbəkələrlə mübarizə aparmaq külək dəyirmanı ilə döyüşmək kimi bir şeydir. Bu, artıq reallıqdır. Sadəcə olaraq çalışmalıyıq ki, onlardan maksimum səmərəli və faydalı məqsədlərlə istifadə edək". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrin aşındırıcı təsirindən qorunmaq vacibdir. Bu baxımdan, onların fəaliyyətini tənzimləyən ayrıca qanunun qəbul olunması yerində olardı: "Çünki bəzi istifadəçilər elə düşünürlər ki, sosial şəbəkələr “boş zonadır” və burada istədiklərini yaza, istədiklərini paylaşa bilərlər. Hətta ölkə qanunlarına və ümumi əxlaq normalarına zidd davranış sərgiləyə bilərlər. Lakin unudurlar ki, sosial şəbəkələrdə də real həyatda olduğu kimi, qanunazidd və əxlaqa zidd davranışlar hüquqi məsuliyyət yaradır. Sosial şəbəkələri sağlam informasiya və sağlam sosiallaşma məkanına çevirmək üçün orada süzgəc (filtrləmə) mexanizmləri tətbiq olunmalıdır. Neqativ və zərərli informasiyaların yayılmasının qarşısı alınmalıdır. Məsələn, Almaniyada 2017-ci ildən etibarən sosial şəbəkə operatorları ilə hökumət arasında bağlanmış müqavilə əsasında, ölkə qanunlarına zidd paylaşımlar edən və ya saxta hesablar vasitəsilə feyk məlumat yayan şəxslər hüquqi məsuliyyətə cəlb olunur. Belə bir təcrübə Azərbaycanda da tətbiq oluna bilər.

Eyni zamanda ailələr də bilməlidirlər ki, sosial şəbəkələrdən həddən artıq və məqsədsiz istifadə uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Çünki uşaqlar valideynlərini təqlid edir və onların davranışlarını nümunə kimi götürür. Sosial şəbəkələr güclü bir dalğadır və bu dalğa artıq qlobal səviyyədə bütün cəmiyyətləri əhatə edir.

Sosial şəbəkələrin aşındırıcı təsiri çoxdur. Təəssüf ki, cəmiyyətimizə uyğun olmayan, xarici dəyərlər əsasında formalaşmış, bəzən isə cinayət xarakterli davranışlar da gənclərimizə sosial şəbəkələr vasitəsilə sirayət edir. Bunun qarşısını almaq üçün ailələr mütləq diqqətli olmalı və sosial şəbəkələrdən uşaqların istifadəsinə yumşaq, lakin davamlı nəzarət etməlidirlər. Valideynlər bilməlidir ki, övladları hansı platformalardan istifadə edir, hansı informasiyalarla tanış olur və bu informasiyalar onların inkişafına nə dərəcədə töhfə verir, yaxud nə qədər təhlükə yaradır. Hesab edirəm ki, bu çox ciddi bir məsələdir. Ona görə də həm dövlət səviyyəsində, həm də ailə müstəvisində effektiv nəzarət mexanizmləri tətbiq olunmalıdır. Yalnız bu halda müsbət nəticə əldə etmək mümkün olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Avqust 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri