Icma.az
close
up
RU
Sosial Tədqiqatlar Mərkəzinin sədri: Əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır

Sosial Tədqiqatlar Mərkəzinin sədri: Əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 may, AZƏRTAC

2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə müqayisədə 64 faiz artırılaraq 47 milyon kvadrat metrdən 78 milyon kvadrat metrə çatdırılacaq. 2027-ci ilə qədər isə paytaxtda yaşayış fondunun ümumi sahəsi 39 faiz artırılacaq və 66 milyon kvadrat metr təşkil edəcək. Lakin təəssüflər olsun ki, açıq mənbələrdə köhnəlmiş əmlakların hansı hissəsinin mənzil, yaxud yaşayış fonduna aid olmasına dair müfəssəl məlumatlar göstərilməyib.

AZƏRTAC xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzində "Bakı şəhərində mövcud mənzil fondunun inkişafında yeni gözləntilər" mövzusunda keçirilən konfransda mərkəzin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib.

O deyib ki, ekspertlərin rəyinə görə, mənzil fondunun sürətlə böyüməsi əhalinin məskunlaşmasını da gücləndirir: "Ərazidə iqtisadi şərtlər daşınmaz əmlaka sərmayə qoyuluşunun artmasını və mənzil tikintisinin vüsət almasını şərtləndirir. Məsələn, kirayə mənzillərə tələbatın böyük olduğu iri şəhərlərdə vətəndaşlar sərəncamlarındakı sərbəst kapitalı mənzil sektoruna investisiya edirlər. Lakin əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır. Yaşayış fondlarının yaradılmasında bölgələrarası fərqin səbəblərindən biri də budur. 2009-2020-ci illərdə Abşeron rayonu üzrə mənzil fondunun ümumi sahəsi 140 faiz artdığı halda, bu göstərici ölkə üzrə 24, bir sıra bölgələrdə isə 20 faiz intervalında dəyişib. Əhalinin 1000 nəfərinə düşən mənzillərin sayına görə bölgələr arasında fərq 4 dəfədən çoxdur".

Onun sözlərinə görə, daşınmaz əmlak bazarında dinamikliyin müşahidə olunduğu indiki dövrdə tikinti biznesinin reputasiyasını yüksək tutan və müştərilərdə məmnuniyyət yaradan onlarla milli şirkət mövcuddur. Lakin qanunsuz əməliyyatlarla vətəndaşların haqlı mənafeyinə ziyan vuran qurumlar da az deyil. Son 10 ildə 20-dən artıq tikinti şirkətinin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi deyilənləri təsdiqləyir. “Tikinti və Şəhərsalma Məcəlləsində yenilənən ərazilərdə vətəndaşlarla razılaşmanın müddətinin qoyulmaması maliyyə itkilərinə yol açır. Kirayə ödənişləri, nəqliyyat, layihə, planlaşdırma və işçi qüvvəsini səfərbər edən tikinti şirkəti azsaylı mənzil, mülk və ev sahibləri ilə razılaşmaya gedə bilmədiyi halda aylarla, bəzən illərlə uzanan mübahisələr artıq anlaşmaya gedən vətəndaşların haqlı narazılığına səbəb olur, proses domino effekti ilə mənfi istiqamətdə inkişaf edir. Halbuki ağlabatan müddət çərçivəsi olsaydı, paytaxtın mənzil fondunun yenilənməsi ajiotaj və narazılıq deyil, qarşılıqlı məmnuniyyət doğurardı. Ümidvarıq ki, hökumət və qanunvericilik orqanı, biznes strukturları, vətəndaş cəmiyyəti, o cümlədən sahəvi qurumlar problemlərin həlli üçün daimi dialoq və həll yolları tapacaqlar. Əlbəttə, tikinti sektorunda tənzimləmə və nəzarət çox önəmlidir. Çünki insanların təhlükəsizliyi konstitusion vəzifədir", - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri