Icma.az
close
up
RU
Soydaşımız şahmatda “ikiqat ginnesçi”dir

Soydaşımız şahmatda “ikiqat ginnesçi”dir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq hakim bu zirvəyə “piyada oyunu” ilə yüksəlib

Ömrünün 60 ildən çoxunu milli şahmatın inkişafına həsr edən Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənovun dünya şahmatında da nüfuzu böyükdür. O, çox sayda oyunlarda, superturnirlərdə, Linares, Vüqar Həşimov Memorialı, “Böyük dəbilqə”də, eyni zamanda Ümumdünya Şahmat Olimpiadası, Dünya çempionatları, Dünya kuboku, FİDE Qran-Pri kimi yarışlarında ədalət təmsilçisi olub.

Soydaşımızın adı ən uzunmüddətli hakim kimi “Ginnesin rekordlar kitabı”nda yer alıb. Belə ki o, 60 ildən artıq dövrdə müxtəlif şahmat yarışlarında hakimlik edib. Təcrübəli şahmat bilicisinin Azərbaycan Televiziyasında müəllifi və aparıcısı olduğu “Şahmat klubu” da dünyada ən uzunömürlü idman layihəsidir. 55 ildən artıq eyni verilişin aparıcısı olduğuna görə Faiq Həsənov 2-ci dəfə “Ginnesin rekordlar kitabı”na düşüb.

Tanınmış hakim Azərbaycan şahmatının inkişafındakı əməyinə görə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. Prezidentin Fəxri diplomuna, Əməkdar idman xadimi fəxri adına layiq görülüb.

Dünya şöhrətli Faiq Həsənovla müsahibəni “Xalq qəzeti”nin oxucularına təqdim edirik.

– Faiq müəllim, bir məşhur deyim var: “Həyat şahmat lövhəsi kimidir. Burada hər şey sənin öz gedişindən asılıdır”. Əgər belə olsaydı, hansı fiqura üstünlük verərdiniz?

– Razıyam. Həyatın qanunlarını çox vaxt şahmat lövhəsində görürük. Şahmat oyunu müharibədə qarşı-qarşıya durmuş qoşunları xatırladır. Hər şey 2 oyunçunun qərarlarından asılıdır. Oyun başa çatdıqda isə şah və digər fiqurların hamısı bir qutuya yığılır. Burada da, böyük hikmət var. Yəni bu mübarizə həyat durduqca davam edəcək. Fiqurlardan piyadaya üstünlük verirəm. Oyunda ən zəif fiqur olmasına baxmayaraq, həm müdafiədə, həm də hücumda iştirak edir, son xanaya çatdıqda isə ən güclü fiqura-vəzirə çevrilə bilir.

– Bəs oyunçularda hansı xüsusiyyətləri dəyərləndirirsiniz?

– Şahmat strateji oyundur. Hətta həyatda olduğundan daha ağıllı və diqqətli olmalısan. Oyunçularda ən dəyərləndirdiyim xüsusiyyət, onların heç vaxt, hətta uduzduqda belə ruhdan düşməmələridir. Şahmatçı olmaq istəyən daha səbirlə öz üzərində işləməyə davam etməlidir. İnamla oynamalı, lazım gəldikdə, risk etməyi bacarmalıdır. Bəzi oyunçular öz səhvlərini dəfələrlə, hətta illərcə təkrarlayırlar ki, bu da onların yaxşı şahmatçı kimi yetişməsinə mane olur. Uzun illərdir, şahmatçılarımızı bu istiqamətdə yetişdirməyə çalışırıq.

– “Şahmat klubu” verilişinin tarixi 55 il bundan əvvələ gedib çıxır. O dövrdə Azərbaycanda şahmat o qədər də inkişaf etməmişdi...

– Bildiyiniz kimi, o dövrdə Azərbaycanda, ümumilikdə idmanda bir inkişaf dövrü başlamışdı. Ümummilli lider Heydər Əliyev şahmatın inkişafına da böyük diqqət yetirirdi. 1969-cu ildə AZTV-də şahmat verilişi yaratmaq ideyası ortalığa gələndə, düşündük ki, “Şahmat klubu” adı altında fəaliyyətə başlasa, daha yaxşı olar. Əsas hədəf şahmatı yaymaq, onu populyarlaşdırmaqla, kütləviliyinə nail olmaq idi. Veriliş vasitəsilə uşaq və gənclərə şahmatı öyrədirdik. Hər buraxılışda gedişləri təkrar edirdik. İlk dövrdə çətinliklər də çox idi.

O zaman studiyadakı nümayiş lövhələrinə fiqurları asmaq üçün mişmarlar vurulmuşdu və çox vaxt fiqurlar yerə düşürdü. İzləyicilərin verilişə marağının getdikcə artması bizi də ruhlandırırdı. Azərbaycanın hər yerindən aldığımız çoxsaylı məktublar göstərirdi ki, bu proqramım faydası kifayət qədərdir. Daha sonra müsabiqələr keçirməyə başladıq. Uşaqlar bu cür tədbirlərdə böyük həvəslə iştirak edirdilər.

Zaman keçdikcə məktəblərin sayı çoxalmağa başladı, məşqçilər yetişdi. Şahmatçılarımız nəticə verməyə başladılar. Verilişin formatında da dəyişikliklər etdik. Çempionlarımızı güclü şahmatçılarımızı proqrama dəvət edirdik. Beləliklə, veriliş zamanın tələblərinə tam cavab verdiyi üçün bu gün də aktuallığını saxlayır.

– “Ginnesin Rekordlar Kitabı”na müraciətlə bağlı proseslər bildiyimizə görə, çətindir. Yəqin burada da şahmatçı dəqiqliyi və diqqəti köməyinizə gəlib...

– Bu, əslində, çox çətin prosesdir. Amma insan qarşısına hədəf qoyub, bütün diqqətini ona yönəltməyi bacaracaqsa, istədiyi nəticəni əldə edəcək. Nə deyim? Şahmat həyat tərzimə çevrilib. Hakimlikdə yolçuluğum 1964-cü ildən başlayıb. Həmin il Bakıda keçirilən ilk beynəlxalq şahmat turnirində hakimlik etmişəm. Dünya çempionatları, digər nüfuzlu yarışlar, saysız-hesabsız turnirlərdə ədaləti qorumuşam. Lazımi sənədləri toplayıb təqdim etdik.

“Şahmat klubu” verilişi ilə bağlı müraciət zamanı proseslərin daha mürəkkəb olduğunu gördük. Bununla bağlı tələblər kifayət qədər böyük idi. Bir il ərzində müraciətə baxıldı. Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov hər 2 müraciətlə bağlı yaxşı komanda yaratmışdı. O vaxt “Şahmat klubu” canlı yayımlandığı üçün arxiv yox idi. Ona görə də, sübut etməliydik ki, proqram fasiləsiz fəaliyyət göstərib. Təbii ki, köməyimizə o zaman çıxan qəzetlər gəldi. Həmin qəzetlərdən verilişə dair məlumatları topladıq. Bütün bu məlumatlardan, o cümlədən AZTV arxiv materiallarından istifadə edərək verilişlərin nüsxəsini çıxarıb təqdim etdik. Kifayət qədər çətin proses olsa da, onun öhdəsindən gələ bildik.

İnsan əməyin nəticəsini görəndə çox sevinir. Bu gün Azərbaaycan, həm də şahmat ölkəsi kimi tanınıb. Bu intellektual idman növünün inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Federasiya şahmatın daha da kütləviləşməsi istiqamətində böyük işlər görür. Dünya şahmat elitasında oyunçularımız mübarizə aparır. Biz bununla qürur duyur, fəxr edirik.

Leyla QURBANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 01:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see436

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see410

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see367

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see340

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see339

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see310

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see289

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see278

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see242

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see226

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see213

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see206

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see198

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see187

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see185

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see183

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see176

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see174

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

06 Avqust 2026 00:39see169

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri