Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Elizabet Ledererin portreti Bir rəsmin dedikləri

Elizabet Ledererin portreti Bir rəsmin dedikləri

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı muzeyşünas Təranə Məhərrəmlidir. Onunla məşhur rəssam Qustav Klimtin "Elizabet Ledererin portreti" əsərindən danışmışıq.

Qustav Klimt (1862-1918) Avstriyanın ən tanınmış simvolist rəssamlarından biridir. O, XIX əsrin sonu-XX əsrin əvvəllərində yaranan Vyana Secessiyası hərəkatının əsasını qoyanlardan sayılır. Klimtin yaradıcılığı qadın gözəlliyi, erotizm, dekorativlik, qızıl ornamentlər və psixoloji dərinlikləri ilə seçilir. Klimtin "Qızıl dövr" adlanan mərhələdə yaratdıqları xüsusilə məşhurdur. Bu dövrdə o, sənətdə qızıl yarpağından geniş istifadə edərək əsərlərinə həm monumental, həm də mistik dəyər qazandırıb.

Onun əsərləri yüksək simvolika, ornamental naxışlar və psixoloji çalarları ilə fərqlənir. Dövrünün avanqard sənətçisi sayılan Klimt həm də klassik portret ənənələrini yeni formaya salaraq sənət tarixinə yeniliklər gətirmiş rəssamdır.

- "Elizabet Ledererin portreti" nə vaxt yaranıb və hansı material üzərində işlənib?

- Əsər 1914-1916-cı illər arasında çəkilib. Klimtin gec dövr yaradıcılığına aid olan bu portret yağlı boya texnikası ilə kətan üzərində işlənib. Bu iş Klimtin portret yaradıcılığının yetkinlik dövrünü əks etdirir. Burada həm rəssamın dekorativ üslubu, həm də portretin psixoloji incəliyi özünü göstərir.

- Elizabet Lederer kim idi? Klimt niyə onun portretini yaratmışdı?

- Lederer Vyananın nüfuzlu Zuckerkandl ailəsinə bağlı gənc bir aristokrat qadındır. Onun anası Baronessa Serena Lederer Klimtin ən yaxın himayəçilərindən və dostlarından biri idi. Lederer ailəsi Klimtə bir neçə sifariş vermişdi və bu portret də həmin sifarişlərdən biridir. Klimt Elizabeti sakit, düşüncəli və aristokrat zərifliyi ilə təsvir edib. Portretdə onun şəxsiyyəti həm zərifliklə, həm də müəyyən psixoloji dərinliklə ifadə olunub. Əsər psixoloji portret janrına aiddir. Üslub isə Klimtin simvolizmə əsaslanan dekorativ-estetik maneraları ilə xarakterizə olunur. Klimt burada həm realist təsviri, həm də dekorativ fonu sintez edərək obrazı ön plana çıxarır. Qadın fiquru ön planda son dərəcə sadə və sakit təsvir edilsə də, fondakı ornamentlər əsərə emosional dərinlik qatır.

- Tablo hazırda harada saxlanılır?

- Bu portret uzun müddət ABŞ-da şəxsi kolleksiyada qorunub. Daha əvvəl isə Avstriyada Lederer ailəsinin kolleksiyasının bir hissəsi olub. Lakin İkinci Dünya müharibəsindən sonra bu əsər də bir çox digər yəhudi ailələrinə məxsus portretlər kimi, müxtəlif şəxsi kolleksiyalara keçib. Hazırda o, sərgilənmək üçün muzeydə deyil, xüsusi kolleksiyada saxlanılır.

- Təbii ki, "Elizabet Ledererin portreti" əsərindən danışarkən hərrac məsələsinin üzərindən keçə bilmərik. Bu günlərdə tablo Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə - 236,4 milyon dollara satıldı. Beləliklə, portret indiyədək hərracda satılan ən bahalı müasir incəsənət əsəridir.

- Klimtin portretləri həmişə yüksək qiymətləndirilir, çünki həm sənət tarixi baxımından əhəmiyyətlidir, həm də nadir əsərlərdir. "Elizabet Ledererin portreti" əsərinin satışı isə Klimtin dövrümüzdə də nə qədər qiymətli və tələb olunan rəssam olduğunu bir daha sübut etdi. Bu hərrac həm sənət bazarında Klimtə olan marağı, həm də klassik avanqard portret sənətinin müasir dövrdəki dəyərini göstərən mühüm hadisə kimi yadda qaldı.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Klimtin bu portretdə əsas məqsədi qadının xarici görünüşündən daha çox onun psixoloji enerjisini və daxili dünyasını göstərmək idi. Elisabetin simasında gənclik, həssaslıq, sakitlik və aristokrat təmkinini görmək olur. Fonun dekorativliyi isə onun sosial statusunu və yaşadığı dövrün estetik dəyərlərini vurğulayır. Klimt qadın obrazını ideallaşdırmır, o, şəxsiyyəti, duyğunu və xarakteri özünəməxsus ornament dili ilə ifadə edir. Buna görə də bu portret təkcə bir aristokrat qızın təsviri deyil, həm də dövrün mədəni simvolu kimi qəbul edilir.

Aytac SAHƏD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri