Icma.az
close
up
RU
Şou biznes əhli Yeni il bayramını harada qeyd edəcək?

Şou biznes əhli Yeni il bayramını harada qeyd edəcək?

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin son ayını yaşayırıq. Demək olar ki, bir aydır son saniyələrə köklənmişik. Yeni ili harada, kiminlə, necə qeyd edəcəyimizi düşünürük. Yeni il gecəsi nə edəcəyini, kiminlə harada olacağını artıq planlaşdıranlar da var. Azərbaycan daxilində, yoxsa ölkədən kənarda, ailəsi ilə birgə, yoxsa evdən qıraqda... Bir sözlə hamının bir bayram planı var. Bəs, məşhurların? İncəsənət adamları arasında artıq istirahətə başlayanları, işdən imtina edib evində Yeni ili gözləyənləri, işdən baş qaldırıb ailəsini düşünməyə vaxt tapmayanlara da rast gəldik.
Biz də SİA olaraq bir iki məşhurun Yeni il planlarını öyrənməyə çalışdıq.

Məlum oldu ki, Əməkdar artist Ədalət Şükürov bayram günlərində də işləməyi planlaşdırır. Əgər istirahət etmək imkanı yaranarsa evdə ailə üzvüləri ilə xoş istirahəti düşünür.

Əməkdar artist Lalə Məmmədova da qış tətilini ailəsi ilə birlikdə qeyd edənlərdəndir. Dərsdən, işdən-gücdən fürsət tapmışkən ailəsi ilə zaman keçirtmək müğənni üçün əsl istirahət olacaq.

Əməkdar artist Abbas Bağırov bayram tətilinin əsl dadını çıxaranlardandır. Heç kim onu narahat etməsin deyə istirahət edəcəyi yeri sirr kimi gizli saxlayır.

Ölkənin ən çalışqan estrada ulduzu Dilarə Kazımova isə qışda da istirahət etməyəcəyini, soyuq qış günlərində işləyəcəyini söyləyib. Bu dəlisov, müğənnimiz yeni ildə yeni layihələrini təqdim edəyəcəyinə söz verib. Elə ona görə də bütün tətilini iş görməklə planlaşdırır. İşlərindən vaxt qalarsa günəşi sevən Kazımova, günəşli ölkələrin birində istirahət edəcək.

Yeni il çərçivəsində Roza xanımın başı möhkəm işə qarışacaq. Belə ki, müğənni bayram günlərində qastrol səfərində olacaq. Bir çox uzaq şəhərlərdə konsert proqramı ilə çıxış etməyi planlaşdıran müğənni bayram günlərini də, elə səhnədə qeyd edəcək.

Elvin Mirzəzadə isə qışda tətili elə də sevmədiyini bildirib. Elə ona görə də böyük ehtimal elə Bakıda olacaq. Elvin onu da əlavə edib: “Bizim sahə əyləncə sahəsi olduğu üçün hər kəsə aid olan rəsmi istirahət günləri bizim üçün gücləndirilmiş iş rejimi deməkdir”.

Bundan da məlum oldu ki Elvin Mirzəzadə də bayram tətilində iş başında olan məşhurlardan olacaq.

Ülkər Rəhmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri