Icma.az
close
up
RU
Sosial yardım nə qədər artırılacaq? Açıqlama

Sosial yardım nə qədər artırılacaq? Açıqlama

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq”

Moderator.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə,  yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir:

“Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur”.

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see187

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see139

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see137

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see136

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see136

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see135

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see132

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see131

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see129

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see128

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see128

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see128

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see128

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see127

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see126

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see126

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see126

NATO Kalininqradı yer üzündən silməyi planlaşdırır Rusiya

26 İyul 2025 11:13see120

“Bu, taleyin hədiyyəsidir...”

25 İyul 2025 20:14see117

Rusiyanın hərbi sənaye müəssisələri müharibənin real təsirlərini hiss etməlidir Zelenski

26 İyul 2025 11:02see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri