Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Soyadını dəyişməyə məcbur olan professor…

Soyadını dəyişməyə məcbur olan professor…

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər bir xalqın milli dəyərini onun yetişdirdiyi ziyalısının bu keyfiyyətlərə bağlılığı şərtləndirir. Ziyalı anlayışı mücərrəd bir nəsnə deyil. O özünü insanın davranışında, mənəvi keyfiyyətlərində, milli məsələlərə münasibətində funksionallaşır. Bu keyfiyyətlər həmin şəxsin ictimai məsələlərə münasibətini özündə ehtiva edir. Bu gün haqqında söz açacağımız şəxsiyyət də belələrindəndir. Bu şəxs 90 illik yubileyini qeyd etdiyimiz dəyərli ziyalı, mərhum professor Kərim Hüseyn bəy oğlu Həsənovdur (Vəkilov).

10 aprel 1935-ci ildə Şərur rayonunun Danzik kəndində doğulan Kərim Hüseyn bəy oğlu Həsənov (Vəkilov) Azərbaycan tarixində müstəsna xidmətləri olan Vəkilovlar nəslindəndir. O, Vəkilovlar nəslinə qarşı ağır repressiyalardan xilas olmaq məqsədi ilə bir çox nəsildaşları kimi soyadını dəyişdirmək məcburiyyətində qalmışdır.

Kərim Həsənovun anası Gülarə Gülməmməd qızı Dərələyəz mahalının Amağu kəndində doğulub. Onun ailəsinin 12 üzvü 1918-ci ildə Amağu kəndində həyata keçirilən soyqırım zamanı erməni vəhşiliyinin qurbanı olub. Bu faciəvi günlərdə Gülarə xanımın atası Gülməmməd kişi Danzik kəndində qızı Gülarə xanımgildə qonaq olub. Faciəvi xəbərləri alan Gülməmməd kişinin ürəyi dayanaraq dünyasını dəyişib. Ailə üzvlərinin kütləvi şəkildə soyqırıma məruz qalmasını Gülarə xanımda və həyat yoldaşı Hüseyn bəy Vəkilovda dərin sarsıntıya səbəb olub. Gülarə xanım ömrünün sonuna qədər bu hadisələrin təsirindən çıxa bilməyib. Gülarə xanımın uzun müddət gərgin emosional vəziyyətdə olmasını əsas gətirən bəzi adamlar Hüseyn bəyə yenidən evlənməyi tövsiyə etsələr də, o, bundan imtina edərək ailəsinə sadiqlik nümayiş etdirib, ailə şərəfini hər şeydən uca tutub.

Göründüyü kimi, Kərim müəllim kristal milli və ailə dəyərlərinə bağlı bir mühitdə böyüyüb. O, səkkiz illik ilk orta təhsilini Şərur rayonunun Danzik kəndində aldıqdan sonra 9-10-cu sinifləri Yeyicə kəndində başa vurub. Yeyicə kəndində görkəmli dilçi alim professor Yusif Seyidovla bir məktəbdə oxuyub, onunla qohumluq münasibətləri olduğu üçün yaxın dostluq münasibətləri yaranıb.

Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olunub, 1961-ci ildə Kitabxanaçılıq fakültəsini bitirib. O, bütün həyatını Bakı Dövlət Universitetinə həsr edib. 1963-cü ildən BDU-da pedaqoji fəaliyyət göstərib, müəllim, baş müəllim, dosent işləyib. O, görkəmli yazıçı, professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə filologiya elmləri namizədi dərəcəsi alıb.

1988-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi alıb, 1992-ci ildən isə BDU-nun professoru olub.

Kərim müəllim Azərbaycanda nəsil şəcərəsi janrında yazılmış ilk avtobioqrafik araşdırmanın müəlliflərindəndir. Qeyd edək ki, 1992-ci ildə Vəkilovlar nəslinin tarixinə həsr edilmiş “Nəsil şəcərəsi” adlı əsər bu mövzuda yazılmış ilk kitabdır.

Kərim Həsənovun çoxşaxəli fəaliyyətini aşağıdakı kimi təsnifatlaşdıra bilərik:

Elmi pedoqoji fəaliyyəti - müəllimlik, elmi tədqiqat, kitabxana və nəşriyyat işinin təşkili.

İnzibati-prorektorluq fəaliyyəti

İctimai sosial - Həmkarlar Təşkilatındakı fəaliyyəti.

Universitetin əsaslı kitabxanasının, nəşriyyatının direktoru olan Kərim müəllimin fəaliyyətinin əsasını təşkil edən universitet kitabxanasının yenidən qurulması və müstəqil universitet nəşriyyatının yaradılması çox mühüm hadisə və Azərbaycan elminə verilmiş töhfə idi.

Universitet kitabxanasını rütubətli zirzəmilərdən cıxarıb müasir səviyyəli nümunəvi kitabxana halına gətirən Kərim müəllim minlərlə qiymətli kitabın və dərs vəsaitinin məhv olmasının qarşısını almışdır. Respublikamızda ilk olaraq kitabların cildlənməsi, üzlənməsi və ceşidlənməsin emalatxanasını yaratmışdır.

Kərim müəllimin BDU-nun kitabxanasına rəhbərlik etdiyi dövrdə kitabxananın inkişafına böyük önəm verilmişdir. Qısa zamanda fondun fəaliyyət dairəsinin genişliyinə və zənginliyinə görə respublika kitabxanalarının metodik mərkəzi hesab edilərək, 1974-cü ildə “elmi kitabxana” statusu verilmişdir. Universitet Elmi Kitabxanası 2.5 milyondan artıq ədəbiyyat fonduna malik olmaqla 12 qiraət zalı, 5 abonement şöbəsinə malik elmi mərkəzə çevrilməklə bu gün də fəaliyyətini davam etdirir.

Respublikamızda elm-təhsil müəssisələrində Azərbaycan dilində elmi kitabların və dərs vəsaitlərinin catışmazlığı müəllim və tələbələrin təhsil prosesinə böyük çətinliklər yaradırdı. Universitetin elmi kitabxanasının rəhbəri kimi bu problemlərin aradan qaldırılmasında cıxış yolunu yeni nəşriyyatın yaradımasında görur və respublika rəhbərliyi qarşısında məsələ qaldırır. Kərim müəllimin təklifi müsbət qarşılanır və nəşriyyatın yaradılması ona həvalə olunur. Uzun mübarizədən sonra Kərim müəllimin qətiyyətli səyi nəticəsində Cənubi Qafqazda ilk universitet nəşriyyatının yaradılması ucun SSRİ rəhbərliyindən icazəsi alınır. Tez bir zamanda universitetdə böyük nəşriyyat yaradılır. İllərlə nəşr olunmaq ücün Azərbaycan dilində yazılmış coxlu sayda elmi kitab, dərs vəsaitləri işıq üzü görür.

Ömrünün sonuna qədər nəşriyyata rəhbərlik edir. Beləliklə, o, neçə-neçə alimin, ixtiraçının, yazarın elmi kitablarını çap elətdirib.

Kərim müəllim pedaqoji fəaliyyətilə yanaşı, universitetin ictimai-sosial həyatında da yaxından iştirak edir. Uzun müddət universitetin Həmkarlar İttifaqının sədri vəzifəsində calışır. Bu vəzifədə işləyərkən o, mühüm işlər görür. Universitetin yeni idman komandalarının, musiqi və rəqs ansamblının yaradılması və respublikamızın tanınmış incəsənət xadimlərinin ansambllara cəlb edilməsini təşkil etmişdir. Görülən işlər universitetin SSRİ məkanında layiqincə təmsil olunmasına və tanınmasına səbəb olmusdur. O zaman respublikaya rəhbərlik edən böyük dövlət adamı Heydər Əliyev bu sahədə görülən işləri yüksək qiymətləndirmişdir. Həmin dövrdə Kərim Həsənov respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdur.

Eyni zamanda onun universitetin müəllim və tələbələrinin sosial şəraitinin yaxşılaşdırılmasında böyük xidmətləri olmuşdur. Respublikada ilk dəfə olaraq Kərim müəllimin təşəbbüsü ilə Quba rayonunun Nügədi kəndi ərazisində univesitetin tədris-təcrübə və istirahət mərkəzi yaradılmışdır. Eyni zamanda müəllimlərin mənzillərlə təmin olunması, tələbə yataqxanalarında şəraitin yaxşılaşdırılmasında böyük əməyi olmuşdur.

O, 1992-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi. Çağdaş Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatların, məlumat-biblioqrafiya vəsaitinin, 100-dən çox elmi məqalənin müəllifidir.

Professor Kərim Həsənov (Vəkilov) 26.04.1996-cı il tarixində Bakı şəhərində dünyasını dəyişib, Mehdiabad qəbiristanlığında dəfn edilib.

Doxsan illiyini qeyd etdiyimiz Kərim müəllimin çoxşaxəli fəaliyyətinin kiçik bir hissəsini əhatə edən bu məqalə onun parlaq ruhuna ittihaf edilir. Ruhu şad olsun!

Səməd Vəkilov, tədqiqatçı-hüquqşünas

Leyla Calalova, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, t.ü.f. doktoru.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see615

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see588

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see586

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see493

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see398

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see375

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see360

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see332

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see326

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see320

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see315

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see314

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see308

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see308

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see304

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see296

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri