Icma.az
close
up
RU
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib

Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyada yaşayan soydaşımız Hüseyn Kamalzadə Erlangen şəhərində keçirilən bələdiyyə seçkiləri nəticəsində Əcnəbilər və İnteqrasiya üzrə Məsləhət Şurasının rəsmi üzvü seçilib. Bu vəzifə Almaniya vətəndaşlığı olmayan şəxslər üçün şəhər idarəçiliyində əldə edilə bilən yüksək səviyyəli seçkili təmsilçilik mövqelərindən biri hesab olunur.
Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Hüseyn Kamalzadə Hindistan, İran, Suriya, Çin, Qazaxıstan, Ermənistan və Pakistandan olan namizədləri geridə qoyaraq seçicilərin etimadını qazanıb. Maraqlı məqamlardan biri də odur ki, ona verilən səslərin təxminən dörddə üçü müxtəlif millətlərin nümayəndələrindən gəlib. Bu nəticə soydaşımızın fərqli icmalar arasında qazandığı nüfuzun, qarşılıqlı hörmətə əsaslanan fəaliyyətinin və uğurlu əməkdaşlığının göstəricisi kimi qiymətləndirilib.

“Bu etimadı böyük məsuliyyət kimi qəbul edirəm. Qarşıdakı altı illik mandat dövründə şəhərimizdə yaşayan bütün insanların, xüsusilə də miqrantların, tələbələrin və ailələrin maraqlarını vicdanla təmsil etmək, inteqrasiyanı və bərabər imkanları təşviq etmək üçün əlimdən gələni edəcəyəm. Bu, Almaniyada yaşayan azərbaycanlıların səsinin daha yüksək eşidilməsi, cəmiyyətimizin layiqincə təmsil olunması və gələcək nəsillər üçün yeni imkanların açılması deməkdir,” - yeni seçildiyi vəzifə ilə bağlı fikirlərini bölüşən Hüseyn Kamalzadə bildirib.

Hüseyn Kamalzadənin bu uğuru təkcə şəxsi nailiyyət deyil, həm də Almaniyada yaşayan Azərbaycan icmasının nüfuzunun artmasının və diasporumuzun inkişafının növbəti uğurlu göstəricisi sayılıb. O həmçinin bu il FAU Erlangen–Nürnberg Universitetinin Tibb fakültəsinin doktorantı olaraq universitetin Doktorantlar Konvensiyasının sədr müavini seçilib.

Məlumat üçün bildirək ki, Erlangen və onun ətraf regionu Almaniyanın ən mühüm iqtisadi və elmi mərkəzlərindən biridir. Burada Adidas, Puma, Schaeffler və Siemens kimi dünya miqyasında tanınan beynəlxalq şirkətlər yerləşir. Bu baxımdan, şəhərin idarəçiliyində azərbaycanlı nümayəndənin təmsil olunması həm yerli, həm də beynəlxalq müstəvidə xüsusi əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri