Icma.az
close
up
RU
Soyuducunu divara nə qədər məsafədə qoymaq lazımdır?

Soyuducunu divara nə qədər məsafədə qoymaq lazımdır?

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətbəx üçün soyuducu seçərkən onun ölçüsü qədər düzgün yerləşdirilməsi də vacibdir. Mütəxəssislərin sözlərinə görə, soyuducu ilə divar arasında kifayət qədər boşluq saxlanılmasa, cihaz daha çox enerji sərf edə, daha tez sıradan çıxa və məhsulları lazımi temperaturda saxlaya bilməyə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, istehsalçıların tövsiyələri modeldən asılı olaraq fərqlənsə də, onların hamısı cihazın ətrafında hava dövranının təmin edilməsinin vacibliyini vurğulayır. Məsələn, LG soyuducunun arxa və yan hissələri ilə divar arasında təxminən 10 santimetr, üst hissə ilə tavan arasında isə 30 santimetr boşluq saxlanılmasını tövsiyə edir. KitchenAid isə yan və üst hissələrdə 6,35 millimetr, sabit divarın yanında quraşdırılarkən isə ən azı 6,35 santimetr məsafə qoyulmasını məsləhət görür. Samsung ideal şəraitdə cihazın hər iki yanında 5-7 santimetr boşluq olmasını tövsiyə edir. Yer məhduddursa, minimum 2-3 santimetr məsafənin saxlanılması vacib hesab edilir.

Soyuducuya niyə boş yer lazımdır?

Soyuducu işləyərkən daxildəki istiliyi xaricə ötürür. Bu proses kompressor, kondensator və buxarlandırıcı vasitəsilə həyata keçirilir. Əgər cihazın ətrafında hava sərbəst dövr etmirsə, isti hava yığılır və soyuducu daha çox işləməyə məcbur qalır.

Nəticədə:

elektrik enerjisi sərfiyyatı artır;

kompressor daha tez köhnəlir;

soyutma keyfiyyəti zəifləyir;

temperatura həssas qidaların keyfiyyəti pisləşə bilər.

Bu səbəbdən mütəxəssislər soyuducunu divara və mətbəx mebellərinə tam sıx vəziyyətdə yerləşdirməməyi tövsiyə edirlər. Düzgün hava dövranı həm cihazın ömrünü uzadır, həm də elektrik sərfiyyatını azaltmağa kömək edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 İyul 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri