Icma.az
close
up
RU
Soyqırımı şahidi: Baş verənləri anlatmağa sözlər kifayət etmir

Soyqırımı şahidi: Baş verənləri anlatmağa sözlər kifayət etmir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Şakir Həsənov dəhşətli günlərdə yaşadığı acı xatirələri AZƏRTAC-ın bölgə müxbirinə danışıb.

“Həmin vaxt Xocalı özünümüdafiə batalyonunda bölük komandiri idim. Fevralın 25-də axşam Xocalını mühasirəyə aldılar. Saat 8-in yarısında şəhər atəşə tutulmağa başlandı. Atmadıqları mərmilər qalmadı. Uşağın, böyüyün çığırtısı, nalə səsləri hər tərəfi bürümüşdü. Gecə 1-in yarısına qədər müqavimət göstərə bildik. Heç bir kömək gəlmədi. Qüvvələr qeyri-bərabər olduğu üçün döyüşə-döyüşə geri çəkilməli olduq”.

Şakir kişi xatirələrini danışdıqca, o dəhşətli anları üzünün dəyişən ifadələrindən hiss etmək mümkün idi. “Hər tərəfdən erməni silahlıları ilə əhatə olunmuşduq. Çox çətin vəziyyətdə idik. Əhalini xilas etmək üçün Ağdam istiqamətinə hərəkət etdik. Qaraqaya yüksəkliyinə yaxın ərazidə yolu keçərkən erməni silahlıları üç tərəfdən dinc sakinlərə atəş açmağa başladı. Nə qədər ölən, yaralanan oldu. Qoca, qadın, uşaq demədən hamını qətlə yetirirdilər. Burada baş verənləri anlatmağa sözlər kifayət etmir... Xocalı sakinlərinin sağ qalmasına səbəb Ağdam camaatı oldu. Bizə çox kömək göstərdilər, şəhid də verdilər, yaralandılar da. Meyitlərin, yaralıların çıxarılmasında böyük dəstək oldular”.

Keçmiş döyüşçü deyir ki, Xocalının işğaldan azad olunmağı onların yaralarına ən böyük məlhəmdir. “Prezidentimiz sağ olsun. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Şükürlər olsun bu günə ki, Xocalımızdayıq. Allah pis günləri xalqımıza bir daha göstərməsin”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see184

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see159

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see123

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see118

Arina Sabalenka qadın tennisində transgenderlərin iştirakına qarşıdır

10 Dekabr 2025 04:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri