Icma.az
close
up
RU
Ermənilər qarşılarına çıxan hər kəsə atəş açırdılar Xocalı soyqırımı şahidi

Ermənilər qarşılarına çıxan hər kəsə atəş açırdılar Xocalı soyqırımı şahidi

Icma.az bildirir, Metbuat portalına istinadən.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunsa da, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soydaşlarımıza qarşı törədilən soyqırımının ağrı-acısını unutmaq mümkün deyil. Faciənin mahiyyətini, həmvətənlərimizin başına gətirilən müsibətlərlə bağlı məlumatları gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur.

Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamalarında Xocalıda ermənilər tərəfindən törədilən insanlığa sığmayan hadisələrə şahidlik etmiş Pərvanə Məmmədova və Mürvət Məmmədov deyiblər.

Xocalı soyqırımının təsirlərini bu gün də mənəvi olaraq hiss etdiyini deyən P.Məmmədova faciəni ürək ağrısı ilə xatırlayıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecəni heç vaxt unutmaq olmaz. Həmin gecə beynimizə ömürlük həkk edilib. Silahlı erməni quldurları şəhəri blokadaya almışdılar. Onlar gecə ağır hərbi texnikalarla Xocalı şəhərini yerlə-yeksan etdilər. Bu zaman insanlar xilas olmaq ümidi ilə qışın sərt şaxtasında meşələrə, dağlara üz tutdular. Təəssüf ki, ermənilər tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törədildi, insanlara amansız işgəncələr verildi. Həmin gecə itkin düşənlərdən bəzilərinin taleyi hələ də məlum deyil”.

P.Məmmədova bildirib ki, faciə bir çox xocalılı kimi, onun ailəsindən də yan keçməyib. Mənfur düşmənin hücumu zamanı itkin düşən həyat yoldaşı Oqtay Məmmədovdan indiyədək xəbər yoxdur. Onun adı itkin düşənlərin siyahısındadır. O, hələ də axtarılır. Soyqırımı zamanı məhv edilən 8 ailədən biri isə P.Məmmədovanın qaynı Vaqif Məmmədovun ailəsidir. V.Məmmədovun həyat yoldaşı Afilə və üç oğlu - Azər, Ceyhun və Niyaməddindən bu günədək heç bir xəbər yoxdur. “Ermənilər bizə zülm ediblər. Hər qapı döyüləndə elə bilirəm ki, yoldaşım gəlir. Gözümüz hər zaman onun yolunu gözləyir. Üç övladım və nəvələrim olsa da, yoldaşımın yanımızda olmaması bizi çox sarsıdır. Onun yoxluğu bizdə dərin izlər buraxıb. Xocalıda öldürülən insanlardan bəzilərinin qəbrinin olmaması dəhşətdir”.

P.Məmmədova, eyni zamanda, deyib ki, Xocalı soyqırımı yaddaşlarda dərin faciəvi izlər buraxsa da, torpaqlarımızın işğaldan azad edilməsi onları yenidən həyata qaytarıb, ruh yüksəkliyi yaradıb. “Bizim Xocalıdakı evimizdə təmir-tikinti işləri aparılır. İşlər yekunlaşdıqdan sonra Xocalıya qayıtmaq istəyirik. Səbirsizliklə həmin günü gözləyirik. Düşünürəm ki, oraya qayıtsaq, yoldaşımın ruhu da şad olar”,- deyə o qeyd edib.

Xocalıda ailəsi ilə birlikdə ermənilər tərəfindən girov götürülərək 6 gün işgəncələrə məruz qalan Mürvət Məmmədov isə bildirib ki, soyqırımı gecəsi atasını və iki qardaşını itirib. “Atam Məmməd, qardaşlarım Söhbət və Möhlət erməni təcavüzündən müdafiə üçün könüllü batalyonlara qoşularaq postlarda keşik çəkirdilər. Xocalıya gələn sonuncu helikopter vurulandan sonra hər yerlə əlaqəmiz kəsilmişdi. Zəruri ərzaq məhsulları olmadan düşmənin atəşi altında çox çətinliklə yaşayırdıq. Bütün bunlara baxmayaraq, xocalılılar şəhəri qorumaqda qərarlı idilər. Heç kim Xocalını tərk etmək istəmirdi. Fevralın 25-dən 26-na keçən gecə isə ermənilərin hücumları genişləndi və şəhər ağır artilleriya vasitələrindən atəşə tutuldu. Ermənilər uşaq, qoca, xəstə, qadın demədən, qarşılarına çıxan hər kəsə atəş açırdılar. Ələ keçənləri ya işgəncə ilə öldürür, ya da onlara dözülməz zülmlər verirdilər. Biz əsirlikdə olarkən Əsgəran Polis Şöbəsində ermənilər tərəfindən insanlığa sığmayan işgəncələrə məruz qaldıq. Sonra gəlib bizi təpikləyərək qaldığımız yerdən çıxarıb sıraya düzdülər. Əsgəran rayonunda yaşayan ermənilər də orada idilər. Onlar əllərinə yaba, bel, lom, daş və s. alaraq bizi təhqir edə-edə vururdular. Ermənilər sonra bizi avtobusa mindirərək Ağdamla Əsgəran arasındakı sərhədə gətirdilər. Həmin vaxt ermənilər tərəfindən döyüşüb ölmüş 1 nəfər qaradərili ilə 80 azərbaycanlı dəyişdirildi. Azad edilən 80 nəfərin 5-i mənim ailə üzvüm idi. Biz müalicə üçün Ağdam Rayon Xəstəxanasına aparıldıqdan sonra ermənilər oraya da raket atmışdılar. O vaxt atamı və iki qardaşımı bizdən ayırmışdılar. Onların taleyi indiyədək naməlumdur. Biz hələ də onları axtarırıq. Bütün aidiyyəti qurumlara, o cümlədən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinə müraciət etmişik. Amma onları tapa bilmirik”, - deyə müsahibimiz əlavə edib.

M.Məmmədov deyib ki, işgəncələrə baxmayaraq, Xocalı sakinləri ermənilərə boyun əyməyiblər. Onlar düşmənə boyun əyməkdənsə, ölümü üstün tutublar.

O, torpaqlarımızın, o cümlədən Xocalının işğaldan azad olunması ilə ədalətin bərpa edildiyini vurğulayaraq deyib: “Ötən il anamla Xocalıya getdik. Vaxtilə işgəncə gördüyümüz, həmvətənlərimizin qanı axıdılmış torpaqlara yenidən ayaq basdıq. Xocalının dağlarına, düzlərinə, meşələrinə baxdıq. Biz heç zaman ümidimizi itirməmişdik. Bilirdik ki, torpaqlarımız azad olunacaq, şəhidlərimizin qisası alınacaq. Artıq bu reallaşıb. Biz əbədi olaraq Xocalıya dönmüşük. Şəhidlərimizin qanı yerdə qalmadı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Fevral 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri