Icma.az
close
up
RU
Konstitusiya: 30 illik uğurlar fonunda yeni çağırışlar

Konstitusiya: 30 illik uğurlar fonunda yeni çağırışlar

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Konsitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatı “Heydər Əliyev Konstitusiyası dövlətimizin milli sərvətidir” mövzusunda seminar-müşavirə keçirib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, partiyanın Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov, rayonun hüquq-müdafizə orqanlarının rəhbərləri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş qısa metrajlı film nümayiş etdirilib.
Giriş sözü ilə çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev bildirib ki, hər bir demokratik dövlətin dayağı olan Konstitusiya cəmiyyətin idarəetmə mexanizmini, vətəndaşların hüquq və azadlıqlarını, dövlət orqanlarının fəaliyyət prinsiplərini müəyyənləşdirən Əsas Qanun kimi mühüm tarixi və hüquqi əhəmiyyət daşıyır. Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) nəticəsində Konstitusiyanın qəbulu ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna əsaslanan yeni mərhələyə qədəm qoyub.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, Qarabağ Regional Təhsil İdarəsinin sektor müdiri Rizvan Əliyev, Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədov, partiya veteranı Ramiz Qəhrəmanov və digərləri çıxışlarında 1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan ictimai-siyasi böhrandan, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Ulu Öndərin təşəbbüsü ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan, Prezident İlham Əliyevin reallaşdırdığı praqmatik siyasətdən, həmçinin dövlət suverenliyinin bərpası, qısa müddətdə icra edilmiş irimiqyaslı layihələrdən, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdış prosesindən danışıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına YAP Xocalı rayon təşkilatı tərəfindən Təşəkkürnamə və YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri