Icma.az
close
up
RU
Soydaşlarımız uşu sanda üzrə IX Gürcüstan çempionatında 8 qızıl medal qazanıblar

Soydaşlarımız uşu sanda üzrə IX Gürcüstan çempionatında 8 qızıl medal qazanıblar

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 17 aprel, AZƏRTAC

Tbilisidə uşu-sanda üzrə IX Gürcüstan çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tbilisidəki Gimnastika Arenasında keçirilən çempionat Gürcüstanda yaşayan azərbaycanlılar üçün xüsusilə yaddaqalan olub. Soydaşlarımız bu çempioanatda 29 medal qazanıblar.

Gürcüstanın İdman və Gənclər Nazirliyi, Gürcüstan Uşu-sanda Federasiyası və Çinin bu ölkədəki səfirliyinin birgə təşkil etdiyi çempionatda ölkənin bütün bölgələrindən, o cümlədən Kvemo-Kartli bölgəsinin Uşu-sanda Federasiyasının tərkibindəki “Marneuli” və “Qaraçöp” klublarının yetirmələri iştirak edirlər.

Kvemo Kartli bölgəsinin Uşu-sanda Federasiyasının prezidenti, dəfələrlə SSRİ, Avropa və ikiqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi Canpolat Budaqov AZƏRTAC-a bildirib ki, çempionata 8 yaşdan yuxarı, 4 yaş kateqoriyasında və müxtəlif çəki dərəcələrində 32 soydaşımız mübarizə aparıb.

Uşu-sanda üzrə idman ustası Faiq Məmmədovun rəhbərlik etdiyi “Marneuli” klubunun 3 üzvü qızıl medal qazanıb. Bir idmançı ikinci, 8 idmançı isə üçüncü yerə sahib olublar.

Kikboksinq üzrə idman ustası İbrahim Məmmədovun rəhbəlik etdiyi “Qaraçöp” klubunun yetirmələri isə 5 qızıl medal qazanıblar. Klubun 8 yetirməsi çempionatı ikinci, 4-ü isə üçüncü pillədə başa vurublar.

C.Budaqov bildirib ki, soydaşlarımız ilk dəfədir ki, uşu-sanda üzrə Gürcüstan çempionatında belə geniş tərkibdə iştirak edirlər. Bu qələbə soydaşlarımıza beynəlxalq idman yarışlarıda iştirak etmək imkanı yaradır.

Onun sözlərinə görə, iki gün davam edən yarışdan sonra idmançılar Tbilisidəki Heydər Əliyev büstünü ziyarət edəcəklər. Onların bu uğurları Ümummilli Liderin doğum gününə həsr olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri