Icma.az
close
up
RU
Sosial şəbəkələrin yeni trendi: Sadiqlik testi, yoxsa cinayət? VİDEO

Sosial şəbəkələrin yeni trendi: Sadiqlik testi, yoxsa cinayət? VİDEO

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Deyilənə görə, şübhə dünyanın ən qorxulu və sağalmaz xəstəliyidir. Bir dəfə insanın ürəyinə düşdüsə, bir də onu oradan təmizləmək olmur. Bəzən inamsızlıq böyük, uşaq, dost, həyat yoldaşı demədən insanların ağlını bütünlüklə ələ ala bilir. Hər hansı şübhəyə düşən şəxs sosial şəbəkə hesablarının birində axtarış çubuğuna "yoxlama" yazır və nəticədə onlarla yoxlanış səhifələri qarşısına çıxır.

Sosial şəbəkələrdə münasibətləri yoxlayan səhifələr artıq ayrıca xidmətə çevrilib. Sevgilisindən, nişanlısından, hətta həyat yoldaşından şübhələnənlər bu səhifələrə müraciət edir. Qarşı tərəfə saxta profillə yazılır, münasibət qurmağa cəhd edilir və verilən reaksiyaya əsasən nəticə çıxarılır".

Moderator.az xəbər verir ki, bu barədə Xəzər TV-nin videoreportajında bildirilib.

Qeyd olunur ki, səhifələrin iş prinsipi isə sadədir. Sifarişçi qarşı tərəfin profilini təqdim edir. Səhifə isə həmin şəxslə əlaqə yaratmağa çalışır. Bəzən bir mesaj kifayət edir, bəzən isə söhbət daha da irəli gedir. Əsas məqsəd isə eynidir: qarşı tərəfin yad bir insanın diqqətinə necə reaksiya verdiyini görmək.

Amma burada başqa bir sual ortaya çıxır. Bir insanın xəbəri olmadan onun sosial şəbəkə hesabını araşdırmaq, haqqında məlumat toplamaq və yazışmalarını üçüncü şəxsə ötürmək nə qədər qanunidir?

Hüquqşünas Ruslan Mustafazadənin fikrincə, burada konkret olaraq hansı məlumatın toplandığı, necə əldə edildiyi və harada paylaşıldığı hüquqi qiymətləndirmə baxımından əhəmiyyət daşıyır:

"Şəxsi məlumatlarla bağlı məsələni sosial şəbəkələrdə iki yerə ayırmaq lazımdır. Bir şəxsin profil yaradan zaman hər kəs üçün, yəni onu izləyən, onunla dostluğu olan şəxslər üçün açıq qoyduğu məlumatlar və gizli qoyduğu məlumatlar.

Təbii olaraq, açıq qoyduğu məlumatların əldə olunması, toplanması, kiməsə ötürülməsi hər hansı bir ciddi əməl hesab edilmir. Amma həmin şəxsin digərindən gizli saxladığı şifrələrin və sairə məlumatların əldə edilməsi və başqa şəxslərə ötürülməsi cinayət əməli kimi hesab edilə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həmin şəxslərə cəza verilə bilər".

Münasibəti yoxlamaq istəyən tərəf üçün bu sadəcə bir sınaq ola bilər. Amma digər tərəfin xəbəri və razılığı olmadan aparılan araşdırma artıq şəxsi həyat məsələsinə çevrilir. Xüsusilə də paylaşımlar şəxsi və ailə həyatı sirri olan məlumatları özündə ehtiva edirsə, bu birbaşa cinayət əməli kimi qiymətləndirilir.

Hüquqşünas Mircavid Miriyev bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci birinci maddəsinə əsasən şəxsi və ailə həyatı sirri olan məlumatların və belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkilişi materiallarının, səsyazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi cinayət əməli hesab edilir və həmin şəxslər barəsində 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ağırlaşdırıcı halda isə bir ilədək müddətdə islah işləri cəzası tətbiq edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri