Icma.az
close
up
RU
Hər dəfə Xocalıya gedəndə həyəcan keçirirəm Soyqırımı şahidi AZƏRTAC a danışıb

Hər dəfə Xocalıya gedəndə həyəcan keçirirəm Soyqırımı şahidi AZƏRTAC a danışıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 fevral, Nailə Həsənova, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum etdi. Həmin vaxt Xocalı özünümüdafiə dəstəsinin tərkibində könüllü idim, onlara müqavimət göstərdik, bir neçə saat döyüş oldu. Onlar tanklarla, toplarla hücuma keçmişdilər. Bizdə texnika olmadığı üçün şəhəri tərk etməli olduq. O zaman ailəm kənddə idi. Biz meşəyə doğru getdik. Dörd sutka meşədə qaldıq. Orada yenidən ermənilərlə döyüş oldu. Qeyri-bərabər döyüşdə gücümüz tükəndi. Əhalinin bir hissəsi ermənilər tərəfindən əsir götürüldü, Onların arasında ailəm, o cümlədən uşaqlarım da var idi.

Xocalı sakini Şükür Bəşirov AZƏRTAC-a müsahibəsində 34 il öncə Xocalı soyqırımının baş verdiyi gecəni belə xatırlayıb.

Xocalı soyqırımını XX əsrin ən dəhşətli faciələrindən biri adlandıran Ş. Bəşirov deyib ki, ailəsi əsirlikdən azad olunandan sonra Ağdam rayonunun Gülablı kəndinə gəlib. Hazırda isə Goranboyun Ağcakənd qəsəbəsində yaşayır: “Həyat yoldaşım və 3 övladımla birlikdə 2003-cü ilədək Naftalanda məskunlaşdıq. Həmin il Goranboyda ilk qaçqın şəhərciyi - Aşağı Ağcakənd qəsəbəsi istifadəyə verildi və biz buraya köçdük”.

Həmsöhbətimiz bildirib ki, torpaqların işğaldan azad olunacağına və Xocalının qisasının alınacağına hər zaman inanıb: “Şəhidlərimizin qanı yerdə qalmadı. Şəhid ailələrinin başı sağ olsun. Xocalının qisası alındı. Haqq-ədalət öz yerini tapdı. Qarabağda insanlara qarşı cinayət törədənlərin bir qismi məhkəmə qarşısında cavab verdilər. Sarkisyan, Köçaryan, Ovanisyan, Balayan da müttəhimlər kürsüsündə oturmalıdırlar. İnanıram ki, onlar da yaxın gələcəkdə layiqli cəzalarını alacaqlar”.

İşğaldan azad olunan bütün ərazilərə, o cümlədən də Xocalıya səfər etmiş Ş. Bəşirov vurğulayıb ki, şəhidlərin xatirəsini həmişə sonsuz minnətdarlıqla xatırlayır: “Həyat davam edir, ancaq hər dəfə o torpaqlara, Xocalıya gedəndə həyəcanlanıram. Bir insan özünə yurd qurur, onu yer üzündən silirlər, yandırırlar. O vaxt tikdirdiyim evlər, mağazalar var idi, ticarətlə məşğul idim. Hamısını yer üzündən siliblər, izi də qalmayıb. Hazırda isə doğma Xocalıya qayıdacağımız günü səbirsizliklə gözləyirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Fevral 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri