Icma.az
close
up
RU
Deputat erməni dilinin tədrisinin əhəmiyyətindən DANIŞDI

Deputat erməni dilinin tədrisinin əhəmiyyətindən DANIŞDI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Slayvan Universitetində 2026-2027-ci tədris ilindən erməni dili təsis ediləcək.

Erməni dilinin keçilməsində əsas məqsəd nədir və  dərslərin tədrisi üçün Azərbaycanda yetərli mütəxəssis varmı?

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov erməni dilinin təsdirini ümumilikdə müsbət və strateji baxımdan faydalı addım kimi qiymətləndirir:

"Bakı Slavyan Universitetində erməni dilinin tədrisinin gündəmə gəlməsi artıq rəsmi şəkildə təsdiqlənib; universitetin Elmi Şurasının qərarına əsasən dilin növbəti illərdə tədrisi nəzərdə tutulur və rektorun əvvəlki açıqlamasında 2026–2027-ci tədris ilindən başlanmasının planlaşdırıldığı bildirilmişdi. Hazırda erməni dili Azərbaycanda Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində də tədris olunur. 
Məncə, burada əsas məsələ erməni dilinin öyrədilməsini emosional yanaşma ilə deyil, Azərbaycanın milli maraqları və dövlətçilik baxımından praktik vasitə kimi qiymətləndirməkdir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyinin formalaşması və gələcəkdə müxtəlif səviyyələrdə təmasların artması şəraitində erməni dilini bilən mütəxəssislərə ehtiyac yarana bilər. Diplomatiya, beynəlxalq münasibətlər, təhlükəsizlik, kəşfiyyat və əks-kəşfiyyat, media monitorinqi, tarix, arxiv işi, hüquq, tərcüməçilik və akademik araşdırmalar kimi sahələrdə qarşı tərəfin dilini bilmək ciddi üstünlükdür. Başqa sözlə, qarşı tərəfin dilini bilmək ona rəğbət bəsləmək deyil, onu daha yaxşı anlamaq və Azərbaycan maraqlarını daha peşəkar müdafiə etmək imkanına malik olmaqdır".

Millət vəkili vurğuladı ki, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin uzun müddət münaqişə kontekstində inkişaf etdiyini nəzərə alsaq, erməni dilini bilən kadrların hazırlanması həm tarixi mənbələrin, həm Ermənistanın qanunvericiliyinin, siyasi və ictimai diskursunun, mediasının və müxtəlif sənədlərinin birbaşa orijinal dildən öyrənilməsi baxımından əhəmiyyətlidir:

"Tərcümədən asılılıq müəyyən hallarda məlumatın kontekstinin və incəliklərinin itirilməsinə səbəb ola bilər. Buna görə də gələcəkdə erməni dili üzrə yalnız tərcüməçi deyil, dili, tarixi, siyasi sistemi və regionşünaslığı birlikdə bilən kompleks mütəxəssislərin hazırlanması daha doğru yanaşma olar.

Digər mühüm məsələ isə mütəxəssis potensialıdır. Azərbaycanda erməni dili üzrə müəyyən akademik baza artıq mövcuddur, çünki dil BDU və ADU-da tədris edilir. Lakin burada əsas sual təkcə “erməni dilini bilən adam varmı?” deyil. Söhbət universitet səviyyəsində müasir metodika ilə dərs deyə biləcək, elmi fəaliyyət aparacaq, erməni dilinin həm klassik, həm də müasir formalarını bilən və eyni zamanda Azərbaycan tarixini, regionun siyasi reallıqlarını yaxşı anlayan peşəkar kadr korpusundan gedir. Bu baxımdan mütəxəssis bazasının genişləndirilməsi və yeni kadrların hazırlanması zəruridir".

Vasif Qafarov hesab edir ki, bu təşəbbüs yalnız bir fənnin tədrisi ilə məhdudlaşmamalıdır:

"Bakı Slavyan Universitetində erməni dili ilə yanaşı Ermənistanşünaslıq, erməni siyasi və ictimai fikri, erməni mənbələrinin araşdırılması, Azərbaycan-Ermənistan münasibətləri və Cənubi Qafqaz üzrə xüsusi tədqiqat istiqamətləri də inkişaf etdirilə bilər. Bu halda universitet sadəcə erməni dili öyrədən ali məktəb deyil, Azərbaycan üçün Ermənistanı və erməni cəmiyyətini peşəkar səviyyədə öyrənən mühüm elmi-mütəxəssis mərkəzlərindən birinə çevrilə bilər.

Nəticə etibarilə, dili bilmək üstünlükdür, dili bilməmək isə qarşı tərəfi yalnız tərcümələr və dolayı məlumatlar vasitəsilə tanımaq deməkdir. Azərbaycan öz dövlət maraqlarını qorumaq üçün Ermənistanı hərtərəfli öyrənməlidir. Bu baxımdan erməni dilinin universitetdə tədrisi emosional deyil, ilk növbədə elmi, diplomatik, təhlükəsizlik və strateji baxımdan düşünülmüş addım kimi qiymətləndirilməlidir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Avqust 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri