İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı ziyarət olunub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Gəncə, 7 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) faşizm üzərində Qələbənin 80-ci ildönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin İctimai fənlər kafedrasının bir qrup əməkdaşı və tələbələr ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağındakı məzarüstü abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Sonra İkinci Dünya müharibəsində, eləcə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov deyib ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbədə böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb, onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub.
İctimai fənlər kafedrasının dosenti Sevda Abdullayeva, baş müəllim Zümrüd Qəhrəmanova bildiriblər ki, müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox övladı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















