Icma.az
close
up
RU
Şotlandiya universitetləri COP29da iqlim dəyişikliyini müzakirə edib AZƏRTAC

Şotlandiya universitetləri COP29da iqlim dəyişikliyini müzakirə edib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

COP29 çərçivəsində “Beyond Net Zero – Scotland at COP29” adlı xüsusi tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “British Council” və “Scotland Beyond Net Zero” koalisiyası tərəfindən təşkil edilən tədbirdə Şotlandiya universitetlərinin iqlim araşdırmaları və liderliyi, eləcə də qlobal davamlılıq təşəbbüsləri müzakirə olunub.

İştirakçılar tanınmış akademiklər və Şotlandiya universitetlərinin məzunları ilə şəbəkələşmək imkanı əldə ediblər. Təqdimatlarda iqlim tədqiqatları, maliyyə, davamlı təhsil və məzunların bu sahədəki töhfələri kimi mövzulara toxunulub.

Tədbirdə iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld COP29-un ilk həftəsində həyata keçirilmiş təşəbbüslərdən məmnunluğunu ifadə edib. Səfir Britaniya Baş naziri Kir Starmerin və daha 7 britaniyalı nazirin sammitdə fəal iştirakından bəhs edərək, bunun ölkəsinin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi əhəmiyyətin göstəricisi olduğunu vurğulayıb. O, Britaniyanın missiyasının "indi və gələcək nəsillər üçün hər kəsin yaşaya biləcəyi bir planet yaratmaq" olduğunu qeyd edib.

Tədbirdə Edinburq Universitetinin iqlim dəyişikliyi maliyyəsi üzrə professoru, İş, İqlim Dəyişikliyi və Davamlılıq Mərkəzinin direktoru Prof. Luka Taschini, eləcə də həmin universitetin açıq hava ətraf mühit və davamlılıq təhsili üzrə professoru və Şotlandiya Hökumətinin “NatureScot agentliyinin” elmi məsləhət komitəsinin sədri professor Piter Hiqqins çıxış ediblər. Bununla yanaşı, Dundee Universitetinin enerji, ətraf mühit və cəmiyyət sahəsində postdoktoral tədqiqatçısı və bilik mübadiləsi mütəxəssisi Dr. Nandan Mukherjee və Böyük Britaniya universitetindən məzun olan Firuzə Nəsibzadə də tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.

Tədbir 45 dəqiqəlik şəbəkələşmə qəbulundan sonra yekunlaşıb. Qeyd edək ki, “Scotland Beyond Net Zero” Şotlandiya universitetlərinin iqlim dəyişikliyi ilə bağlı araşdırma və liderlik üzərində birgə işləyən koalisiyasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri